Prezident İlham Əliyevin start verdiyi kadr dəyişikliklərində Putunin tələbə yoldaşı ,azərbaycanlı iş adamı, professor İlham Rəhimovun da adı yer alacaq. Avropa.info-nun əldə etdiyi məlumata görə, Rusiya siyasi elitasında da yaxşı tanınan İlham Rəhimova nazir postlarından biri təklif olunacaq. Hələlik İlham Rəhimovun özü ilə bu barədə hər hansısa danışıqların aparılıb-aparılmaması ilə bağlı hər hansısa məlumatlar olmasa da, Putinin dostunun vəzifə təklifinə isti yanaşacağı bildirilir. Son zamanlar Rusiya hakimiyyəti ilə münasibəti olduqca pisləşən Azərbaycan hakim dairələrinin İlham Rəhimov kartı ilə münasibətləri loyallaşdırmaq istəyəcəyi də istisna olunmur. Biznesinin əksər hissəsi Rusiyada olan və Putinlə şəxsi dostluğa malik cənab Rəhimovun qonşu ölkədə xüsusi nüfuzunun olduğu məlumdur. Üstəlik İlham Rəhimovun Azərbaycan hakimiyyəti ilə də əla münasibətlərinin olduğu bildirilir.