Azərbaycan Dəmir Yumruğu Ermənistana məğlubiyyətdən başqa yol qoymamışdı...
Oxunub: 1130
10 Nov 2020 | 17:44
Azərbaycan Dəmir Yumruğu Ermənistana məğlubiyyətdən başqa yol qoymamışdı...
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat məzmunu, mahiyyəti, ehtiva etdiyi səbəb və nəticələrləri etibarilə Ermənistanın kapitulyasiyası aktı sayıla bilər. Hərb meydanında məğlubiyyətini dərk edən işğalçı Ermənistan, Azərbaycan Prezident cənab İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi. Cənab Prezident dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü, zəmanətli “vaxt cədvəli” təqdim etdiyi halda, hərbi əməliyyatlar dayandırıla bilər. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Yetirsə, bu, öz maksimalist, sülhtanımaz, hüquqbilməz tutumundan, mövqeyindən tamamən geri çəkilməkdir; öhdəliyinə əməl etməzsə, öz etibarsızlığını, qeyri-ciddi dövlət olduğunu bir daha nümayiş etdirmiş olacaq; bununla da, Azərbaycan qarşı hər hansı irad, iddia, ittiham siyasətini davam etdirə bilməyəcək. – Ən əsası, güclü Azərbaycan Ordusundan yeni zərbələr alacaq və bu zərbələr, artıq ölmücül hala salınmış Ermənistanın ən son resurslarının, ən son imkanlarının da qarşısıalınmaz, geridönməz dağıntısı  demək olacaq. Ermənistan artıq çox yaxşı başa düşür ki, aldatmacalar, hiylələr qətiyyən keçmir: ya məğlubiyyətlə barışmalıdır ya ikiqat məğlubiyyətə düçar olmalıdır!
Birgə Bəyanatda Ermənistan öz üzərinə hansı öhdəliyi götürüb? – Məsələn, Ermənistan dövləti öhdəlik götürüb ki, qarşıdan gələn 20 gün içində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Paralel olaraq, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır.  Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir.
Azərbaycan Prezidenti həmişə vurğulayırdı ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq (Bəyanatın 5-ci bəndinə uyğun şəkildə) birgə monitorinq missiyasında da fəal yer alacaq.  Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir.
 
Xatırladaq ki, artıq Qarabağda qoşunların təmas xətti anlayışı sıfırlanıb. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.
 
Əlbəttə, Birgə Bəyanata qədər 44 günlük aktiv müharibə yolu keçildi. Azərbaycan Böyük Vətən Müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu.
 
Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi; Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmayan ordumuz, hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsinin heç də çətin bir vəzifə olmamasına baxmayaraq, Ermənistanın və dünya erməniliyinin gözlədiyi addımı atmadı. – Yəni, bədnam erməni təbliğatı məhz bu məqamı gözləyirdi – gözləyirdi ki, hazır ştativlər üzərindəki çəkiliş makinaları və qurama videolarla Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, hay-küy salsın. Qarşımızda, özü, 26 fevral 1992-ci ildə sənədli-sübutlu, şahidli Xocalı soyqırımını törətmiş, amma 105 il öncəyə dayalı əsilsiz “erməni soyqırımı” iddiası ilə bütün dünyanı zinhar etmiş bir zehniyyət vardır; o zehniyyətin qurduğu dolaşıq torlara düşməmək, yalnız hərbi deyil, siyasi-diplomatik meydanda da Ermənistana ağır zərbələr vurmaq, hər dövlətin, hər liderin işi deyildi... İlham Əliyev Ermənistanın bütün zərərli zehn oyunlarının, “Qafqazda xristianlığın son qalası” və s. riyakarlıqlarının, özünə imtiyaz və hüquqlar əldə etmək cəhdlərinin qarşısını ustalıqla aldı. Bayaq da vurğuladığımız kimi, Ermənistan elə bir duruma salındı ki, irəli getsə də, geri dursa da bir seçənəyi qalmışdı: məğlubiyyət!..  
Azərbaycan həmişə rəsmi şəkildə, Dağlıq Qarabağda sülh ortamında birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident İlham Əliyev dəfələrlə açıqlamışdı ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir; buna görə də, Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışının mümkünlüyünü demişdi. Monoetnik Ermənistanın sözdə demokrat Baş nazirisə birgəyaşayışın qeyri-mümkünlüyündən danışırdı. Sözdə demokrat Paşinyan, çoxmillətli, sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı Azərbaycanı qara rəngdə göstərmək, gözdən salmaqçün əlindən, ağlından, əlaqələrindən gələn hər şeyi etdi, dəridən-qabıqdan çıxdı amma Dəmir Yumruq qarşısında geri çəkilməyə məcbur oldu. Uğursuz dövlətin uğursuz Baş nazirinə indi İrəvanda, əsgərlərinin vaxtı ilə Qarabağda qazdığı “siçan yuvası”ndan lazımdır. Maksimalist Paşinyan indi nə öz xalqına, öz ölkəsinin siyasilərinə, ictimai fəallarına cavab verə bilir, nə bizim qarşımıza çıxmağa üzü var... Öz aqibətini öz səbatsız addımları ilə cızan Paşinyan, tarixin təkərini geri döndərmək mümkün olsaydı, heç hakimiyyətə gəlməz, oturub “qara piarçılığ”ı ilə girlənərdi...   
 
Onu da əlavə edək ki, qeyd olunan Birgə Bəyanatla başlayan proses çərçivəsində ayrılmaz torpağımız Naxçıvan blokadadan azad olur. Ermənistan, öz ərazisi ilə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında zəmanətli, təhlükəsiz dəhlizin yaradılmasını üzərinə götürür.
 
Beləliklə, özü haqqında məğlubedilməz mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Dəmir Yumruq qarşısında sıradan çıxarıldı. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, bütövlükdə Ermənistana özünü bərpa etməkçün illər lazım olacaq...  
Heç kəsə sirr deyil ki Ermənistanın havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Qətiyyətli siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi. Cənab Prezidentin dünyanın aparıcı media orqanlarına verdiyi otuza yaxın hadisə müsahibələr də dünya birliyində ölkəmizə qarşı əsassız hücumları zərərsizləşdirdi.
Bir sözlə, Ermənistanın, onun havadarlarının, dünya erməniliyinin işğala və Azərbaycan ərazilərinin tədrici ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi.
Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” əslsiz rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Bütün bunlar Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının – torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.
 
DÖVLƏTİMİZ VAR OLSUN!
ŞƏHİDLƏRİMİZƏ MİN RƏHMƏT!
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva
Oxşar xəbərlər
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir