“Türk əsgərinin Qarabağa gəlişi bizim üçün mühüm məsələdir” -  Vahid Əhmədov
1935
16 Nov 2020 | 14:14

“Türk əsgərinin Qarabağa gəlişi bizim üçün mühüm məsələdir” - Vahid Əhmədov

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib.

 Sənəddə Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsi nəzərdə tutulur. 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, Qarabağ ərazisində türk qoşunlarının olması bizim üçün çox önəmlidir:

“Türkiyə Böyük Millət Məclisindən icazə alınmamış hərbi qoşunlar Azərbaycana göndərilə bilməz. Bu bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Qarabağda vəziyyətə Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə sülhməramlıları da nəzarət edəcək. Çünki hər iki tərəfin nəzarəti olmalıdır”.

Vahid Əhmədov erməni hərbçilərin ərazilərdən çıxarılmaması barədə məlumatların yayıldığını da qeyd edib:

“Əldə etdiyimiz məlumatlara görə,  Qarabağda olan bəzi erməni hərbçiləri razılaşmada nəzərdə tutulmuş ərazilərdən çıxmaq istəmirlər. Bu da müəyyən problemlər yaradır. Düzdü, Rusiya sülhməramlılarının əsas vəzifəsi onları həmin ərazilərdən çıxartmaq, oraları boşaltmaq və həmin rayonları bizə təhvil verməkdir. Türkiyə qoşunlarının Qarabağa gəlməsi isə məsələnin həlli üçün əlverişlidir”.
Link kopyalandı!
Son xəbərlər