Azərbaycandakı Rusiya sülhməramlılarına(?) rəsmən  xatırladılmalı olan bəzi məqamlar...
Oxunub: 6604
18 Nov 2020 | 11:01
Azərbaycandakı Rusiya sülhməramlılarına(?) rəsmən  xatırladılmalı olan bəzi məqamlar...
Azərbaycan Milli(!) Ordusunun Şuşayadək müzəffər yürüşündən sonra – noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat-razılaşmaya əsasən Rusiya ordusunun 2 minə yaxın canlı qüvvəsi, 90-dan çox zirehli texnikası sülhməramlı adı altında Azərbaycanın hələlik ordumuzun tam nəzarətində olmayan Laçın “dəhliz”i, keçmiş “Dağlıq Qarabağ” adlanan əraziyə, eləcə də Kəlbəcər və Ağdam rayonlarının işğal altındakı torpaqlarına yeridildi. Doğrudan da xoş, sülhməramlı niyyətlə gələnlər xoş gəlib-səfa gətiriblər.  Amma  unutmayaq ki, 1993-1994-ci illərdən bəri Kreml dairələri hansısa bəhanə ilə Azərbaycana qoşun yeritmək həvəsindən  əl çəkməyib. Xüsusən 2013-cü ildə  Qəbələ RLS-dən də axırıncı rus əsgərinin ayağı kəsildikdən  sonra bu həvəs daha da gücləndi. Rusiya ordu hissələrinin ölkəmizə  yeridilməsi üçün ən optimal bəhanə də Qarabağ “münaqişəsi”, yəni Azərbaycan torpaqlarının işğal altında qalması idi. Nəhayət, 26 ildən sonra  elə bir geo-siyasi durum yetişdi ki, Ali Baş Komandanın rəhbərliyi, qardaş Türkiyənin, dost Pakistanın ciddi dəstəkləri ilə Azərbaycan ordusunun cəmi 44 gün ərzində  həyata keçirdiyi unikal bir əməliyyat sayəsində Ermənistan ordusunun, demək olar ki, sıradan çıxarılması,  torpaqlarımızın, xüsusən də Şuşanın azad olunması Rusiyanın bu istəyinin icrasına bəhanə və şərait yaratdı...

Xülasə, fakt odur ki, Rusiya əsgərinin ayağı Azərbaycan torpağındadır. Rusiya ordusunun son 200  ildə,  sovet dövründə və 1988-1990-cı illərdə, 20 Yanvarda, Xocalı soyqırımında, eləcə də Qarabağın işğalında və s. terrorçu və işğalçı ermənilərə  dəstək olaraq xalqımıza qarşı törətdikləri barədə çox danışılıb. Təkrara ehtiyac yoxdur...  Fakt odur ki,  bu gün həmin ordunun hansı ad altında olmasına rəğmən yenidən ölkəmizə qayıtması, xüsusən Xocalı faciəsində ermənilərin aparıcı gücü olmuş keçmiş sovet-rus 366-cı alayının  o vaxt dislokasiya olunduğu Xankəndində yenidən yerləşməsi xalqımızda ciddi narahatlıq və qıcıq doğurur.  Fəqət, unutmayaq ki, bu gün 90-cı illər deyil... Və son 44 günlük müzəffər savaşımız da sübut etdi ki,  artıq Azərbaycan dövləti də, ordusu da müstəqilliyin körpəlik illərindəki gözüqıpıq, başıqapazlı dövlət, ordu deyil. Onun xüsusən son Vətən müharibəsi günlərində  yüksək siyasi, diplomatik bilik və bacarıqlara malik  dövlət başçısı  olduğunu sübut etmiş Ali Baş Komandanı, istər müasir savaş sistemində, istərsə də əlbəyaxa, kəsici silahla aparılan klassik döyüşlərdə yüksək səviyyəli strategiya, taktika, təlim hazırlığı və ən başlıcası, cəsarət və döyüş ruhu olduğunu təsdiqləmiş əsgər, çavuş, gizir, zabit, polkovnik və generalları var. Bu gün,  Prezidentin də vurğuladığı kimi, kimsə bizə istər siyasi, istərsə də hərbi meydanda diqtə edə bilməz.  Kimsə bizi təhqir edə bilməz – edənlər gec-tez cavabını alacaq... 

Qayıdaq, konkret mövzuya... 10 noyabr  tarixli məlum üçtərəfli razılaşmanın Azərbaycan üçün müsbət və mənfi tərəfləri  barədə kifayət qədər danışılıb.  Bunları  bir daha təkrar etməyə ehtiyac yoxdur. Ancaq sülhməramlıların statusu, gəlişi, davranışları ilə də bağlı xalqı qıcıqlandıran bir sıra məqamlar var. Sözsüz ki, “nəyi  nə vaxt etmək gərək olduğunu” yaxşı bilən Ali Baş Komandan bütün bunları görür, bilir və vaxtı yetişəndə lazımi tədbirlər görəcək, lazımi ünvanlara gərəkli cavabları verəcək.  Ancaq  bəzi məsələlər var ki, informasiya savaşının bir tərkib hissəsi olaraq  onları bir vətəndaş və yazar  kimi xatırlatmaq, yəni torpaqlarımızın,  o cümlədən keçmiş “Dağlıq Qarabağ”ın  tam nəzarətimizə keçərək işğaldan azad olunması uğrunda mübarizəyə dəstək vermək bizim borcumuzdur... 

Öncə başlayaq Rusiya Müdafiə Nazirliyi saytının Qarabağ sülhməramlı missiyasıyla bağlı yaradılmış  bölməsində üçtərəfli razılaşmanın ertəsi günü təqdim olunmuş rəsmi xəritələrdən...  Həmin xəritələrdə bir sıra toponimlər Azərbaycan Respublikasının müstəqillik illərində tərtib olunmuş və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş xəritələrdəkilərə uyğun olaraq deyil, Ermənistanın işğal altındakı  Azərbaycan torpaqlarında qondardığı  separatçı-terrorçu rejimin təqdim etdiyi xəritələrdəki kimi verilib. Məsələn,  noyabrın 10-da təqdim edilmiş Laçın “dəhlizi”nə aid xəritədə Laçın rayon mərkəzindən təxminən 10 km məsafədə “Yengivar”,  15-20 km məsafədə isə “Lısaqor” yaşayış məntəqəsi göstərilib.
Halbuki, araşdırmamıza görə, həmin ərazidə “Yengivar” adlı məntəqə  heç qondarma erməni rejiminin də xəritəsində yoxdur. Sovet dövründə bu ərazidə XIX-XX əsrlərdə köçürülmüş ermənilərin yaşadığı “Yexsaox” adlı kənd olub. Lakin 1991-ci ildə məhz bu kənd yaxınlığında erməni terrorçuları tərəfindən, özü də sovet-rus batalyonunun komandiri Larionovla birgə qətlə yetirilmiş jurnalist Salatın Əsgərovanın şərəfinə rəsmən Salatınkənd adlandırılıb. “Lısaqor” isə  Keçaldağ toponiminin ruscaya kalkasıdır və 1991-ci ildən bu yana  həmin ərazi də Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati ərazi dairəsindəki Turşsu qəsəbəsi ilə  birgə Turşsu adlandırılmağa başlanıb. Bundan əlavə və ən başlıcası, bəhs edilən xəritədə, eləcə də 44 günlük savaş boyu əksər Rusiya KİV-də Azərbaycan Respublikasının 1991-ci ildən rəsmən Xankəndi adlandırılan şəhəri 1918-ci ildə yüz minlərlə Azərbaycan müsəlmanının qətlinə bais olmuş terrorçu Stepan Şaumyanın adı ilə “Stepanakert” adllandırılır. Həmçinin eyni xəritədə və rus mediasında Ağdərə “Mardakert”, Xocavənd  “Martuni”, Kəlbəcər rayonunun Qozlu Körpü kəndi “Getavan”,  Tərtər rayonunun Qaratəpə kəndi “Tonaşen”,  Lüləsaz kəndi  “Akop kamari”   və s.  kimi təqdim edilir. 

Qısası, Azərbaycanın 1990-cı illərdən bəri   işğal altında olmuş  və bu gün də ermənilərin nəzarətində qalan ərazilərindəki bütün toponimlər: şəhər, qəsəbə, kənd, dağ yüksəklik və zirvələri, çay, göl və s. adlarının Azərbaycan Respublikasının Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi  tərəfindən tərtib edilmiş və təsdiqlənmiş siyasi, fiziki, iqtisadi və s. xəritələri əsasında göstərilməsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi və digər dövlət, hökumət qurumlarından eləcə də, telekanal, radio, qəzet, sayt  və s. media vasitələrindən rəsmən tələb edilməlidir. Çünki bunlar da Azərbaycan müstəqil dövlətinin şərəf və qürur məsələsidir...  




Xalqın əsəblərini tarıma çəkən ikinci əsas məsələ Rusiya sülhməramlılarının komandanı general Rustam Muradovun Azərbaycan torpaqlarına gəldiyi ilk günlərdən  1991-ci ildən  bəri işğal altındakı torpaqlarımızda qondarılmış separatçı kriminal rejimin başçısı Araik Arutyunyanla, eləcə  də həmin xuntanın qanunsuz “müdafiə naziri” ilə görüşməsi, yəni onları  bölgənin bir “hüquqi rəhbərləri” kimi qəbul edərək onlarla bir sıra məsələləri müzakirə etməsidir. Halbuki, Gəncəyə ballistik raket atılması haqda əmr verdiyini həyasızcasına etiraf edən  həmin A.Arutyunyan  barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu  cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.  Bundan əlavə, A. Arutyunyan  fəxrlə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkini də “qəbul etməsi” barədə xəbər verib və “Facebook “ səhifəsində həmin görüşlərin fotolarını da paylaşıb. Özü də qondarma qurumun artıq əski parçasına çevrilmiş “bayrağı”nın fonunda... 

Azərbaycan xalqı bütün bu faktları  Rusiya rəsmi dairələrinin 30 ilə yaxındır başımıza olmazın faciələrin gətirilməsində aparıcı rol oynamış separatçı-terrorçu qurumu dolayısıyla tanıması kimi qəbul edir... Əslində Azərbaycan ordumuz  tərəfindən Xankəndi azad olunmalı və həmin  separatçı-terrorçu rəhbərlər həbs olunaraq qanun və ədalətin mühakiməsinə verilməli idi. Ancaq belə anlaşılır ki, Şuşanın azad olunmasından sonra dərhal atəşkəs elan edilməsinə ermənilər əvəzindən yalvaran Rusiya dövləti və ordusu mülki ermənilərlə yanaşı, separatçı erməni rejiminin Xankəndi, Əsgəran, Ağdərə, Xocavənddəki və s.  tör-töküntülərinin də təhlükəsizliyini qorumağa başlayıb... 

Təbii ki, Rusiyanın sülhməramlı missiya yerinə yetirən generallarının bu cür davranışları  onların mandatına heç cür uyğun deyil. Sülməramlılar Qarabağda – Azərbaycan torpaqlarında  öz funksiyalarını mandatlarına uyğun şəkildə aparmalıdırlar. Təəssüf ki, sadaladıqlarımızdan əlavə,  rus ordusu artıq Azərbaycan Respublikasının hüquqi ərazisində inzibati, mülki məsələlərə də müdaxilə etməyə başlayıb...
 
Bununla bağlı Moderator.az-a açıqlama vermiş  konfliktoloq Elxan Mehdiyevin fikirlərini  bir daha xatırladırıq: 
“...Baxın, artıq bizdən öncə Rusiya hərəkətə keçib. Onların bu cür işlərdə bizdən çox təcrübəsi var. Və onların artıq bölgə ilə bağlı vizyonları var. Və tez hərəkətə keçməklə təşəbbüsü ələ almaq istəyirlər. Prezident Putinin yaradılması haqda fərman imzaladağı Humanitar Reaksiya Mərkəzi nə deməkdir?  Faktiki olaraq ruslar ermənilərin əlində olan ərazilərdə və ya Xankəndində mülki idarəçilik forması yaratmaq istəyirlər. Bu fərman 10 noyabrda imzalanmış bəyənatın müddəlarına ziddir və Rusiyaya belə bir mandat verilməmişdir. Rusiyanın bu cür mərkəz qurmasına kim izn verib? Belə çıxır ki, Rusiya burada özünün mərkəzini və ya mülki idarəetmə orqanını qurur və Qarabağda infrastruktur işlərindən tutmuş humanitar məqsədlər və Azəərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqəyə kömək edən mülki strukturlar qurur. Qarabağda Azərbaycanla Ermənistanın nə qarşılıqlı əlaqəsi olmalıdır ki? Və bu Xankəndidə niyə qurulmalıdır? Ən əsası, bu razılaşdırılmış sülhməralı qüvvələrin mandatına uyğun deyil axı...”

Doğrudur, Ali Baş Komandanın rəhbərliyi və Milli Ordumuzun şücaəti, peşəkarlığı, şəhidləri, qaziləri sayəsində cəmi  bir ay yarım müddətində torpaqlarımızın azadlığı uğrunda savaşda misilsiz uğurlar əldə etdik. Qarabağın ürəyi, tacı – Şuşanı azad etdik... Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik... 

Fəqət, qətiyyən qələbə eyforiyasına, hay-küyünə qapılıb arxayınlaşmaq olmaz.  Unutmaq olmaz ki, düşmən  nə qədər əzilmiş olsa da, o qədər də məkrli və kinlidir... Odur ki, onların xarici güclərin, o cümlədən Rusiya dövləti və onun sülhməramlı adı altında gəlmiş ordusunun dəstəyindən yararlanaraq indi olmasa da, gələcək nəsillərimiz üçün yeni bir  “Qarabağ münaqişəsi” problemi  yaratmasına imkan verməli deyilik... Bu işdə hərbçiləri artıq Qarabağa gəlməkdə olan qardaş Türkiyə də yanımızdadır... 

Sultan Laçın   

Oxşar xəbərlər
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
GÜNLÜK
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı