“Təbii ki, ordumuzun, əsgərlərimizin müharibədə göstərdiyi qəhrəmanlıqlar ədəbiyyatımızda da öz əksini tapacaq”.
Bunu Moderator.az-a
açıqlamasıdna millət vəkili Sabir Rüstəmxanlı bildirib. Xalq şairinin sözlərinə
görə, ədəbiyyatımızda bununla bağlı bəzi əsərlərə rast gəlmək mümkündür:
“Artıq indidən ədəbiyyatımzıda
bununla bağlı bir sıra nümunələrə rast gəlmək mümkündür. Bununla bağlı bir sıra
hekayələr, digər ədəbi nümunələr mövcuddur.
Vətən Müharibəsində
saysız-hesabsız qəhrəmanlıq dastanları yer alır. Bu müharibədə ədəbiyyatımız
üçün saysız-hesabsız mövzu olacaq hadisələr baş verib. Şübhəsiz ki, bəlli bir
vaxt ərzində bütün bunlar ədəbiyyatımzıda da öz əksini tapacaq. Bu əsərlər ədəbiyyatımızı
da zənginləşdirəcək.
Biz məğlubiyyəti yazmağa
öyrəşməmişik. Biz qələbə yazmağa vərdiş etmiş xalqıq. Bu dəfə də qələbə
yazacağıq”.
Seymur ƏLİYEV