Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda idarəetmə mexanizmi nə zaman qurulacaq...?
Oxunub: 4696
24 Nov 2020 | 16:05
Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda idarəetmə mexanizmi nə zaman qurulacaq...?

Sabah, 25 noyabrda Azərbaycanın Kəlbəcər rayonu işğalçı Ermənistan ordusu tərəfindən azad ediləcək və 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Silahlı Qüvvələrimizə təhvil veriləcək. Əslində Kəlbəcər rayonu ötən həftədən azad edilməliydi, sadəcə, Ermənistanın Rusiyaya minnətçi düşməsi nəticəsində Azərbaycan növbəti dəfə humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək, vandal qonşulara daha on gün vaxt verdi. Dekabrın 1-dək Laçın rayonu da düşmən tapdağından tam təmizlənməlidir. 

İndi bir çox vətəndaşlarımızı düşündürən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin sonrakı taleyidir. Hazırda bu bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. “Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”, - deyə rusiyalı nazir əlavə edib.

Rusiya prezidenti Vladimir Putin “Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. ”Report" xəbər verir ki, Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib. “Ermənistan heç özü Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, - deyə Rusiya lideri bildirib. Bu halda o vurğulayıb ki, KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.

Son günlərədək Ermənistanın təəssübkeşi qismində çıxış edən Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və suveren ölkə tərəfindən müraciət olmadıqca biz ora müdaxilə edə bilmərik”, - deyə Makron bildirib.

Həmsədr ölkələrin üçüncüsü, ABŞ-ın isə başı seçkisonrakı proseslərə qarışsa da, yay aylarında Konqresin Ermənistanı işğalçı ölkə olaraq tanıması unudulmayıb. Beynəlxalq hüquq keçmiş Dağlıq Qarabağ daxil, Ermənistanın işğalı altında olmuş bütün ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləyir. Ancaq Rusiya sülhməramlılarının 5 illik fəaliyyəti, Moskvanın bu bölgədə həyata keçirdiyi layihələr bir sıra hallarda narahatlıq doğuran fikirlər yaradır.

Qeyd edək ki, Milli Məclisin ötən iclasında bu mövzuya diqqət çəkən deputat Vahid Əhmədov bir sıra dövlətlərin 10 noyabr bəyanatını qəbul etmək istəmədiyini xatırlatmışdı. Bildirmişdi ki, dövlət başçımız iradəsini ortaya qoyaraq bu bəyanatı imzaladı, amma bəzi qüvvələr bu uğurumuzu qəbul edə bilmir. V.Əhmədov ardınca qeyd etmişdi ki, dekabrın 1-dək Ermənistan ordusu Kəlbəcər və Laçından çıxmalıdır: “Laçın və Kəlbəcərdə Azərbaycan bayrağı yüksələcək. Amma mən bir Azərbaycan vətəndaşı kimi istərdim ki, bizim bayrağımız Xocalıda, Xocavənddə, Xankəndində də ucaldılsın”.

Vahid Əhmədov uşaqpuluna

Vahid Əhmədov

V.Əhmədov bu məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki,  dekabrın 1-ni gözləyir: “Kəlbəcər və Laçın tamamilə Azərbaycana təhvil verilsin, ondan sonra yəqin ki, cənab Prezidentin fərmanı ilə bu sahələrdə müəyyən idarəetnə mexanizmi həyata keçiriləcək. Xankəndi, Xocavənd, Xocalı, Ağdərədə idarəetmə mexanizmi qurmaq lazımdır ki, bizim icra hakimiyyəti, hüquq-mühafizə orqanlarımız işləməyə başlasınlar. O halda yavaş-yavaş Azərbaycan əhalisinin də bu ərazilərə qayıtması üçün şərait yaranacaq. Yəni bizim istədiyimiz bundan ibarətdir”.

V.Əhmədov bildirdi ki, Xankəndi və digər rayonlarla əlaqədar XİN-ə hər hansı sorğu göndərməyib: “Qeyd etdiyim kimi, Kəlbəcər və Laçının Azərbaycanın tabeçiliyinə qaytarılmasını gözləyirik. Hələ bu məsələlər yekunlaşsın, yəqin ki, ondan sonra digər məsələlərə - həmin ərazilərdə idarəetmə mexanizmlərinin qurulmasına dövlət səviyyəsində baxılacaq.

Millət vəkili V.Putindən sonra Fransa prezidenti E.Makronun da Dalıq Qarabağın Azərbaycan ərazisi olduğu barədə rəsmi mövqeyini ifadə etməsinə toxundu: “Putin də, Makron da bunu açıq şəkildə bəyan etdi, bunun özü də böyük qələbədir. Bundan sonra geriyə yol yoxdur”.

V.Əhmədovun sözlərinə görə, istənilən halda, biz işimizi ehtiyatlı qurmalıyıq: “Rusiyanın sülhməramlıları bölgədədir. Ona görə biz çalışmalıyıq ki, orada Türkiyənin sülhməramlıları da olsun. Mən demirəm ki, rus sülhməramlıları ilə bir yerdə, heç olmasa, yaxın zonalarda yerləşdirilsin. Məsələn, Şuşada, Laçında, Xocalıda ola bilər. Ümumiyyətlə, bizim və Türkiyənin dövlət başçıları arasında əlaqələr çox yüksək səviyyədə qurulub. Amma biz istəyirik ki, bu əlaqələr hərbi sahədə daha da geniş olsun. Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi və digər məsələlərə baxıla bilər. Yəni bizi müdafiə edən dövlətlərdən birincisi Türkiyədir, ona görə də biz qardaş ölkə ilə hərbi məsələləri daha çevik müzakirə edib, zəruri addımları atmalıyıq”.

“Mən deməzdim ki, bu ərazilər ermənilərdə qaldı. Məlumdur ki, bütün bu rayonlar və şəhərlər Azərbaycanın əraziləridir. Təbii ki, bu rayonlarda ermənilər də yaşayıb və gələcəkdə də Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq yaşayacaqlar. Yəni hazırda bu rayon və şəhərlər üçün hansısa statusdan söhbət getmir”.

Arzu Nağıyev: Azərbaycan və Rusiya qlobal faciə ilə mübarizədə parlaq  nümunə göstərdi - Sonxeber.net

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə bu fikirləri qəzetimizə söylədi. Bildirdi ki, bu gün əsas məsələ hər iki tərəfdən qaçqınların yerləşdirilməsi və infrastrukturun bərpasıdır: “Məlumdur ki, dekabr ayının 1-nə qədər erməni silahlı birləşmələri işğal edilən rayonları, eyni zamanda Azərbaycanın ərazisini tərk etməlidirlər, bu, həm də Xankəndi, Xocalı və digər ərazilərə aiddir. Bu gün ən ciddi məsələ atəşkəsə tam riayət etməkdir. Bugünlərdə Xocalıdan, Ağdamdan keçməsi nəzərdə tutulan 104 km-lik Yevlax-Xankəndi dəmir yolunun çəkilməsi də nəzərdə tutulur. Bu da mühüm şərtlərdən biridir. Azərbaycan və Rusiya rəhbərliyinin məqsədi bu gün Qarabağa BMT və digər beynəlxalq təşkilatların, o cümlədən YUNESKO, Qırmizi Xaç və s. cəlb edilməsi, humanitar və digər dini və mədəni məsələlərin həll edilməsidir”.

A.Nağıyev qeyd etdi ki, bu ərazilərdə kimin yaşamasından asıl olmayaraq, mərhələli surətdə iqtisadi, siyasi və digər problemlər həll edilməlidir: “Məlumdur ki, demoqrafik məsələlərin həlli çox mühüm şərtdir, ona görə də infrastrukturlar öz fəaliyyətini nə qədər tez bərpa etsələr, digər məsələlər də paralel olaraq həll ediləcək. Bu gün işğaldan azad edilən ərazilərimiz hələ ki hərbi birləşmələrimizə təhvil verilir, komendaturalar və s. formalaşdırılır. Düşünürəm ki, paralel olaraq digər işlər də aparılacaq, ərazi bütövlüyümüz  tam bərpa ediləcək və bütün məsələlər Azərbaycan qanunları ilə tənzimlənəcək”.

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ  bilər, onları dəhşət bürüyür”

Qüdrət Həsənquliyev

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev işğal altında qalan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizin taleyi barədə danışarkən “Yeni Müsavat”a bunları söylədi: “Noyabrın 10-da imzalanmış birgə bəyanatın 7-ci maddəsinə görə daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar.

Yəqin ki, bu işə dekabrın 1-də  erməni işğalçıları Azərbaycanı tam tərk edəndən sonra başlanılacaqdır. Hazırda Minsk Qrupunun fəaliyyətini bərpa etməsindən və Putinin verdiyi  açıqlamalardan belə qənaətə gəlmək olar ki, Dağlıq Qarabağın statusu məsələsi Minsk Qrupunda müzakirə olunacaq. Həmin müzakirələrin nəticəsindən asılı olaraq regionun iqtisadi, maliyyə  və kommunikasiya baxımından Azərbaycana inteqrasiya olunması, yerli erməni sakinlərin vətəndaşlıq məsələsi, həmin ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, yerli idarəetmə və digər məsələlər  öz həllini tapacaq. İndi qarşımızda duran əsas məsələ  dekabrın 1-dən sonra Ermənistanla bütün sərhəd boyunca, xüsusilə Laçın keçidində sərhədçilərimizin yerləşdirilməsi, Dağlıq Qarabağın qaz və elektrik enerjisi ilə təchizatını Azərbaycanın öz üzərinə götürməsi olmalıdır. Qalan məsələləri də ağıl və təmkinlə addım-addım həll edəcəyik. Qarabağ Azərbaycandır və Azərbaycan bütün ərazisində öz suveren hüquqlarını bərpa edəcəkdir".

Görünən budur ki, bəzi güclər Azərbaycan ərazilərinin azad olunmaması üçün əlindən gələni etməyə çalışır. Məsələn, Fransa senatı  nəinki Xankəndi və digər şəhər və rayonların azadlığına qarşı çıxır, hətta 1994-cü il atəşkəs razılaşması ərəfəsində mövcud olan “təmas xətti”nin bərpasına (!) nail olmaq istəyir. Noyabrın 25-də Fransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, hansı siyasi nəticələr doğurar?

Q.Həsənquliyev bu barədə danışarkən dedi ki, qondarma rejimin tanınması üçün Fransa prezidenti müvafiq qərar qəbul etməlidir: “Bu isə o demək olacaq ki, həmin qərardan 10 dəqiqə sonra, Azərbaycan Respublikası Prezidentinin bəyan etdiyi kimi, Fransa ilə bütün iqtisadi, siyasi, diplomatik əlaqələrə, o cümlədən onun Dağlıq Qarabağ üzrə Minsk Qrupundakı vasitəçilik missiyasına  son qoyulacaq. Onlar bundan artıq heç nəyə  nail olmayacaqlar”. Fransanın Azərbaycana bu qəzəbi nədən qaynaqlanır? Q.Həsənquliyev: “Bu gün yazıları və çıxışları ilə diqqət çəkən hörmətli İlham İsmayılın Moderator.az saytında bir yazısı ilə tanış oldum. Ümid etdiyini bildirir ki, Makron gedicidir və bir gün haqsızlığa qarşı mübarizə aparan bir Qraf Monte Kristo peyda olacaq və haqsızlığa son qoyacaq. Təəssüf ki, belə olmayacaq. Fransada münaqişə başlayandan çox prezidentlər dəyişib, amma Fransanın ermənipərəst və qərəzli mövqeyi dəyişməyib. Yəqin hörmətli İlham bəy dəyərli ziyalımız və sabiq millət vəkili rəhmətlik Şamil Qurbanovun ”Jak Şirak qudurub" ifadəsini unudub. Fransanın bizə olan qəzəbi həmin ölkədə mövcud olan 600 minlik zəngin erməni diasporasının pulundan və islamafobiya mərəzinə yoluxmuş fransız cəmiyyətindən qaynaqlanır".

Beləliklə, biz Xankəndi, Xocalı və Xocavəndə qayıdışımızı gözləyirik. Hazırda orada Rusiya sülhməramlılarına arxayın olan Araik kimi barəsində cinayət işi qaldırılan canilər “at oynatmaq”da davam edə bilməyəcəklər.


“Yeni Müsavat”

Oxşar xəbərlər
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
GÜNLÜK
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır