Mir Möhsün Nəvvabın Azərbaycan kitab tərtibatında və nəşrində rolu - ARAŞDIRMA
Oxunub: 4031
13 Nov 2020 | 23:32
Mir Möhsün Nəvvabın Azərbaycan kitab tərtibatında və nəşrində rolu  - ARAŞDIRMA
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Ümumiyyətlə, XIX əsr Azərbaycan kitab tarixində məhsuldar bir dövr kimi xarekterizə oluna bilər. Əlbəttə ki, bu işdə dövrün bir sıra görkəmli maarifpərvərləri, ziyalıları kitabçılıq işinin və mətbuatın inkişafına köməklik göstərmələri xüsusi qeyd olunmalıdır.

Demək olar ki, XIX əsrin sonlarında Bakı, Şuşa, Gəncə və Şamaxıda xeyli sayda şəxsi mətbəə və litoqrafiyalar* fəaliyyət göstərirdi. Ancaq kitaba olan təlabatı ödəmək problem olaraq qalırdı. Azərbaycanlı müəlliflərin əsərlərini əsasən şəxsi mətbəələr çap edirdi. Onların işi də çoxcəhətli və çətin idi. Əlyazmanın nəşrə hazırlanması və çapı prosesi, daha sonra təbliği və satılması işlərinin demək olar ki, hamısı bu mətbəələrdə cəmləşirdi. Şəxsi mətbəə sahibləri, eyni zamanda müəllif, tərtibçi olurdular. Bəli, belə görkəmli şəxslərdən biri Mir Möhsün Hacı Seyid Əhmədoğlu Ağamirzadə Nəvvab Qarabaği (1833-1918) olmuşdur. O, öz dövrünün görkəmli şəxsiyyətlərindən, mütərəqqi ziyalılarından biri olmuş, ərəb, fars, türk dillərini, sonradan isə rus dilini öyrənmiş, riyaziyyat, kimya, astronomiya elmlərinə dərindən yiyələnmiş, şair, rəssam, nəqqaş, pedaqoq, musiqişünas, xəttat kimi tanınmışdır. O, iyirmidən çox əsərin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda 50-yə qədər əlyazma kitabı mühafizə edilir. Əksəriyyəti avtoqraf nüsxələrdən ibarət olan bu kitablar içərisində eyni əsərin M.M.Nəvvabın öz əli ilə işlədiyi, tərtib etdiyi, üzünü köçürdüyü üç nüsxəsinə də rast gəlmək mümkündür. Bu avtoqraflardan ikisi 1906-cı ildə, biri isə 1907-ci ilə məxsusdur.

“Nəsihətnamə”nin azərbaycanca olan variantı 1912-ci ildə Bakıda nəşr olunmuşdur. Həmin nəşr anlaşılması çətin olan çoxlu ərəb, fars sözləri ilə zəngindir. Nəvvabın dilini saxlamaq şərti ilə həmin nəşri ərəb əlifbasından azərbaycan (kiril) əlifbasına keçrilərək, 1987-ci ildə “Yazıçı” nəşriyyatında M.Mücrinin redaktorluğu ilə nəşr edilmişdir. Nəşrin tərtibi, tərcümə və ön sözün müəllifi Mehri Məmmədovadır.

M.M.Nəvvabın “Pəndnamə” əsəri fars dilində 500, azərbaycan dilində isə 499 nəsihətdən ibarətdir. Çünki M.M.Nəvvabın nəsihətlərindən bəziləri dini mövzuda olduğu üçün (dövrün tələblərinə görə) 1987-ci ildə “Yazıçı” nəşriyyatında M.Mücrinin redaktorluğu ilə nəşr edilən kitaba daxil edilməmişdir.

Tədqiqatlar nəticəsində məlum olur ki, Nəvvab müxtəlif məzmunlu nəsihətlərini müəyyən başlıqlar altında verməmiş, onları sıra ilə nömrələməklə kifayətlənmişdir. Bəzən isə eyni məzmunlu nəsihətlər ardıcıl olaraq yerləşdirilmişdir.

M.M.Nəvvabın ən qiymətli əsərlərindən biri “Təzkireyi-Nəvvab”dır. Bu əsər şeirsevərlər və ədəbiyyatşünaslar üçün çox əhəmiyyətlidir. O, bu əsəri yaxın dostlarının xahişi ilə 1881-ci ildə başlamış və 1920-ci ildə tamamlamışdır. Ədib sonra ardıcıl olaraq təzkirə üzərində işləmişdir. “Təzkireyi-Nəvvab”da yüzə qədər Qarabağ şairi haqqında məlumat verilir.

Mir Möhsün Nəvvabın çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsini onun naşirliyi təşkil edir. Görkəmli ədibin bu işi, eyni zamanda Azərbaycanda nəşriyyat tarixini öyrənmək üçün olduqca əhəmiyyətlidir.

M.M.Nəvvab Şuşada 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya*) üsulu ilə kitab çap edən mətbəə təşkil etmiş və burada özünün və müasirlərinin bir sıra məcmuələrini, dərs kitablarını, dini risalələr çap etmişdir. Bu çap nəşrlərinin mətnlərini yazmaqla bərabər onlara daxil edilən illüstrasiyaları da M.M.Nəvvab çəkmişdir. O, 1884-cü ildə Haşımzadə Ağa Mirmehdinin (Xəzani) “Həraitül-islam” adlı (48 səhifə həcmində) kitabçasını həmçinin özünün müəllifi olduğu (əsərləri, şeirləri) “Kitabi-kəşfül-həqiqeyi-məsnəvi fi mövzuat və mənzumati-Nəvvab” (1899) və s. adlı kitabları da öz daşbasmaxanasında çapdan buraxılmışdır.

Əslində M.M.Nəvvabın mətbəəsi çox ibtidai, nöqsanlı idi. Odur ki, o, mətbəənin “kəsir və nöqsanlarından” dönə-dönə şikayət edirdi. Lakin buna baxmayaraq mətbəədə kitablar çətinliklə də olsa çap olunurdu. Bu mətbəədə çap olunan kitablara nümunə olaraq:

Haşımzadə Ağa Mir Mehdi (Xəzani). Şəriətül-islam (Şuşa, Ağamirzadə Qarabaği mətbəəsi, 1303 h. (1885), 48 səhifə, 22x14 sm, Daş basması;

Nəcəf bəy Vəzirov. Sonrakı peşmançılıq fayda verməz. Şuşa, 1893;

Nəvvab Mir Möhsün Ağamirzadə Qarabaği. Kitabi-divani-farsi. Şuşa, 1314 h. (1896), 92 səhifə, 21x15 sm. Daş basması;

Nəvvab Mir Möhsün Ağamirzadə Qarabaği. Kitabi-kəşfül-həqayiq. Şeirlər. Dər həqiqəti tövhidi-xudavəndi-sübhanə və təala. Şuşa, 1896, I hissə, 92 səhifə. 21x15 sm. Fars dilində. Daş basması;

Nəvvab Mir Möhsünağa Qarabaği. Divani-farsi. Şuşa, 1314 h. (1897); Nəvvab Mir Möhsünağa Ağamirzadə Qarabaği. Dəvazdəh-bəndifeyzməndi-cənabi-Nəvvab Mir Möhsünağa Ağamirzadə Qarabaği-dərməsaibi imamülməzlum Əbu Abdullah-Hüseyn və övladü əshabi-on büzürgüvar (Mərsiyə və qəzəllər). Şuşa, 1898, 48 səhifə, 21x14 sm. Daş basması;

Nəvvab Mir Möhsünağa Ağamirzadə Qarabaği. Dibaçeyi-divani-farsi. Şuşa, 1898, 127 səh. 21x14 sm. Daş basması;

Nəvvab Mir Möhsünağa Ağamirzadə Qarabaği. Kitabi-türki, əşari-Nəvvab. Şuşa, 1898, 46 səhifə, 22 x 16 sm. Daş basması;

Nəvvab Mir Möhsün bini Mir Əhməd Ağamirzadə Qarabaği. Kitabi-kəşfül-həqiqeyi-məsnəvi min mövzuat və mənzumati-cənabi-Nəvvab. Şuşa, 1316 h. (1898), Cildi-salis. 70 səhifə. 20x15 sm. Fars dilində. Daş basması;

Nəvvab Mir Möhsün bini Mir Əhməd Ağamirzadə Qarabaği. Kitabi-kəşfül-həqiqeyi-məsnəvi fi mövzuati və mənzumati-Nəvvab. Şuşa, 1899, Cildi sani. 56 səhifə, 21 x 15 sm. Fars dilində. Daş basması və s.

M.M.Nəvvab yazdığı əsərlərin litoqrafiya üsulu ilə çapını təmin etmək üçün lazım olan rəngli boyaları, qızılı, gümüşü rəngləri, mürəkkəb və s. də fərdi reseptləri əsasında (bədir yağı, nişasta və s.) özü hazırlayırdı. M.M.Nəvvabın öz sevimli rəngləri və bu rənglərdən təşkil olunmuş xüsusi palitrası var idi. Bozumtul-mavi, göy, sarı, narıncı, qara və çəhrayının qırmızımtıl çalarları onun ən xoşladığı rənglər idi. Rəssamlıq təhsili almasa da, təsvir etdiklərinə fərdi münasibət bəsləməyi bacaran Nəvvabın bədii irsi milli kitab mədəniyyəti xəzinəmizdə özünəməxsus yerlərdən birini tutur.

Nəvvab “Divani-əşari-farsi” adlı (bu əlyazma – avtoqrafı Respublika Əlyazmaları fondunda mühafizə olunur) əsərinin daşbasma çapında maraqlı bir məqamı qeyd edir: mətbəənin imkanı məhdud olduğu, yazını daşa köçürən “xoşnəvis” kitabın olmaması üzündən “Divani-əşari-fars” cəmi 64 shifədən ibarət oldu. Çap kitabını yaxşı xəttata yazdıran Nəvvab kitabların nəfis bədii tərtibatını özü yerinə yetirmişdir. Bu isə onun istedadının tamamilə başqa tərəfini aşkarlayır.

“Təzkireyi-Nəvvab”da Mir Mehdi Xəzani haqqında verdiyi məlumatda bildirilir: “...İbtidai məktəb uşaqları üçün bir risalə tərtib edib nəzmə çəkilmişdir. O, risalənin adı “Şərait-ül-islami”dir. 1302-ci ildə risalə mənim çapxanamda 200 tirajla nəşr edilmişdi.

Bu artıq onun nəşriyyat işi ilə ardıcıl məşğul olduğunu göstərir. Eyni zamanda XIX əsrdə Qarabağ ədəbi mühitinin zənginliyini, rəngarəngliyini özündə ehtiva edir. “Qarabağnamələr” kitabında verilən qeyd də bunu bir daha təsdiqləyir: “Əhməd bəyin bütün əsərlərindən bizim üçün ən mühüm olanı 1883-cü ildə Şuşada yazılmış “1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xalqının siyasi vəziyyətinə dair” adlı əsəridir. Bu əsər ilk dəfə 1884-cü ildə Tiflisdə, sonra isə 1901-ci ildə Şuşada nəşr olunmuşdur”. Belə qənaətə gəlmək olar ki, həmin bu sözü gedən kitab Nəvvabın mətbəəsində çap edilmişdir.

Mir Möhsün Nəvvab Azərbaycanda təsviri sənət və kitab tərtibatının inkişafında böyük rol oynamışdır. Onun “Bəhrül-həzən” əsərinə çəkdiyi illüstrasiyalar sözün həqiqi mənasında tarixi hadisə səviyyəsindədir. Burada böyük tarix, insanların mübarizə əzmi, qəhrəmanlıq sahələri vəhdətdə verilmişdir. Bu, bir növ Mir Möhsün Nəvvabın düşüncəsinin zənginliyi faktına çevrilir. Əgər “Bəhrül-həzən”dəki illüstrasiyalar (5 şəkil) qəhrəmanlığa, tarixiliyə xidmət göstərirsə, “Kənzül-mühən”dəki illüstrasiya təbiət mənzərəsini əks etdirir. Onun Şuşada məscidin minarələrində, öz evinin və dərs dediyi məktəbə divar rəsmləri, quş və çiçək təsvirləri incə zövqlü bir insanın sənət incilərini xatırladır. Nəvvabın R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Güllər”, “Quşlar”, “Əmir Teymur” və başqa portretləri nümayiş etdirilir. Rəssamın realist üslubda işlədiyi əsərlərə, şeir kitablarına çəkdiyi illüstrasiyalar və muzeydə saxlanan akvarelləri (güllü-bülbül) də aid edilə bilər.

Təzadlı rəng çalarları vasitəsilə kompozisiyanın təsirinin artırılması hallarına rəssamın digər əsərlərində də təsadüf olunur. Nəvvab “Bəhrül-həzən” (“Qəm dəryası”) 1864, Azərbaycan EA Respublika Əlyazmaları fondu) adlı əlyazmasına fantastik süjetli illüstrasiyalar çəkilmişdir. “Bəhrül-həzən” (1864-1865) adlı əlyazmasının ayrı-ayrı fəsilləri 7 nəbati naxışdan ibarət kompozisiya, 5 monumental səpkili miniatürlə başlanır. Üslubuna görə Şəkidəki Xan sarayının divar rəsmlərini xatırladan bu illüstarsiyaların rəsm texnikası və surət həlli olduqca bəsitdir.

M.M.Nəvvabın “Bəkir ibn İmranın Müslümü yaralaması”, “Hürrün kafirlərin qoşununa hücumu”, “Qasımla Əzrəqin vuruşu”, “Həzrəti Abbasın kafirlərlə döyüşü”, “Misra ibn Qalibin Əli Əkbərlə vuruşu” adlandırdığı illüstrasiyalar şəxsi müşahidələrinə əsasən çəkdiyi süjet təsvirləri real və təbii inandırıcılığı ilə seçilir.

“Kifayətül-ətfal” əsərində günəşin tutulma səbəbini, planetlərin kosmik fəzada hərəkətini rəngli sxemlər vasitəsilə verməyə çalışan M.M.Nəvvab, müəllif fikrinin mücərrəd mülahizələrindən əyani təsvirə keçidinin parlaq nümunəsini yaratmağı bacarmışdır.

Bütün bunlar onun zəngin istedadının, qabiliyyətinin bir hissəsi kimi xarakterizə olunur. Onlar bir tərəfdən müəllifin fərdi qabiliyyəti kimi görünürsə, digər tərəfdən Qarabağ ədəbi mühitində, ümumilikdə Azərbaycanda təsviri sənətin inkişaf tarixini izləmək üçün material verir və bu istiqamətdə araşdırmalar aparmağı zəruri edir.

1849-1850-ci illərdə Tehranda litoqrafiya üsulu ilə çap olunmuş “Şahnamə”yə çəkdiyi rəsmlər, M.M.Nəvvabın bizə gəlib çatmış ilk yaradıcılıq nümunələri hesab olunur.

Xoylu Mirzə Əliqulu tərəfindən çəkilmiş çoxsaylı ağ-qara illüstrasiyalarına 17 yaşlı Nəvvabın boya vasitəsilə həyat verdiyi əsərin bir nüsxəsi Azərbaycan Milli Akademiyasının M.Füzuli adına Əlyazmaları İnstitutunda, bir nüsxəsi isə Nəvvabın nəvəsi Simuzər xanım Ağayevanın şəxsi kolleksiyasında saxlanılır.

Təsvirləri emosional, ifadəli, təzadlı rəng çalarları ilə seçilən M.N.Nəvvabın “Rüstəm Çin xaqanını fildən aşırır” əsərində qəhvəyi yerliyin fonunda baş verib dinamikliyi ilə seçilən qarşıdurmaya Rüstəmin atının qırmızı, filin ağ, döyüşçülərin isə çəhrayı-bənövşəyi rəngli, bir-birilə kontrast yaradan geyimləri öz təsirini göstərir. Cildin frontispis və səhifələrin tərtibatında gül-çiçək (qızılgül, çəhrayı payızgülü və s.) kimi nəbati elementlərlə yanaşı, yüksək sənətkarlıqla işlənmiş quş təsvirindən də istifadə olunması xüsusilə diqqətəlayiqdir. “Şəhnamə”yə tərtibat verib onun 57 miniatürünü boyamış M.M.Nəvvabın özünəməxsus əlavələri tərtibata bir dolğunluq, tamlıq gətirməklə yanaşı, həm də onun zənginləşdirə bilmişdir.

Azərbaycanda ilk dəfə kağız üzərində bədii kəsmələri tətbiq edən Nəvvab gül-çiçək, quşlar və bədii fiqurlardan istifadə etmişdir.

Bundan əlavə “Bəhrül-həzən” və “Kənzül-mühən” əsərindəki şəkillər dini-tarixi hadisələrin əksi xarakteri daşıyır.

M.M.Nəvvab özünün tərtib etdiyi “Azərbaycan dilinə aid dərs vəsaiti”nin cild və səhifələrini də rəngarəng rəsmlərlə bəzəmiş, mənəvi-etik və didaktik problemlərə həsr etdiyi “Fars divanı”, “Kəşfül-həqiqeyi-məsnəvi” (üç cildlik) adlı əsərin üzünü köçürüb tərtibat vermişdir.

M.M.Nəvvabın milli klassik ənənələrinə söykənən yaradıcılığında özünəməxsus məziyyətləri ilə seçilən süjetli kompozisiyalar, monumental və dekorativ rəsmləri (divar, dəzgah və kitab qrafikası nümunələri) xüsusi yer tutur.

Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, M.M.Nəvvab Azərbaycan kitab mədəniyyəti xəzinəsinin zənginləşməsində xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri olmuşdur. Şuşada yaratdığı mətbəədə 50-yə qədər kitabın nəşri həyata keçirilmişdir ki, bu nəşrlər sırasında M.M.Nəvvabın müəllifi olduğu kitablar da say etibarilə çoxluq təşkil edir.

Bir tədqiqatçı kimi arzum budur ki, Şuşa şəhərinin abadlaşdırılmasından sonra ilk görülən dövlət əhəmiyyətli mühüm işlərdən biri MİR MÖHSÜN NƏVVAB adına yeni müasir texnologiyalara cavab verən əhəmiyyətli bir nəşriyyatın yaradılmasıdır. Mən inanıram ki, hörmətli prezidentimiz İlham Əliyev cənabları bu işin həyata keçirilməsinə böyük ürəklə cavab verər. Bunu yalnız onun kimi Vətəni sevən bir şəxsiyyət edə bilər.

Abasova Leyla Qabil qızı
tarix üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır