"Bakıya girişimi mənə çox görməsinlər"
Oxunub: 2897
12 Oct 2013 | 10:11
Cənubi Azərbaycanın Milli Oyanış Hərakatının Mahmudəli Çöhrəqanlının Avropa.info-ya müsahibəsini  Moderator.az izləyicilərinə təqdim edir:

-Təbrizdə ev həbsində olduğum dönəmi irəli zamanda özləyəcəyimi zənn etmirdim, amma dünya çox kiçikləşib və çox şey dəyişir. 1995-1996 İran Milli Məclisinin beşinci dövrə parlamenti seçkilərində iştirakım və seçim öncəsi evlərdə, konfrans salonlarında, məscidlərdə, meydanlarda yüzlərcə iclas sayəsində yüz minlər təbrizli və Azərbaycan Türkü ilə göz-gözə gəlib bir-birimizə bağlılıq əhdi bağlamağımız zalim fars rejimini kökdən titrətmişdi. Sonuc olaraq, tarixdə rekord olacaq altı yüz min təbrizlinin səsini alaraq millət vəkili olmağa haqq qazansam da rejim bunu mənə və Azərbaycan Türkünə çox gördü. Demokrasi ilə qazandığımız haqqımızı qəddarlıq və insafsızlıq ilə əlimizdən aldılar. İçəridə illər sürən həps həyatından sonra şükür olsun ki, 2002-2005 illəri arasında öncə Azərbaycan və daha sonra Türkiyə, Avropa Parlamenti, və ABŞ olmaq üzərə önəmli səfərlərimiz oldu, və 1995 milli hərəkatımızın qığılcımları bu illərdə Güney Azərbaycanın dünya səviyyəsində tanınmasına və gündəmə gəlməsinə səbəb oldu. Bu müsbət prosesdə çox sayda dəyərli dost və könüldaşlarımızın rolu olubdur. 

Təbrizdə zindan həyatından çıxdığım sürəcdən sonra yuxarıda vurquladığım kimi qısa bir dönəm də olsa özgürcə qardaş Azərbaycan və Türkiyə torpaqlarında mediadan istifadə edərək böyük Türk xalqını Güney Azərbaycandan xəbərdar etmək və İran rejiminin tarix boyu Azərbaycan Türkünə etdiyi zülümləri ortaya çıxarmaq mümkün idi. Ancaq bizim çalışmalarımız və gördüyümüz işlər İran rejiminin gözünə batırdı. Güney Azərbaycan tarixində heç bir zaman rejimə qarşı aksiyalar bu səviyyədə olmamışdı. Əvvəldə bu rejim bizim gücümüzü danmaq istədi, amma 2006-cı ilin may hadisələrindən sonra bizim hansı gücə sahib olduğumuzu anladı. Nə yazıq ki, bu tarixdən sonra mənim Azərbaycan və Türkiyəyə girişim yasaqlandı, və indi yeddi ildən çoxdur ki Bakı və Ankaramıza həsrət buraxılmışam. Bilmirəm mənim günahım nə idi. Dinimizdə, İran Anayasası və uluslararası insan haqları bəyannaməsində vurqulanan haqları öz xalqım üçün istədim və bu tapdalanan haqlarımızı istərkən heç bir zaman barışcıl-dinc xətdən dışarı çıxmadıq. Seçkilər dönəmində millətçilərlə ilqar bağladıq, bu qutlu yoldan dönməyəcəyimizə, vətən-millət özgür olanadək çabalayacağımıza, və bir gün qələbəyə nail olacağımız üzrə”¦ Andımızdan dönməmişik. Sonunadək milli yükümüzün məqsədə çatması uğrunda əlimizdən gələni edəcəyik. Ancaq bu bir həqiqətdir ki, mənim 2006-cı il may hadisələri ardından İran rejiminin basqı və istəkləri üzərə qardaş ölkələrə giriş yasağım şəxsimin fəaliyyət imkanını çox daraltdı. 

Güney Azərbaycandan hər bir dostumuza Bakı və Ankara qapıları açıq ikən mənə qardaş qapılarının bağlı tutulması hərəkətimizə bu keçən yeddi ildə mənfi təsirlər buraxdı. Biriləri bu fürsətdən istifadə edərək, hərəkatımızın başlanğıcını, əsas hədəflərimizi, və atılan addımları danmaya çalışdı, və hərəkatımızdan öz çıxarları üçün istifadə etdilər, amma heç bir zaman başarılı ola bilmədilər. İllərcə  mənfi kampanyalar, qarayaxmalar, və məntəqədən zorla uzaq tutulmamıza baxmayaraq  yeddi il sonra qardaş Ankara və Bakı qapılarına gəlib deport olunuşumuz məntəqədə çox  dərin təsir və reaksiyaya səbəb oldu. Bu millətimizin çıxarı və gücüdür, və bu gücdən  millətimizin xeyri üçün istifadə etməmiz vacib və lazımdır. Məncə hərəkatımız məqsədinə varıbdır. 1995-ci il öncəsi Güney Azərbaycanda olan  hərəkatlarımız nə yazıq ki, millətimizi millətləşdirmək adına çox başarılı ola bilməmişdir  bir neçə səbəbə görə. Güney Azərbaycan Milli Oyanış Hərəkatından daha öncə gələn hərəkatlər ya bütövlükdə İrançı (İranı Türk toprağı bilərək bütöv İran ideasını savunan), ya ümmətçi (dinçi və teokratik), və ya da solçu (kommunist) düşüncələri millətə aşılamaya çalışmışdır. Ancaq başqa hərəkatlardan fərqli olaraq, 1995-ci ildə şəxsim  və ulusal şəhidimiz Muhəndis Qulamrıza Əmaninin öncülüyündə yaranan GAMOH, millətimizə Türkçülük və millətçilik ideolojilərini aşılamışdır. On səkkiz ildir sürət  azaltmadan davam edən milli oyanış hərəkatı sayəsində bu gün millətimizin özəlliklə gənc və orta yaş kəsiminin azımsanmayacaq kəsimi özünü millətçi olaraq tanımlamaqda və yurdu üçün şəxsi varlığından keçməyə hazır durumdadır. Məncə bu bizim hamımızın başarısı və çıxarıdır. Bu on səkkiz ildə uduzan İran rejimi olubdur, millətimiz və biz isə qazanan tərəfik. Gün keçdikcə milli şüur, siyasi bilinc, sosyo-kültürəl və tarixi hafizə açısından daha da təcrübəli bir topluma çevrilik; bir toplum ki öz kimliyini qururla  hayqırır və öz keçmişini qoruyur, gələcəyə daşıma yolunu izləyir. İçəridə və dışarıda  oyanış davam edir, biz də fəaliyyətlərimizi sürdürürük.

- Bu ilin avqust ayında Azərbaycana buraxılmadınız. Bunun arxasında nə dayanır? Müəyyən problemlər olduğunu dedilər. Bu düzdürmü? Və yaxud Sizin Azərbaycana gəlməyinizi istəməyən qüvvələr vardır?

-Mənim yeddi il sonra Azərbaycana buraxılamağım viza problemindən ibarət deyil,  bəlkə bunun arxasında dövlətlərarası güvənlik anlaşmaları dayanır. Dəfələrcə bu anlaşmalara və İran rejiminin Quzey Azərbaycanımızın iç işlərinə müdaxilə etmələrinin örnəklərini vermişəm və yenə də vurğulamaq istəyirəm ki, İran rejimi və Rusiyanın bunda əli kəsinliklə vardır. Yaxın dönəmdə xatırlasaq Putin müsahibəsində Güney Azərbaycana işarət edərək bu adla bir məntəqənin var oluşu bölgədə Rusiyaya ağır stratejik zərbələrin xəbərcisi olacağını açıq şəkildə  mediaya bildirdi. Rusiya və Fars rejimi kimi imperialist güclərin ortaq nöqtəsi başqa millətlərin kültür, torpaq və fiziksəl güclərindən istifadə edərək öz mənfəətlərini qorumaqdır. Amma bunlar  bilmirlər ki Azərbaycan Türkü oyanıbdır artıq, ölüm yuxusunda deyildir və haqqını ən yaxın zamanda alacaqdır. Mənim Bakıya girməyimə icazə vermirlər, bizim mənəvi gücümüzdən  qorxurlar. Millətimiz içində sayğınlığımız var, çünkü heç zaman milli mənfəətlərimizi şəxsi  mənfəətlərimizə qurban vermədik, hər zaman tam tərsi oldu.  Hər halda istəyirəm, bunu da bildirəm ki, Azərbaycanın dövlət sözçülərindən, o cümlədən Xarici İşlər Nazirliyi sözçüsü Elman Abdullayev və  YAP-ın təmsilçisi Siyavuş Novruzovun dediklərinə əsasən “Çöhrəqanlının Azərbaycana  giriş yasağı yoxdur və hər zaman istəsə viza alıb gələ bilər.” Biz hər zaman deyil, uyğun  zamanlarda gəlməyi düşünürük və bu səbəblə seçkilərin sona bitməsini bəklməkdəyik, ardından yenidən Azərbaycanın Vaşinqtondakı səfirliyinə viza üçün baş vuracağıq yurda gəlmək üçün.

- Sizin Cənubi Azərbaycanla bağlı fəaliyyətləriniz nədən ibarətdir? Nəyə nail olmaq istəyirsiniz? Addımlar atılırmı? Bu kimi addımlarda Qərbdən, Azərbaycandan dəstək varrmı?

-Yuxarıda da vurquladığım kimi İran rejiminin basqıları, dövlətlərarası ticari və ekonomik  çıxar və güvənlik anlaşmalarının nəticəsində özəlliklə 2006 ilindən bəri mənə məntəqəyə  giriş yasağı qoyulubdur. Bu yasağı qoyanlar utanmalıdırlar. Mənim heç bir zaman Türkiyə və ya Azərbaycan iç işlərinə dəxalətim olmayıbdır, hər zaman buna inanmışam ki, oradakı qardaş xalqlar özləri öz gələcəklərinə qərar verəcəklər, və bizə də onların qərarına sayğı göstərmək düşər. Amma mənə və qurucusu-başqanı olduğum GAMOH-a səbəbsiz bir alerji var və bu alerjiyə sahib olanlar demokrasi və insan haqları bəyannamələrini əzib keçtikləri  üçün əməllərindən utanmalıdırlar. Mənim suçum nədir? Xalqımın haqlarını savunduğum üçün, zalim İran rejiminin etdiyi haqsızlıqlardan danışdığım üçün öz qardaş ölkələrdən də  deport edilməliyəm? Bu hansı insaf və ya qardaşlıq səviyyəsinə sığar... Ama mən küskün  deyiləm, yalnızca əndişəliyəm. Xaricdə də GAMOH təşkilatımız təkcə uluslararası dövlətsiz millətlər təşkilatı olan UNPO-ya üzvlüyü və Türkiyə, Azərbaycan, ABŞ və Avropadakı örnək çalışmalarıyla tam güclə ayaqda durmaqda, millətimizin tapdalanan haqlarını imkan  daxilində hər bir tribun və beynəlmiləl ictimaiyətdə savunmaqdadır.  Umuram ki, yaxın gələcəkdə bu mənasız yasaqlar qalxacaq, o cümlədən çox yaxında Azərbaycan səfirliyinə viza üçün baş vuracağıq və umuram ki, Azərbaycan hakimiyətinin  təmsilçiləri yuxarıda verdikləri sözlərin arxasında dursunlar.

-İranın yeni prezidenti, İranda yaşayan Türk və Azəri qardaşlarımızın problemlərini həll edə biləcəkmi? Ruhaninin Azərbaycanla daha yaxın əlaqələr quracağına dair nə deyə bilərsiniz? Nə kimi problemlər var? Və bu problemlərin arxasında hansı siyasət dayanır?

Əhmədinejad gedər, Ruhani gələr, amma qalıcı olan fars faşizminin anti-türk və pan-farsist ideoloqiyasıdır və bu ideologiyanın başında dəmir yumruqla iş üstündə qalan  Ayətullahdır. Dini lider həyatda olduğu sürəcə iş üstünə gələn prezidentlər onun əmrinə tabe  olan yardımçılarıdılar. Ona görə biz Ruhanini böyütməkdə səhv etmə yanlışına düşməkdəyik.  Senaryo açıqdır, amma aktyorları yaxşı tanımağımız lazım. Sadə insanlara boylarını aşan  rolları fantazi aləmində biçmək siyasi açıdan doğru deyildir.  Bu rejim iş üstündə olduqca Azərbaycan Türkcəsində təhsil haqqını qazanmaq boş  xəyaldan ibarətdir. Seçim kampanyasında milləti şirin sözlərə qandırmaya çalışan Ruhani və qrupu, Ayətullahın əmrləri əsasında pampıqla baş kəsmə siyasətini izləməkdədir.  Ancaq bunlar hələ anlaya bilməyiblər ki, Azərbaycanı (Güney Azərbaycanı) əldən  veriblər. İncələn ip yaxında qopacaq və orta dirək Azərbaycanın özgürlüyü sonucu pan- İranist mərkəzli ölkə yönətimi sürətlə yerlə bir olacaqdır. Onlar bundan qorxurlar və  qorxmaqda da haqlıdılar. Bu, on səkkiz illik hərəkatımızın nə qədər güclü olduğunun bir başqa isbatıdır.  Azərbaycan dövləti ola bilər ki, İran rejimiylə ekonomik alış-verişdə olsun, amma heç bir  zaman bu rejimə güvənməməlidir. Bu rejimin binövrəsi Azərbaycan-Türk düşmənliyi üzərinə quruludur və arxa arxaya İran parlamentindən Azərbaycana qarşı mütəcaviz çıxışların edilməsi diqqətə alınmalıdır. Azərbaycan Respublikası pan-farsist İran rejimin ürəyinə saplanmış xəncərdir və İranın Azərbaycan ilə əlaqələri çıxardan ibarətdir. Burda əsla qonşuluq, dostluq düşüncəsi yoxdur.

-İranın Suriyaya qarşı apardığı siyasət Azərbaycanlıların durumuna necə təsir edəcək?

-İran rejimi çox yaxşı bilirdi ki, Suriya rejiminin süqutu İranda rejim dəyişikliyi xəbərçisi ola bilər, ona görə maksimum gücünü indi mövcud olan azınlıq hakimiyyətin  iş üstündə qalması uğrunda sərf etdi və hələd də etməkdədir. Suriyada yaşayan xalqlar,  özəlliklə Türkmən qardaşlarımız zülm görməkdədirlər. Onlar öz tarixi topraqlarında didərgin durumuna düşüblər və birdən çox işğalçı güclərin hücum və kiçik soyqırımlarına  məruz qalmaqdadırlar. Bunun yanı sıra Güney Azərbaycanımız da bölgədə olan hadisələrdən öz payını almaqdadır. Bu pay gələcəkdə bölgəsəl savaş və qırğın təhlükəsindən ibarətdir. Suriyanın özləlliklə şimal bölgəsində silahlanan və gün keçdikcə güclənən PKK-ya yaxın  qruplar sabah heç şübhə olmasın ki, Türkiyə və Güney Azərbaycanımızın başına dərd olacaqlar.  

Təhlükə böyükdür; əvvəl İraqda bölgəsəl hakimiyətlərini qurdular, indi də Suriyada bu  gərçəkləşir və analistlərin baxışına əsasən gedir ki, dövlətləşələr. Bu haqda keçdiyimiz  həftə Türkiyə mediası "New York Times" qəzetinə istinadən Suriya və İraqdakı Kürd bölgələrin birləşib dövlətləşməsindən söz aparab. Təəssüf olsun ki, Güney Azərbaycan Türkü özünü qoruyacaq orduya və gücə hələ ki malik deyildir; gələcəkdə Sulduz və  Xocalı qətliamlarının bənzərləri bu qurupların vasitəsiylə həyata keçirilə bilər. Ona görə Azərbaycan dövləti ekonomik alış verişlərin yanında bunları da düşünməlidir. Milli çıxar  qardaşları qapsamalıdır, çünkü Azərbaycan yalnızca Şimaldan ibarət deyil.

- Qardaş Türkiyədə olan Gezi parkı haqda nə deyə bilərsiniz? Bu əyləmlər kimlər tərəfindən edilirdi? PKK terroru Türkiyədə nəyə nail olmaq istəyir? Türkiyə üzərindən kimlər siyasət aparır? Türkiyənin gələcəyini necə görürsünüz?

 -Əlbəttə, Türkiyədə baş verən hadisələri diqqətlə izləməkdəyik. Dəfələrcə demişəm ki, Türkün adına, ay-ulduzlu bayrağına, və Şəhid qanıyla sulanmış torpağına mənim, ailəmin, və millətçilərin özəl sayğısı, sevgisi vardır və bu varlıqları qorumaya hazırıq. Ancaq günün sonunda Türkiyənin gələcəyinə orada yaşayan qardaş seçmənlər qərar verməkdədirlər. Biz  indiyə qədər Türkiyənin iç siyasətinə qarışmamışıq və qarışmadığımız halda, yeddi ildir mövcud hakimiyyət girişimizə yasaq qoyub və hərəkatimiz bu sayədə ağır zərbələr  yeyib.  

Hər halda, bizim düşüncəmizdə etiraz etmək barışcıl yollardan keçməkdədir. Hər türlü  şiddət və terror olaylarını qınayan bir hərəkatiq. Artırmalıyam ki, bizim ürəyimizdə olan Türkiyə Türk dünyasının birləşməsində öncül rol oynamalı, yanıbaşında olan otuz beş  milyon Türkü görməzdən gəlməməlidir. Mələsəf, Türkiyə dövləti doktrinində stratejik  olaraq bəlli edilən mövzuların fondasyonunda məzhəb əsasında ümmətçilik yatmaqdadır və bunun mənfi etkilərini Suriyada, Misirdə və İraqda görməkdədir. Türkiyənin bölgədə  güclənməsi üçün başını Türk nüfuslara (İraq-Suriya Türkmənləri və Güney Azərbaycan) doğru döndərməsi gərəklidir deyə düşünürəm.

- Azərbaycanla bağlı nə deyə bilərsiniz? Siyasəti nədir? Nə kimi dəyişiklər olmalıdır? Sizin Azərbaycanla bağlı siyasətiniz nədir?

-Azərbaycan deyəndə ağlımıza qardaş gəlir, vətən, və həsrət qaldığımız yurd toprağı gəlir. Mənim ki, Təbrizə girişimi fars rejimi yasaqlayıb, ən azından Bakıya girişimi mənə çox görməsinlər. Vətən üçün çox darıxmışam, və bunu təkcə qurbət eldə sürgün həyatı yaşayan  könüldaşlar çox yaxşı hiss edə bilərlər. Azərbaycan dövlətindən biz məxsus bir yardım istəmirik, o halda ki, vəzifəsidir darda olan qardaşına sahib çıxa. Amma ən azından giriş  və çıxışımıza mane olunmasın, vətənə gəlişimizin qabağı alınmasın, çünkü orası bizim öz  yurdumuzdur. 

Qonşularla ekonomik ticarət də önəmlidir, amma qardaşa sahib çıxmaq daha da vacibdir. Dünya gəlib-keçicidir, hakimiyətlər də sonsuz deyil. Elə bir cür davranaq ki,  gələn nəsillər ruhumuzu təbəssüm ilə ansınlar. Bizim Azərbaycandan çox bəkləntimiz yoxdur, elə yuxarıda vurquladığım kimi ən  azından yurduma gəlib, az bir sürə qalmağım və gözəl insanımızdan moral almağım bizə  çox görülməsin. Umuram ki, Azərbaycan dövləti yaxın dönəmdə siyasətlərini uzun vadəli  milli çıxarlar üzərinə qurmaq yolunda daha böyük addımlar ata. Yenə də vurqulayıram, biz heç bir zaman Azərbaycanımızın iç siyasətinə müdaxilə etmədik və etmək niyətində  deyilik.

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO