“Türkiyə-Azərbaycan əlaqələri gerçək müstəvidə qurulmadan  Qafqazda sabitlik mümkünsüzdür...” 
Araşdırma
Oxunub: 5222
16 Nov 2020 | 13:54
“Türkiyə-Azərbaycan əlaqələri gerçək müstəvidə qurulmadan  Qafqazda sabitlik mümkünsüzdür...” 
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, 
Boran  Əziz Moderator.az redaksiyasına  “Qafqazın sabitliyində Türkiyə-Azərbaycan münasibətlərinin yeri:tarixi təcrübənin təhlili və əhəmiyyəti” adlı tarixi-elmi məqaləsini təqdim edib. Aktuallığını, Azərbaycanda, son 44 günlük  Qarabağ savaşı və bütövlükdə regionda bu günümüzdə baş verən proseslərlə səsləşdiyini nəzərə alaraq həmin materialı  dəyərli oxucuların nəzərinə çatdırırıq. 

“Çoxəsrlik tarixi hadisələrin, arxiv materiallarının və araşdırmaların müqayisəli təhlili göstərir ki, Qafqazda sülh və əmin-amanlığın mövcud olmasında Türkiyə- Azərbaycan münasibətləri mühüm rol oynamışdır. Bir sıra böyük dövlətlərin yerli xalqları əsarət altına almaqla Qafqazın geostrateji əhəmiyyətindən, yeraltı və yerüstü sərvətlərindən bəhrələnmək niyyətlərinə bir çox hallarda Türkiyə-Azərbaycan münasibətləri mane olub. Məlumdur ki, çar Rusiyası hələ I Pyotrun hakimiyyəti zamanı Xəzər sahillərini işğal etməyə ciddi şəkildə hazırlıq gördü. Lakin bu hazırlıqdan Osmanlı dövlətinin xəbəri olmaması üçün onunla barışığa gəlməyə hazırlaşdıqları görüntüsünü yaratmağa çalışırdılar. Ancaq 1722-ci il iyunun 15-də I Pyotrun türkcə yazılan bəyannaməsindən, həmin ilin avqustunda Rusiya donanmasının Dərbəndi işğal etməsindən sonra“gizlənpaç oyunu bitmiş oldu” (Bax: 1, 473-482; 10,54)

Buna cavab olaraq II Sultan Əhməd (1703-1730) hökumətinin böyük vəziri İbrahim paşa Rusiyanın İstanbuldakı konsulu İ.Neplüyevə 1722-ci ilin noyabrında etiraz bəyanatı verdi. Orada göstərildi ki, rus qoşunları işğal etdiyi torpaqlarda olduqca türk xalqı rahatlıq tapmayacaqdır. (1,482; 10-55). Həmin ilin oktyabrında Osmanlı dövləti Hacı Davudun Şirvan üzərində hakimiyyətini tanıyaraq onu öz himayəsinə götürdü. Hacı Davud Krım xanı hüququ, yəni Osmanlı imperatorluğu tərkibinə vassal hökmdar hüququ aldı. Ona Sultanın ayrıca fərmanı, iki buncuqlu (birinci dərəcəli) paşa şərafəti, quyruqlu bayraq, 30 min çevron pul verildi. Dekabr ayında böyük vəzir İbrahim paşa iki dövlət arasında savaş olmasın deyə Neplüyev  vasitəsilə çar Pyotra yenidən öz tövsiyəsini bildirdi: “Bir yaxşı dost, iki imperatorluq arasında sülh saxlamaq istəyən bir adam kimi qoşunlarını alıb öz məmləkətinə çıxıb getsin” (1, 482;10,55).

Dərbənddən Moskvaya qayıdan Pyotr 13 fevral 1723-cü ildə Türkiyə elçisi Nişli Məhəmməd ağa ilə görüşdü. Elçi Davud bəyin Türkiyə himayəsinə götürüldüyünü bildirərək rus qoşunlarının Xəzər vilayətindən çıxarılması haqqında öz hökumətinin tələbini Pyotra bildirdi. Pyotr zaman qazanmaq məqsədilə Neplüyevə hər şey barədə sultanla razılığa gəlib bir şənlik düzəltməyi təklif etdi. Lakin bu hiylə baş tutmadı. Əksinə, Türkiyə bu ərazidə daha fəal siyasət aparıb, Kartli və Kaxetiyaya daxil oldu. 1723-cü ilin 12 sentyabrında Peterburqda qondarma “Rusiya-İran müqaviləsi” bağlandığı gün bu qoşun Tiflisi tutdu, sonra Gəncə, İrəvan və Naxçıvan üzərinə yeridi. Bu iki dövlət arasında müqavilə 1724-cü il iyunun 24-də İstanbulda imzalandı. Müqaviləyə görə Türkiyə Rusiyanın tutduğu Xəzəryanı əyalətlərin Səfəvi şahı tərəfindən guya “könüllü” verilməsi səbəbindən bu əyalətlərin artıq rəsmən Rusiyanın olduğunu tanıdı. Buraya Dərbənddən içəriyə doğru 119 verst və Xəzərdən Şamaxıya doğru 43 verst enində Xəzəryanı torpaqlar daxil idi. Qalan bütün Transqafqaz (Azərbaycanın digər əyalətləri Qarabağ, Gəncə, Təbriz, Naxçıvan, İrəvan, Qəzvin,  bütün Gürcüstan) Osmanlı dövlətinə keçdi. Beləliklə, bu müqavilə Azərbaycanı ikiyə parçalasa da, bu ərazilərin hamısının Rusiya tərəfindən işğalına imkan vermədi. Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayrıcısı qoyuldu.
Maraqlı məsələlərdən biri Şirvan və ya yeni yaranmış olan “Şamaxı xanlığına” ayrıca status verilməsi idi. Osmanlı dövləti buraya özündən qubernator, komendant, hər hansı bir mülki və ya məmur göndərməməyi, burada qoşun saxlamamağı, mühakimə aparıb cəza tədbirləri həyata keçirməməyi öhdəsinə alırdı. Bununla yanaşı, bu “xüsusi xanlıq” sultan hökumətinin nəzarəti altında olmalı idi”. Müqavilənin sözügedən bəndində yazılmışdı: “Və sonra Şirvan əyalətində Yüksək Porta (hökumətinə) məxsus olan yerlər xüsusi bir xanlıq sayılır, bunun üçün Şamaxı şəhəri xanın oturduğu yer olmalıdır, ancaq bu şəhər əvvəlki vəziyyətini saxlamalı, yeni (müdafiə) qurğuları tikilməməli, Bab-i Ali (hökuməti) tərəfindən şəhərdə qoşun saxlanmamalı və sonralar da qoşun göndərilməməlidir, yalnız bu hallarda istisna ola bilər ki, xan qiyam edib tabelikdən çıxmış olsun və ya bu əyalətin əhalisi arasında Yüksək Portanın mənafeyinə toxunan qarışıqlıq baş vermiş olsun və ya onlar çara mənsub olan yer və torpaqlara qarşı düşməncəsinə hərəkət etmiş olsunlar. Belə hallarda Porta (hökuməti) bütün bu çeşid işlərinin qarşısını almaq üçün Kür çayından keçməklə gərək olan sayda qoşun göndərmək hüququna malik olacaqdır, lakin çarə mənsub olan torpaqlardakı Rusiya komandirlərinin icazəsi ilə bu qoşunların keçidi zamanı yerli əhaliyə heç bir ziyan və zərər vurmadan” (11, 31-32).

Beləliklə, Quzey Azərbaycanı yalnız öz əyaləti kimi görmək istəyən İran və Rusiyadan fərqli olaraq Osmanlı hökuməti buranı, sadəcə, asılı bir dövlətə çevirmək istəyində idi. “Xüsusi xanlıq” statusu Quzey Azərbaycanın bu parçasına daxili müstəqillik verirdi. Osmanlı dövlətinin buraya heç bir qulluq adamı, vali , canişin və ya qoşun başçısı göndərməməsi, qoşun saxlaması mühüm göstərici sayılırdı. Ancaq Şirvan xanı Hacı Davud tabelik rejimini pozmamalı, Osmanlı düşmənləri ilə yaxınlıq etməməli idi.

Qafqazda yaşayan xalqların təhlükəsizliyi və əmin-amanlığı I Dünya müharibəsi illərində daha da aktullaşdı. Burada yaşayan xalqların, o cümlədən Azərbaycan, gürcü və ermənilərin müstəmləkə zülmündən azad olmasında və müstəqilliyə qovuşmasında Türkiyənin də rolu danılmazdır.

1915-ci ildə Gənc türklər hərəkatının görkəmli xadimi, “İttihad və Tərəqqi” partiyasının Azərbaycan və Qafqaz üzrə baş müfəttişi təyin olunmuş Ömər Naci Azərbaycanın şimal və cənub hissələrinin Türkiyənin himayəsi altında birləşdirilməsi ideyasını irəli sürmüşdü(12, 113-114; 9, 45).  Bu plan baş tutmasa da, Osmanlı dövləti Cənubi Azərbaycan vasitəsilə Qafqaza daxil olmağa böyük önəm vermişdi. Belə ki, Xəlil bəy baş komandana yazırdı ki, əgər Təbriz bizim əlimizdə olarsa, ruslar əbədi olaraq İrana girə bilməyəcəklər və Şərqi Qafqazın işğalı mümkün olacaq (4, 5).

Rusiya məhkumu olan Azərbaycan əhalisi və siyasi xadimləri də Türkiyə ilə münasibətlərə xüsusi önəm vermişdi. 1915-ci ilin fevralında Gəncədə yaşayan Fətəli xan Xoyskinin qardaşı oğlu Əmiraslan xan Xoyski gizli surətdə cəbhə xəttini keçərək Ənvər paşanın Ərzurumda olan qərargahına  gəlib Osmanlı hərbi komandanlığının nümayəndələri ilə görüşmüşdü. Türk tarixçisi A.N. Kuratın fikrincə, Ənvər paşa ilə danışıqlarda Ə.X Xoyski Qafqazda bir çox millətlərin daxil olduğu İsveçrə tipli müstəqil bir dövlət qurulmasını təklif etmişdi (8, 500;). T. Svetoçvskinin  yazdığına görə Ə.X Xoyskinin bu səfərdə əsas məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek və Dağıstanı əhatə edəcək bir dövlətin qurulması işinə Osmanlı dövlətinin razılığını və yardımını almaq idi(12, 115). Layihədə əsas söhbət bəzilərinin iddia etdiyi kimi, Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsindən deyil, müstəqil bir dövlətin yaradılmasından getmişdi. Ə.X.Xoyski bunun əvəzində Qafqazda yaşayan yüz minlərlə müsəlmanın Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bildirmişdi (Bax: 12, 115; 9, 46).

Ə.X.Xoyski bununla kifayətlənməyərək 1915-ci il fevralın 8-də Almaniyanın Ərzurumdakı konsulluğuna getmiş və orada alman rəsmilərilə danışıqlar aparmışdı. O, danışıqlarda yüz minlərlə Qafqaz müsəlmanını Rusiyaya qarşı ayağa qaldırmaq istədiyini bildirərək əsas məqsədlərinin Osmanlı dövləti və Rusiyadan asılı olmayan, ancaq Almaniya və Osmanlı dövləti ilə hərbi andlaşmaları olan, “İsveçrə tipli”  bir Qafqaz dövləti yaratmaq olduğunu bildirmişdi (Daha geniş məlumat üçün bax: 7, 75-76; 9, 47).

Osmanlı dövləti Qafqazla bağlı planlarını reallaşdırmaq üçün diplomatik-siyasi vasitələrdən də istifadə etmişdir. Osmanlı marşalı, çərkəz əsilli Fuad paşa İstanbulda Şimali Qafqazlı, azərbaycanlı və gürcülərdən ibarət “Qafqaz Komitəsi” adlı bir təşkilat yaratmışdı(9, 53). Qafqaz xalqlarının apardığı milli istiqlal mübarizəsini Türkiyənin himayəsi altında birləşdirməyə çalışan bu komitə Qafqazda bir neçə muxtar ölkədən ibarət vahid dövlətin yaradılmasını və bu dövlətin idarəsinin Osmanlı şahzadəsinə verilməsini təklif etmişdi (8, 500).

1915-ci ilin dekabrında “Qafqaz Komitəsi” nin tapşırığı ilə Fuad paşanın rəhbərliyi altında Əziz Merkez (çərkəz), Kamil Tavqridze (gürcü), İsa Kotseki (Dağıstan), Georgi Maqabeli (gürcü) və Səlim Behbudovdan (azərbaycanlı) ibarət bir heyət Almaniyaya, Avstriyaya, Macarıstana getmişdi. Onların əsas məqsədi yuxarıda dediyimiz fikirləri reallaşdırmaq üçün dəstək və kömək almaq, bu ideya ətrafında Avropada təbliğat aparmaqdan ibarət olmuşdu.

1915-ci ildə yaradılan “Rusiya Məhkumu Müsəlman Türk-Tatarların Hüquq Cəmiyyəti” Rusiya müsəlmanlarının hüquqlarını müdafiə etmək və bunları Mərkəzi Avropa dövlətlərinin rəsmi dairələrinə bildirmək məqsədilə 1915-ci ilin dekabrın 10-da Ə.Hüseynzadə, Y.Akçura, M.Ə.Çələbizadə və M.Beycandan ibarət “Turan heyəti” adı ilə tanınan bir heyət Avropaya göndərilmişdi.

Qafqazın sabitliyində Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı və Seyminin arasında aparılan Trabzon və Batum konfranslarının əhəmiyyəti şəksizdir. Bundan başqa Zaqafqaziya Seymindəki müsəlman fraksiyasının Osmanlı dövləti ilə münasibət məsələsində tutduğu mövqe də yaddan çıxarılmamalıdır. (Geniş məlumat üçün bax: 13; 14; 15).

I Dünya müharibəsi dövründə  böyük dövlətlərdən kömək alan erməni daşnak silahlı quldur dəstələri tərəfindən Cənubi-Qərbi Qafqazda yaşayan türk-müsəlman əhalisi soyqırıma  məruz qaldı. Əhali fiziki cəhətdən məhv edilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Mudros müqaviləsi nəticəsində Osmanlı dövlətinin məğlub duruma düşməsi və Azərbaycandan türk əsgərlərinin  çəkilməyə məcbur olması vəziyyəti daha da pisləşdirdi. Belə  mürəkkəb, ağır dövrdə Cənub-Qərbi Qafqazda bir neçə dövlət qurumu yarandı. Bunlardan biri 1918-ci il noyabrın 5-də yaradılan “Qars İslam Şurası” adı ilə tanınan milli hökumət idi.  Həmin ilin noyabrın 30-da “Qars İslam Şurası”nın   dövləti ilə Naxçıvan, Ordubad, Qəmərli, Sürməli (İqdır), Şörəyel, Axıska, Axalkələk və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Konqresi keçirildi. Batumdan Ordubada qədər olan ərazidə 12 nəfərdən ibarət Qars İslam Şurası hökuməti yaradıldı. Bu hökumətin əsas vəzifəsi türk-müsəlman əhalisinə  qarşı daşnakların törətdikləri soyqrımların və bölgəni işğal etməyə çalışan gürcü qoşunlarının hücumlarının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək idi.

O dövrdə yaranmiş şəraitlə əlaqədar bölgə nümayəndələri 1919-cu il yanvarin 17-də Qarsda keçirilən toplantıda Cənub-Qərbi Qafqaz hökumətini qurdular. Ərazisi 40 min kv.km, əhalisi 1,7 mln. nəfər olan bu siyasi qurum Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cumhuriyyəti adlandı. Qars Cumhuriyyəti yarandığı gündən sülhsevər  siyasət yeritməsinə baxmayaraq ingilislərin köməyinə arxalanan Ermənistanın təcavüzkar hərəkətləri ilə qarşılaşdı. Belə çətin bir vaxtda  dövlət maliyyə, hərbi və s. sahələrdə çox ciddi çətinliklərə qarşılaşdı. Ona bu sahədə kömək edəcək yeganə dövlət, ümid yeri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ola bilərdi Bu səbəbdən  yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinlikləri aradan qaldırmaq üçün 1919-cu il yanvarın 25-də AXC-yə  müraciət etdi. Azərbaycan hökuməti bu xahişə cavab olaraq imkanı çatan qədər hərbi təlim keçmək üçün zabitlər və  xeyli qızıl pul göndərdi. Bundan başqa hökumətin 18 aprel 1919-cu il qərarı ilə Qars vilayətinin əhalisinə paylanmaq üçün üç sistern kerosin göndərildi(3,195).

Erməni silahlı qüvvələri 1919-cu il aprelin 12-də ingilislərin  yaxından dəstəyi ilə Qars vilayətinə soxulub yerli əhaliyə qarşı qətliamlar törətdilər. AXC ermənilərin Qarsda törətdiyi soyqırımla bağlı Britaniya komandanlığına etirazını bildirdi. Bu komandanlığının cavabı isə Cənub-Qərbi Qars Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edib əvvəlcə Gümrüyə, sonra isə Malta adasına sürgünə göndərməkdən ibarət oldu. Nəticədə Qars Cümhuriyyəti süquta uğradı. Hələ yanvar ayından Ermənistan hökumətinin Qars vilayətinə başçı təyin etdiyi Stepan Korqanov aprelin 19-da ingilis silahlı qüvvələrinin köməyi ilə qubernator kimi fəaliyyətə başladı. Bunun ardınca erməni qoşunları Qars vilayətinə soxuldu. Əhali soyqırıma məruz qaldı, ev-eşiyindən didərgin salındı, əmlakı talan edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti bu hadisəyə biganə qalmadı. Qars məsələsi parlamentin 8 mart 1920-ci ildəki 131-ci iclasında  və 9 mart 1920-ci ildəki 132-ci iclasında geniş müzakirə edildi(2, 794-841).

Məlumdur ki, I Dünya müharibəsi dövründə “Sarıqamış” döyüşündən sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars, Ərzurum və digər yaşayış yerlərində yaşayan türk, müsəlman əhali  isə rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda fəaliyyət göstərən “Azərbaycan Xeyriyyə cəmiyyəti”nin üzvləri çar hökumətinin maneələrinə baxmayaraq maddi və mənəvi cəhətdən imkanı daxilində onlara yardım etməyə çalışmışdılar. Onlar bu barədə “İqbal” qəzetinin 15 mart 1915-ci il sayında geniş məlumat dərc etdirmişlər. 

“Cəmiyyəti-Xeyriyyə”nin yardım məqsədilə rus işğalı altında olan bölgələrə göndərdiyi nümayəndə heyətinə sonralar Cümhuriyyət hökumətinin ilk müdafiə naziri, Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov rəhbərlik etmişdir. Onun “Kaspi” qəzetinin 8 aprel 1915-ci il sayında hesabat xarakterli yazısında deyilir: “Əyalətin müsəlman yaşayan məntəqələrində bəni-insan görünmür. Yalnız bir neçə kənddən 500-600 qadın və uşaq yığıldı. İçərilərində cəmisi 6 kişi vardı ki, onlar da əldən düşmüş qocalardan ibarətdir”.

Azərbaycan Milli Hərəkatının və Müsavat partiyasının lideri M.Ə.Rəsulzadə də Qars və Ərdəhan qaçqınlarına yardım məqsədi ilə Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən tədbirlərin fəal iştirakçısı və təşkilatçılarından olmuşdur. “Yeni iqbal” qəzetinin 1915-ci il 8-ci sayında verilən məlumata görə M.Ə.Rəsulzadə xalqı Bakı şəhərində “Qardaş günü” adı altında 1915-ci ilin mayın 7-də təşkil olunacaq xeyriyyə tədbirlərində fəal iştirak etməyə çağırmışdır. “Bəsirət” qəzeti 1915-ci il 3-cü sayında məlumat verir ki, onun bu istiqamətdə ardıcıl fəaliyyəti və kəskin siyasi ruhlu yazıları çar xəfiyyə orqanlarının diqqətindən qaçmamış və nəticədə o, 1915-ci ilin ortalarında həbs edilərək bir ay yarım həbsdə saxlanılmışdır.


Yardım işində digər Azərbaycan ziyalıları ilə yanaşı görkəmli şairimiz Əhməd Cavad da əlindən gələni etmişdi. Rus hökumətinin maneələrinə baxmayaraq  o, Qarsa yardımların çatdırılmasında var qüvvəsi ilə çalışmışdı. 1915-ci il martın 22-də Qarsda olarkən orada gördükləri  onu hədsiz məyus etmişdi. Qan və can qardaşlarımızın qılıncdan keçirilməsi, Qarsın xarabalığa çevrilməsi, kəndlərin boş, kimsəsiz qalması, məscid və minarələrin azansız halını görən bu dəyərli şairimiz  Quranın, vicdanının ona belə bir vəziyyətdə Novruz bayramını qeyd etməməyi əmr etdiyini yazır. O, bu hiss və həyəcanını, qəlbləri göynədən mənzərvari “Nə gördümsə” şerində  çox sərrast ifadə edib:

Ərmağanım yaslı nəğmə,
Bir quş oldum çıxdım yola,
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.


Sordum qərib minarədən:
“Axşam olmuş əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə”.

(Daha geniş məlumat üçün bax: (5,176; 6,82-83)


Azərbaycan hökuməti 1920-ci il iyunun 12,13,14 və 15-də Türküstandan əsir kimi Bakıya gətirilmiş 82 əsirdən 76 nəfərinə 1600 rubl nəğd olmaqla  cəmi 32 min rubl yardım göstərərək Türkiyəyə yola salmışdır. (3).

“Türkiyə-Azərbaycan münasibətləri gerçək müstəvidə qurulmadan Qafqazda sabitlik mümkünsüzdür...” “

“Tarixi təcrübəyə əsasən deyə bilərik ki, bu münasibətlər nəticəsində Qafqazın heç bir xalqı deportasiyaya, soyqırıma məruz qalmayıb, monoetnik respublika yaradılmayıb...”

Beləliklə, Türkiyə-Azərbaycan münasibətlərinin təhlili göstərir ki, Qafqazda sabitlik bu münasibətlər, bu əlaqələr gerçək müstəvidə qurulmadan mümkün deyil.  Və o da çox əhəmiyyətlidir ki, bu münasibətlər başqa dövlətlərə qarşı deyil, kiminsə ərazisini işğal etməyə yönəlməyib. Tarixi təcrübəyə əsaslanıb deyə bilərik ki, bu münasibətlər nəticəsində Qafqazın heç bir xalqı deportasiyaya, soyqırıma məruz qalmayıb, monoetnik respublika yaradılmayıb.

