“Həm diplomatiya, həm də hərbi müstəvidə hücumedici siyasətimizi davam etdirəcəyik”
3434
13 Dec 2020 | 14:17

“Həm diplomatiya, həm də hərbi müstəvidə hücumedici siyasətimizi davam etdirəcəyik”

Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti işğaldan azad edilən ərazilərdəki meşəliklərdə gizlənən bəzi erməni hərbçilərinin əsgərlərimizə, o cümlədən mülki vətəndaşlarımıza qarşı teror aktları həyata keçirməsi ilə bağlı məlumat yayıb.

 

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov, Ermənistanın aldığı məğlubiyyətdən hələ bir müddət özünə gələ bilməyəcəyini vurğulayıb:

 

“Reallıq odur ki, biz torpaqlarımızı azad etmişik. Demək olar ki, beynəlxalq normalar əsasında Azərbaycan məlum 4 qətnaməni yerinə yetirib. Bu bir həqiqətdir ki, opponentlərimiz də buna qarşı çıxış etmirlər.

 

Görünür, ermənilər aldıqları məğlubiyyətlə barışa, sakitləşə bilmirlər. Bu məğlubiyyət onları o qədər sarsıdıb, o qədər mənfi təsir göstərib ki, onlar bütün üsul və vasitələrə əl atmağa çalışırlar. Onlar hətta Azərbaycanın dinc əhalisinə qarşı terror aktları törədirlər. Ermənilərin aldığı məğlubiyyət, verdiyi itkilər o qədər böyükdür ki, görünür, onlar hələ bir müddət özlərinə gələ bilməyəcəklər. Lakin bu, bizim üçün heç bir təhlükə yaratmır. Bizim Silahlı Qüvvələrimiz, xüsusi təyinatlılarımız oradadır.

 

Azərbaycan düşmənə öz zərbələrini endirib və bundan sonra da həm diplomatiya, həm də hərbi müstəvidə hücumedici siyasətimizi davam etdirəcəyik”.

 

Seymur ƏLİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər