Rusiya paytaxtı Moskvada miqrantlara qarşı qanunlar getdikcə
sərtləşməkdədir. Yaranmış vəziyyətdən ən
çox ziyan çəkən millətlərdən biri də
Rusiyada işləyən soydaşlarımızdır. Rəsmi məlumatlara görə, hal-hazırda
Rusiyanın müxtəlif şəhərlərində 600 mindən çox azərbaycanlı işləyir. Qeyri
rəsmi rəqəmlərdə isə bu sayının 1.5 mln olduğu bildirilir.
Rusiyanın 2-ci paytaxtı hesab olunan Sankt-Peterburqdakı diaspora
mərkəzimizin İctimaiyyətlə Əlaqələr şöbənin əməkdaşı Telman Mustafa
Moderator.az-a daha maraqlı faktlar açıqladı:
“Bizim diasporada olan rəsmi məlumata görə təkcə Sankt-Peterburq
şəhərində 280 min Azərbaycanlı qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmləri görə
S.Peterburqda 500 min azərbaycanlının yaşadığı bildirilir”. T. Mustafanın
sözlərinə görə, Peterburqa gələn azərbaycanlıların sayı hər il artmaqdadır.
Xəyal Əzizov