“Nazirlər yox, sistem dəyişməlidir”
Oxunub: 4326
24 Oct 2013 | 11:18
“Nazirlər yox, sistem dəyişməlidir”

Nazirlər Kabinetində xırda dəyişikliklər istisna olunmaqla köhnə komanda yerində qalıb. Dəyişikliklər isə yalnız Müdafiə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əhatə etdi. Müdafiə naziri Səfər Əbiyev postundan uzaqlaşdırıldı və onun yerinə daxili işlər naziri Ramil Usubovun müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov təyin edildi. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovla əvəzlənib. Hökumətdə bu dəyişikliklər problemli sahələrdən sayılan bu iki nazirlikdə ciddi dəyişikliklərə səbəb olacaqmı? Tanınmış vəkil Aslan Ismayılovla müsahibəmizə bu suala cavab almaqla başladıq.

- Mən hər hansı dəyişiklikliyi gözləmirəm. Sovet dövründə bir məhşur lətifə var idi. Istilik sistemini düzəltməsi üçün usta çağırırlar. Usta görür ki, hər yerdə borular çürüyüb. Bildirir ki, sistemi dəyişmək lazımdır, bir batareyanı dəyişdirməklə istilik sistemini bərpa etmək mümkün olmayacaq. Ustanı sovet əleyhinə təbliğata görə həbs edirlər. Ona görə sistemin idarəetməsi dəyişməyincə, şəxslərin dəyişməyi ilə heç nə olmayacaq. Amma iki nazirin dəyişməsi sırf kütləvi etirazlarla bağlıdır. Səfər Əbiyevin vəzifəsindən azad olunması əsgər ölümünə gənclərin kütləvi etirazları ilə əlaqəlidir. Füzuli Ələkbərovun vəzifədən uzaqlaşdırılmasında isə Ismayıllı hadisələri rol oynadı. Deməli, hakimiyyət kütləvi etirazlarla hesablaşır. Xalq bunu bilməli və narazı olduğu hallara etirazını bildirməlidir. Amma hakimiyyətin xalqın hər sahədə, hər regionda kütləvi etiraza başlamasından sonra dəyişiklik reallaşdırması ölkəni anarxiyaya, xaosa apara bilər. Bu da birinci növbədə hakimiyyətdə olanlar üçün pis nəticələnəcək. Ona görə hakimiyyət fərdləri yox, idarəetmə sistemini dəyişməlidir.

- Uzun müddət postunda qalan nazirlərdən biri təhsil naziri idi. Amma yeni nazir Mikayıl Cabbarovun gəlişi bu sahədə dəyişikliyə səbəb olmadı, əksinə, vəziyyət daha da qəlizləşdi. Fərdlərin dəyişməsi sistemdə niyə islahatlar aparmağa imkan vermir və durum daha da mürəkkəbləşir?
- Sistem dəyişməyincə Mikayıl Cabbarov yox, kim olursa-olsun idarəçilikdə dəyişiklik edə bilməz. Ekspertlər Mikayıl Cabbarova onun savadına görə müsbət yanaşırdı. Amma mənim daha çox Mikayıl Cabbarova yazığım gəlir. Çünki o, öz karyerasını məhv etdi. Dəyişiklik baş verdimi, yox. Seçkilərin saxtalaşdırılması prosesində müəllimlərdən daha çox istifadə olunmağa başlanıldı. Ona görə idarəetmə sistemində prinsiplər dəyişməyincə, qanunun aliliyi təmin edilməyincə heç nə dəyişən deyil. Bütün məmurları, nazirləri dəyişin, yerinə yenilərini qoyun. Bu dəyişiklik nəticəsində heç nə dəyişən deyil. Əksinə, Artur Rəsizadənin postunda qalmasını çoxları mənfi qiymətləndirdi. Amma mən bu hadisəyə mənfi baxmıram. Çünki bu idarəetmə sistemində Artur Rəsizadə bəlkə də ən yaxşısıdır. Heç olmasa dövlətçilik nə olduğunu bilir və yəqin ki, bəzən bu barədə öz fikirlərini bildirir. Onun yerinə hazırlanan Əli Əhmədov Baş nazir olsa da heç nə dəyişən deyildi, əksinə olacaqdı. Bəlkə də Baş nazir postuna cavan korrupsioner məmurlardan birini qoysaydılar az müddətdə dövləti məhv edərdi.

“Yeni nazirlər nə ilə fərqlənib?”

- Nazirlər Kabinetində edilən dəyişiklik nəticəsində irəli çəkilən şəxslər öz keçmiş fəaliyyyətlərində fərqlənəcək bir addım atmışdılarmı ki, onlar irəli çəkildilər?
- Yeni müdafiə naziri Zakir Həsənovu tanımıram. Onun fəaliyyəti ilə tanış deyiləm. Səlim Müslümovun isə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olduğu müddətdə orada olan, “ağıllı” yeyintilər heç yerdə yox idi. Söhbət yeni nazirlərin şəxsiyyətindən getmir. Bu gün müxalifətdə olan ən təmiz adamlar belə hazırkı idarəetmə sisteminə yerləşdirilsə, heç nə dəyişən deyil. Bir sistemdə ki qanun işləmir, işləyən məmurlar paket şəkilində rüşvət alırlar, onlardan hansı ədalətli iş gözləmək olar?

- Bu arada hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların hökumət rəhbərliyinə namizədinin olduğu bildirilirdi. Amma baş nazir dəyişdirilmədi. Yaşı səksəni haqlamış şəxs yenidən baş nazir postunda saxlanıldı. Bəzi ekspertlər bu qərarı onunla izah edir ki, Əliyev hakimiyyət daxilindəki qruplaşmaları narazı salmaq istəmir. Siz, necə düşünürsünüz?
- Artur Rəsizadə heç bir qruplaşmaya aid deyil və dövlətçiliyin nə olduğunu bilən şəxsdir. Amma ən əsası Artur Rəsizadə hakimiyyətə iddialı, ambisyalı şəxs deyil. Digər tərəfdən, o, korrupsiyaya ciddi şəkildə bulaşmayıb. Amma korrupsiyaya bulaşmış məmurların son dəyişikliklərdən sonra mövqelərini gücləndirdiyi fakt oldu. Artur Rəsizadənin baş nazir saxlanması ilə hakimiyyətdaxili qruplaşmalar arasında tarazlıq gözlənildi. Amma hakimiyyətdaxili əsas qruplaşmaların mövqeləri bir qədər də möhkəmləndi. Əgər hər hansı qruplaşmanın nümayəndəsi baş nazir təyin edilərdisə, bu tarazlıq pozula bilərdi. Amma mənim gördüyüm odur ki, son dəyişikliklər nəticəsində Paşayevlərdən başqa bütün güc mərkəzləri mövqelərini möhkəmləndirdi.

- Prezidentliyə iddia irəli sürülə biləcək vəzifələrə bir qayda olaraq iddiası, ambisiyası olmayan şəxslər təyin edilir. Bu postlara misal olaraq baş nazir, xarici işlər naziri və Bakı meri vəzifəsini göstərmək olar. Hakimiyyətin bu siyasəti nəyə hesablanıb?
- Hazırkı idarəetmə elə qurulub ki, hamı bir adama tabe olmalıdır və bu şəxs hamıdan ağıllı, güclü olmalıdır. Ikinci bir iddialı və bacarıqlı adam baş nazir və ya Bakı meri olarsa, bu sabahları konkurensiyaya səbəb ola bilər. Son seçki kampaniyası hakimiyyətin mahiyyətini göstərdi. Iqtidarın seçki kampaniyasında prezidentliyə namizəd kimi, faktiki Ilham Əliyevin vəkilləri kimi hakimiyyətdə təmsil olunan və cəmiyyət tərəfindən qəbul edilən kifayət qədər savadlı gənclər iştirak edə də bilərdi. Niyə onlardan biri prezidentliyə namizəd kimi çıxış etmədi? Niyə onların içərisindən bir nəfər çıxaraq, gələcəkdə real namizəd olmağa iddiasını irəli sürmədi? Bu onu göstərir ki, bu sistem özünkülərə də etibar etmir. Mən bu hakimiyyətdə bir il işləmiş şəxsəm. Mən o zaman da gördüm ki, bir nəfər söz deyə biləcək şəxs vəzifədə qalmadı, hamısı təmizləndi. Kimin liderlik keyfiyyəti var idi, onlar vəzifədən uzaqlaşdırıldı. Anadan kölə doğulan şəxslər isə əksinə, mükafatlandırıldı. Çünki bilirlər ki, onlar heç nəyə iddialı deyillər. Rüşvətlərini alacaqlar və fəaliyyətlərini davam etdirəcəklər. Bu şəxslər üçün dövlət anlayışı yoxdur.

