Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayevdən sonra Müdafiə Nazirliyində xeyli sayda generalın vəzifəsindən çıxarılacağı gözlənilir.
Moderator.az xəbər verir ki, “Doktrina”
Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, yaxın günlərdə
Müdafiə Nazirliyində yüksək vəzifə tutan bir neçə şəxsin ”“ Müdafiə nazirinin
müavini, general-leytenant Çingiz Məmmədovun, tərbiyəvi işlər idarəsinin rəisi
general-mayor Vaqif Məmmədovun, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi
general-mayor Ramiz Nəcəfovun vəzifələrindən çıxarılması gözlənilir. Şəmkir,
Beyləqan, Bakı hərbi birləşmələrinin rəhbərləri ”“ generallar Rövşən Əkbərov,
Ayaz Həsənov, Kərim Vəliyevin vəzifələrindən çıxarılması və ya vəzifələrinin
dəyişdirilməsi gözlənilir. Digər dəyişiklik Müdafiə Nazirliyinin maliyyə,
maddi-təchizat idarələrinin rəhbərləri ilə bağlı olacaq. Eyni zamanda Müdafiə
Nazirliyinin mətbuat xidmətinin rəhbərliyinin və əməkdaşlarının dəyişdirilməsi
gözlənilir.