Azərbaycan Respublikası Millət vəkili Qənirə
Paşayeva və Giresun Universitetinin rektoru Prof. Dr. Aygün Attar, iki dost ölkə
arasındakı ortaq mədəniyyət və dəyərləri tanıtmaq məqsədiylə , " Azərbaycan-Türkiyə
Mədəniyyət, Sənət və Qardaşlıq Gecəsi" təşkil ediblər.
25 Oktyabr axşam saatlarında Giresun
universitetinin Rektorluq konfrans
salonunda keçirilən gecədə Azərbaycan Milletvekili Qənirə Paşayeva ilə birlikdə
gələn Azərbaycan Dövlət sənətçiləri ; Elza Seyidcahan , Gülay Rzayeva, İlham
Əsgəroğlu və Anar Hüseynov ilə Giresun Universiteti Dövlət Konservatoriyasının
Müəllimləri ; Ceren Demirok , Bilal Dizdar , Serdar Özdoğan və şagirdlərindən
ibarət olan qruplar tərəfindən verilən musiqi və şeir ziyafəti izləyənləri
coşdurdu.
Gecə Türkiyə və Azərbaycan Himnlərinin səslənməsiylə
başladı.Mükəmməl keçən gecədə azərbaycanlı sənətçilər və dövlət
konservatoriyası tərəfindən səsləndirilən Türk və Azərbaycan mahnılarıyla hərəkətə
gələn dinləyicilər , oxunan şeirlərlə də zaman zaman duyğulu anlar yaşadılar.
Gecəyə tələbərlə birlikdə Millət vəkili Qənirə
Paşayeva,Rektor Prof. Dr. Aygün Attar və
Giresun universiteti heyəti sıx maraq və
iştirak göstərdilər.
Gecədə Rektor
Aygün Attar və Qənirə Paşayevanın da şeir söyləmələri gecəni daha
maraqlı etdi.
Rektor Aygün Attar , " Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq əlaqələrinin pərçimləndiyi və duyğuların ən sıxlaşdığı bu
möhtəşəm gecə və coşqu yaşanmağa dəyərdi. Belə gecələrin və tədbirlərin bundan
sonra da davam etməsi üçün səy göstərəcəyik. Qatılan və əməyi keçən hər kəsi təbrik
edir, təşəkkürümü bildirirəm . Hörmətli Milletvekilimiz Qənirə Xanıma və
qrupuna də bizə belə bir gecə yaşattıkları üçün xüsusilə təşəkkür edir . Özlərini
hər vaxt yanımızda görməkdən xoşbəxtlik eşitdiyimizi ifadə edirəm. Biz ; Tek
Millət İki dövlət , hər zaman birlikdəyik "deyərək duyğularını dilə gətirdi.
Qafar Ağayev