“Hakimiyyət təhlükə hiss etdiyindən legitimliyini təmin etməyə tələsdi”

- Seçkidən sonra hakimiyyətin bir sıra addımları maraq doğurur. Ciddi saxtakarlıq faktlarının baş verdiyi seçkilərdən dərhal sonra hüquqi normalar gözlənilmədən tələsik inauqurasiya keçirildi. Bu addımın atılmasında məqsəd nə idi? Beynəlxalq aləmi fakt qarşısında qoymaq, yoxsa hakimiyyət daxilində yaranmaqda olan narazılığın qarşısını almaq?
- Burada bir neçə səbəb var. Beynəlxalq aləmin fakt qarşısında qoyulması məqsədi də var. Göstərmək ki, artıq hüquqi tərəfdən hər şey nizamlanıb. Ikinci bir səbəb hakimiyyət məsələsinin asılı vəziyyətdə saxlanması iqtidar daxilində mərkəzdən qaçmanı gücləndirə də bilərdi. Başqa bir faktor Rusiyanın təhdidi idi. Bu amili də istisna etmək olmaz. Orxan Zeynalov ətrafında baş verən hadisələrin bütün Rusiya telekanallarının əsas xəbərinə çevrilməsi, milliyyətçilərin aktivləşməsi Putinin razılığı ilə atılan addım idi. Çünki Rusiyada da Azərbaycandakı kimi bütün telekanallar nəzarətdədir. Ona görə hakimiyyət tələsik bu addımı atdı ki, legitimliyini təmin etsin.

- Milli Şuranın oktyabrın 20-nə təyin olunan aksiyasına Bakı Şəhər Icra Hakimiyyəti gülünc arqument gətirərək icazə vermədi. Hakimiyyətin seçkidən sonra Milli Şuranın seçki kampaniyasına nisbətən daha kütləvi aksiya keçirməsindən narahat olduğu hiss olunur. Bunun səbəbi nədir?
- Hakimiyyət bilir ki, elan olunan nəticə bir, real nəticə isə başqa cürdür. Hakimiyyət real nəticənin necə olduğunu bizdən pis bilmir. Iqtidar cəmiyyətdəki narazılığın hansı həddə olduğunu bilir. Ona görə hakimiyyət kütləvi tədbirlərdən əvvəlkindən daha çox narahadır.

“Cəmil Həsənli debatlarda hakimiyyəti silkələməyi bacardı”

- Seçkidən sonra cəmiyyətdə maraqlı oyanıqlıq hiss olunur. Sumqayıtda hüquqları pozulan sahibkarların etiraz aksiyası keçirməsi, Nəsrəddin Tusi adına Pedoqoji Universitetdə oxuyan tələbələrin imtahanların yazılı keçirilməsinə açıq narazılıq ifadə etməsi bunu sübut edir. Bir çox ekspertlər baş verənləri təsadüfi qiymətləndirmir və hesab edir ki, seçki kampaniyası dövründə Cəmil Həsənlinin 9 debatdakı çıxışı insanları yenidən mübarizəyə ruhlandıra bilib. Siz, baş verənləri necə dəyərləndirirsiniz?
- Cəmil Həsənli bu debatlarda hakimiyyəti silkələməyi bacardı. Cəmil Həsənlinin bu etdiklərini 20 il ərzində müxalifət düşərgəsi etməmişdi. Digər tərəfdən, hazırda müşahidə olunan etiraz hadisələrinin kökü keçmişə gedir, onlar bu gün başlamayıb. Quba, Ismayıllı, Binə hadisələrini, gənclərin, sahibkarların etiraz aksiyalarını xatırlamaq lazımdır. Bütün bu aksiyalar hakimiyyətə bir siqnaldır. Fizikada bir qanun var. Dalğalar üst-üstə düşəndə onun nəticəsi böyük uçurumlara səbəb olur. Bir gün hakimiyyət görəcək ki, ayrı-ayrı yerlərdə baş verən etiraz aksiyaları iri bir kütləvi aksiyaya çevrilib. O zaman da ölkəni anarxiya, xaos bürüyəcək.
Tələbələrin etiraza qalxması maraqlıdır. Bəllidir ki, bütün tarix boyu inqilablarda, cəmiyyətdəki yenilənmələrdə tələbələrin rolu həlledici olub. Xüsusilə Tarix və Hüquq fakültələrində oxuyan tələbələrin aktivliyi ciddi rol oynayır. Xalq Hərəkatı zamanı baş verənləri də təhlil etsəniz, bunu görəcəksiniz. Tələbələrin bu etirazını baş verənlərlə bağlı olduğunu düşünmürəm. Çünki haqqının tapdanmasına, azadlığının məhdudlaşdırılmasına, əsgərlikdə olan gənclərin ölümünə, siyasi fəal gənclərin həbsinə bu gənclər susdular. Amma imtahanın şifahi və ya yazılı olmasına etirazlarını bildirdilər. Bu, ümumi şüurla bağlı deyil. Bu daha çox Azərbaycandakı fərdçiliklə bağlıdır. Ancaq əminəm ki, bu günclər bir gün başa düşəcəklər ki, Cəmil Həsənlinin, demokratik qüvvələrin apardığı mübarizə təkcə onların mübarizəsi deyil. Demokratik qüvvələr normal cəmiyyətin qurulmasına çalışırlar. Amma gənclər də bu sahədə aktiv olmalıdır. Gənclər bilməlidir ki, onların kütləvi narazılığı istənilən hakimiyyəti islahatlara getməyə məcbur edə bilər. Əgər gənclər cəmiyyətdəki haqsızlıqlara susub, yalnız yazılı imtahanın keçirilməsinə görə baş qaldıracaqlarsa, o zaman həmin gənclər ömürlərini sürünə sürünə keçirərək bizim yaşa dolacaqlar. Amma şüurlu şəkildə baş verən haqsızlıqlara münasibət bildirəcəklərsə, o zaman özlərinə normal gələcək təmin edə bilərlər.
Məsələn, bu gün “Azadlıq”a qarşı olan basqılar sıradan hadisə deyil. Əgər “Azadlıq” qəzeti bağlanan zaman bu cəmiyyət sussa, nəticələr daha pis olacaq. Bu gün “ANS” telekanalını, mən də daxil olmaqla hamı qınayır və düz də edirik. Amma bir qədər ədalətli olmaq lazımdır. Rusiyada “NTV” kanalı bağlanan zaman telekanalın yerləşdiyi binanın ətrafına qısa müddətə 50 min insan toplaşdı. Rusiya cəmiyyəti başa düşdü ki, bu, söz azadlığının boğulmasıdır. “ANS” bağlanan zaman kanalın həyətinə heç 50 nəfər yığışmadı. Mən həmin gün dəstək məqsədilə telekanala getmişdim. Insanlar dərk etməlidir ki, baş verənlər ayrı-ayrı fərdlərin deyil, ümumi bir faciədir. Ona görə bu son kabinet dəyişikliyindən nəsə gözləyənlər yanılır. Islahat tələb olunmalıdır və bu tələb o qədər ciddi olmalıdır ki, yuxarıdakılar islahata getməyə məcbur olsunlar. Bu gün Ilham Əliyevin hakimiyyətinin yerinə Obama, Merkel iqtidarı olsa belə cəmiyyətin susqunluğu davam edəcəksə, heç nə dəyişməyəcək. Amerikada rüşvətin nə olduğunu bilməyən sahibkarlar Azərbaycana gələn zaman buradakı korrupsioner sistemə uyğunlaşır və rüşvət verməklə fəaliyyətlərlərini uğurla davam etdirirlər.

Oxşar xəbərlər
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO