MDB ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Minskdə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Belarus dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko əvvəlcə seçkilərdə qalib gəlməsi münasibəti ilə həmkarını təbrik edib, daha sonra İlham Əliyevə gül dəstəsi verib:
“İşə başlamazdan əvvəl icazənizlə, düşünürəm ki, bu bizim ortaq fikrimizdir, hamımızın adından hörmətli İlham Əliyevi seçkilərdəki inamlı qələbəsi münasibəti ilə təbrik edim və ona bu postda Azərbaycanın və xalqının inkişafı naminə uğurlar arzulayım”.
Lukaşenkonun təbrikindən dərhal sonra Belarus milli geyimində olan xanım İlham Əliyevə gül dəstəsi gətirir.
Sayt yazır ki, İlham Əliyevin qəfil sürprizdən təəccübləndiyini görən Lukaşenko zarafatla “Dünən atışdıq, Vladimir Vladimiroviç təklif etdi ki, çiçək alaq” ifadəsini işlədib.
Daha sonra Lukaşenko qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Tacikistan prezidenti Emomali Rahmana da uğur arzulayıb: “Lakin sənə bu gün çiçək verməyəcəyik, bu pis əlamətdir”.
Prezident İlham Əliyev də öz növbəsində səmimi təbriklərə görə minnətdarlığını bildirib: “Aleksandr Qriqoryeviç, xoş sözlərə, təbriklərə görə sizə təşəkkür etmək istəyirəm. Bu, bir qədər gözlənilməz oldu”.