Müqayisəli təhlillər göstərir ki, əgər dövlətləri təkcə iqtisadi mənafe və beynəlxalq şərait yaxınlaşdırırsa və zamanı gəldikdə bu şərtlər aradan qalxanda onda vaxtı ilə yaranmış yaxınlaşma uzaqlaşmaya çevrilir. Ancaq münasibətlər həm də qardaşlıq və dostluq telləri əsasında qurulsa bu daha dayanıqlı, uzunmüddətli olur.
Şübhəsiz ki, Qafqazın sabitliyində mühüm əhəmiyyətə malik olan Türkiyə-Azərbaycan münasibətləri nə qədər əhəmiyyətli olsa da, onu təkcə dil və din amili ilə əlaqələndirmək doğru deyil. Bu münasibətlər zamanı dövlət maraqları, beynəlxalq şərait və s. nəzərə alındığından Qafqazın sabitliyinə müsbət təsir göstərmişdir.


Ədəbiyyat:

1.Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. Redaktor: tarix elmləri doktoru professor, əməkdar elm xadimi Süleyman Əliyarlı. II nəşr, Bakı, 2009.
  
2.Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar).IIc., Bakı1998.
3.ARDA f.8. siy.1. iş 63; f. 895, siy. 1, iş 23,  vər.195.

4.Bayur Y.H. Türk İnkilabı Tarixi. C. III. 1914-1918 Genel Savaşı. K.İ. Ankara, 1983.

5.Baykara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992.


6.  Betül Aslan  I  Dünya  savaşı esnasında “Azerbaycan terkleri”nin “Anadolu türkleri”ne “kardaş kömeği” (yardımı) ve Bakü Müslüman Cemiyyeti Hayriyesi. Ankara, 2000. 

7.Çolak M. Alman imperatorluğunun Doğa Siyasəti Çerçivesinde Katkariya Politikası (1914-1918). Ankara, 2006.

8.Kurat A.N. Türkiye ve Rusiya. Ankara, 1990.

9.Qafarov V.Türkiyə -Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı, 2011.


10. Мустафазаде  Т.Т. Азербайджан «Русско-Туреские отнощения в первой трети  XVIII в Баку, 1993

11. Osmanlı Devlet ile Azerbaycan Türk Hanlıqları arasındakı münasibetlere dair arşiv belgeleri. Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy. II (1575-1918) Ankara, 1993.

12. Svietoçohovski T.. Müslüman Cemaat`ten Ulusal Kimliğe Rus Azərbaycanı 1905-1920. İstanbul, 1988.

13. Həsənov C.  Azərbaycan beynəlxalq münasibətlər sistemində. Bakı, 1993.

14. Şahverdiyev Ə.  Trabzon və Batun sülh konfranslarında Azərbaycan məsələsi. Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın aftoreferatı. Bakı,2004.

15. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan milli şurası iclaslarının protokolları. 1918-ci il. Bakı, 2006.


Qeyd:  Məqalə müəllifin 16-17 may 2011-ci il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində H.Əliyev Fondunun Türkiyə təmsilçiliyi ilə Uludağ Universitetinin birgə keçirdiyi Beynəlxalq elmi konfransda etdiyi  məruzəsi əsasında hazırlanıb.

Oxşar xəbərlər
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
GÜNLÜK
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır
17 Apr 2024 | 13:52
"Qərbin Ukraynaya silah verməməsi Putinin qələbəyə yolunu açır" - "Politico"
17 Apr 2024 | 13:45
Ermənistan-Azərbaycan danışıqları “Qazaxıstan formatı”na keçəcəkmi? - İki fərqli baxış + FOTO
17 Apr 2024 | 14:00
BDU-da “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı oldu - FOTO
17 Apr 2024 | 13:57
Londonda İranın İsrailə hücumu lağa qoyuldu - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır
17 Apr 2024 | 13:52
"Qərbin Ukraynaya silah verməməsi Putinin qələbəyə yolunu açır" - "Politico"
17 Apr 2024 | 13:45
Ermənistan-Azərbaycan danışıqları “Qazaxıstan formatı”na keçəcəkmi? - İki fərqli baxış + FOTO
17 Apr 2024 | 14:00
BDU-da “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı oldu - FOTO
17 Apr 2024 | 13:57
Londonda İranın İsrailə hücumu lağa qoyuldu - VİDEO