Ən qürurlu, ən xoşbəxt günləri yaşayırıq...
Oxunub: 1735
09 Nov 2020 | 21:08
Ən qürurlu, ən xoşbəxt günləri yaşayırıq...
Torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, eyni zamanda 9 noyabr Bayraq günüdür. Bu bayraq bütün Azərbaycan torpaqlarında asılır artıq. Bu münasibətlə ilk növbədə Ali Baş Komandan – hörmətli İlham Əliyevi, onun yaratdığı möhtəşəm ordunu və bütün Azərbaycan xalqını  təbrik edir, dərin minnətdarlığımı bildirirəm.

Onu da qeyd etmək istəyirəm ki, bu möhtəşəm qürurlu gün yalnız dünya Azərbaycanlılarının istinad-qürur mənbəyi, musiqi və mədəniyyət mərkəzi olan  olan

Şuşa kimi gözəllik məskəninin düz 28 il yarım quldur əsirliyindən azad olunmasına görə deyil: bu, əlbəttə çox böyük amildir, amma bundan da daha ciddi və daha əhəmiyyətli proseslərə görə olmasını çalışacam konkret faktlarla əsaslandırım:

1. Azərbaycan xalqı  fərdi nöqteyi-nəzərindən güclü və bacarıqlı xalqdır. Amma təəssüflər olsun ki, hər zaman maraqların uyğunlaşmaması səbəbindən param-parça olmuşdu: xanlıqlar,  bəyliklər, müxtəlif dövlətlər, regionlar, bölgələr və s. Düşmən daim bu zəif damarından istifadə edərək bu xalqı parçalamış və üzərində hökm sürmüşdü. Tarixini yaxşı öyrəndiyim 2000 illik bizim eramızda ilk müstəsnalığı məhz bu gün tam gücü ilə hiss etdim.  İnsanlara  kimliyindən, milliyyətindən, irqindən asılı olmayaraq  ümumi kütlə psixologiyası xasdır. Bu xalq heç vaxt birləşdirici liderə sahib ola bilməmişdi və buna görə də  daimi parçalanmış, parçalandıqca zəifləmiş, zəiflədikcə çox şeyi itirmişdi. Lakin bu gün nəinki yalnız Azərbaycan Respublikasının, həmçinin 50 milyondan çox dünya Azərbaycanlılarının hamısının etimadını qazanan, xalqla bərabər, xalqı yönəldən İlham Əliyev kimi bir lider, ümummilli rəhbər, Ali baş komandan, bir sərkərdə var...  Müharibənin başlanmasının üçüncü günü çox sevinmişdim, çünki, hər zaman fikir elədiyim, son vaxtlar hətta ümidimin üzülməyə doğru getdiyi vaxtda ortaya  belə super modern texnologiya, rəqəmsal sistemlərlə silahlanmış, manevrli, cəsur, qorxmaz ordunun çıxarılması məndə ölkənin gələcəyinə tam əminlik yaratdı: Məni artıq heç bir düşmən qorxutmurdu, işğalda olan torpaqlardan da tam arxayınlıq keçirdim, belə ordunun, belə liderin  vətəni, bir qarış torpağının da işğalda qalma ehtimalının sıfıra bərabər olduğunu özümdə dəqiqləşdirdim.

2. Hörmətli Ali Baş Komandan  uzun müddət  səbrlə, təmkinlə, bu terroristlər tərəfindən hər cür əclaflıqlara dözərək, daxildən hər cür təzyiqi, təhnizi qəbul eləyərək ali məqsədə doğru  yavaş-yavaş, addım-addım  irəlilədi. Əvvəla, hər problemin əsası olan güclü maliyyə rezervləri yaratdı. Bu gün Azərbaycan maliyyə rezervlərinin nisbi göstəricilərinə görə dünyada iki ölkədən biridir. Azərbaycan bu rezervlər hesabına Ermənistan kimi terrorist ölkə ilə 20 il başa-baş müharibə aparmaq imkanına sahibdir. Azərbaycan Ermənistanın 80 illik hərbi büdcəsi qədər valyuta rezervləri var, bizim ölkənin bu rezervlərdən illik qazancı Ermənistanın illik büdcəsindən və ya illik ixracatından xeyli çoxdur. Deməli hətta bu rezervlərə toxunmadan onun faizləri hesabına Ermənistanla müharibə apara bilərik.

3. Böyük və yenilməz Azərbaycan lideri yorulmadan hər sahədə eyni güclə çalışaraq beynəlxalq hazırlığa ciddi fikir verirdi. Əsl müasir Avropa soyuqqanlılığı ilə Şərq təmkinliiliyini birləşdirərək, bütün ölkələrlə dostluq münasibətləri qurmaq yolunu seçərək, dağıdıcı təsirə malik ağır ölkələrlə sadəcə neytrallaşdırmaq yolunu tutdu. Dünya təbiət nəzəriyyəsində dağıdıcı təsirə malik təbii güclərin dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək üzrə işlər gedirsə, cəmiyyət nəzəriyyəsində dağıdıcı siyasi enerjiləri də faydalı enerjiyə çevirmək uğurunda mübarizə məharətlə yerinə yetirilirdi. Şimal və Cənub qonşularımız kimi ağır güclərin neytrallaşdırılması və bunların hər birinin Azərbaycana kömək etməsi yalnız və yalnız belə incə, düşünülmüş və mində bir dəqiqliklə hesablanmış riyazi siyasətin nəticəsidir. Bunun üçün hər cür mümkün üsullardan istifadə edildi. Rus dilinin istifadəsinə qarşı çıxan, Fransanın mədəniyyət obyektlərinin təmirinə, qonşu ölkələrdə kilsələrin qazla təminatına qarşı çıxan siyasət qəhrəmanları yəqin ki, indi hər şeyi başa düşmüş olarlar...

Qoşulmayan ölkələrin ittifaqının yaradılması  beynəlxalq siyasətin kulminasiya nöqtəsi idi. Azərbaycan adında ölkənin bu gün Ermənistandan başqa düşməni yoxdur. Bu böyük, düşünülmüş, ən incə detallara qədər modelləşdirilmiş siyasətin nəticəsidir. Yaxşı siyasətçinin ən vacib görəcəyi iş dost qazanmaqdır. Bu görülən çoxşaxəli beynəlxalq işlərin və daxili milli siyasi tədbirlərin  heç biri 43 günlük müharıbə ərzində nəticəsiz ötüşmədi, bunun nəticəsidir ki, Azərbaycan xalqı bütün millətləri ilə bərabər öz lideri ətrafında  yumruq kimi birləşdi, bütün millətlər doğma vətəninin müdafiəsinə qalxdılar, Azərbaycandan kənarda dövlətləri olan vətəndaşlarımız öz dövlətlərinə təzyiqi artırdılar, onların anti fəaliyyətlərini neytrallaşdırdılar. İki minillik tarixində heç bir Azərbaycan lideri bu qədər dəstəyə malik olmamışdı. Həmçinin iri dövlətlərin böyük investisiyalarının ölkəmizdə yerləşdirilməsi siyasəti nəhəng gücləri bizim tərəfdaşımıza çevirdi.

4. Hərbi müttəfiqliyə əsasən üç ölkə seçilmişdi: Türkiyə, İsrail və Pakistan. Türkiyə - qardaş ölkə, dünyada ən mobil, operativ orduya malik NATO üzvü, NATO-nun ikinci ən böyük ordusuna malik bir dövlətdir. Türkiyə həm də sivil dünyanı analoji terror və hücumlardan qoruyan bir səddir.  Amma qardaşla da münasibətlərin qurulması ağıl bacarıq tələb edir. Yuxarıda qeyd etmişdim ki, tarix boyu Azərbaycanın ən böyük problemi parçalanmaq olub. Mən onu atomun parçalanması reaksiyasına bənzətmişdim.  Amma Azərbaycanın liderinin Türkiyə siyasəti də çox incə düşünülmüş prinsiplər əsasında qurulmuş, bütün tarix boyu Türkiyə Azərbaycan qardaşlığı ən gözəl səviyyəyə yüksəlmişdir. İsrail dünyanın ən modern və rəqəmsal silahlanmış, dünyanın ən yeni silahlarının müəllif-sahibi, nüvə silahına malik çox yaxın dost və qardaş ölkədir. İsrail həm də dünya hərb elminin əsas mərkəzi kimi qiymətləndirilir. ABŞ, Avropa, Rusiya kimi hərbi sənaye ölkələrində başlıca elmi ixtiraçıların böyük əksəriyyəti İsrai kökənli alimlərdi. Pakistan isə bu qrupda nüvə silahına malik ən böyük müsəlman ölkərindən biridir. Hər üç ölkə bütün müharibə ərəfəsində hər an  ali baş komandanın yanında və hər cür dəstək verməyə hazır olmuşdular. Bunun nəticəsidir ki, Rus və erməni ordusunun tandemi ilə 6 il ərzində işğal olunmuş torpaqlar təxminən iki aya işğaldan azad olmaq üzrədir.

5. Dünyada üç ölkə tanıyıram ki, müstəmləkə rejimindən qurtarıb qısa zaman içərisində öz müstəmləkəçilərindən daha qüdrətli ölkəyə çevriliblər: həm iqtisadi, həm hərbi və həm də siyasi güc etibarı ilə. Bunlar İsrail, Cənubi Koreya və Sinqapurdur: hər üç ölkə müstəmləkəçi ölkələrdən indi xeyli daha böyük gücə malikdir və müstəmləkəçi ölkələrdən fərqli olaraq dünyanın 38 inkişaf etmiş ölkələri sırasına daxil olub. Bu müharibədən sonra tam əminəm ki, Azərbaycan qısa zaman içərisində bu siyahada dördüncü ölkə olacaq. Bunu Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi problemlərinin hər tərəfli tədqiqatçısı kimi təsdiq edirəm. Bu məqsədə nail olmaq üçün Azərbaycanın hazırkı start çəraiti yuxarıda adları çəkilən ölkələrin hər üçünün toplam  start şəraiti göstəricilərindən  dəfələrlə çoxdur və daha əlverişlidir.

6. İnkişaf etmiş ölkə statusu yalnız iqtisadi göstəricilərdən ibarət deyil, bu həm də siyasi, mənəvi, hərbi güc göstəricilərini və müasir dünya idarəetmə sistemində ölkənin aktiv rolunu və məsuliyyətini ehtiva edir. İndiyə qədər dünya idarəetmə sistemində sərhədlərin toxunulmazlığı konvensiyaları və qaydalarının pozulması üzrə (ən incə və təhlükəli sahə) üç kobud hadisə baş verib (İraqın Küveyti ilhaq etməsi, Rusiyanın Krımı ilhaq etməsi – həm də dolayı yolla Gürcüstanın iki bölgəsini və Moldovanın bir bölgəsini dolayı yolla izolyasiya etməsi və nəhayət, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi). Bu hadisələrin hamısının qarşısının alınması BMT ilə birlikdə  İEÖ-lərin üzərinə düşür. İraqın prezidenti Səddam Hüseyn bu hadisəyə görə asıldı, sərhədlər bərpa olundu. Dünya ictimaiyyətinə bu 60 milyard dollara başa gəldi, dolayı məsrəflər, zərərlər  və qaçırılmış gəlirlərlə birlikdə cəmi xərclər isə 1 trilyon dollara yaxınlaşır. Rusiyanın sərhədləri zorla dəyişdirməsi cəhdi də dünya ictimaiyyətinə az qala  1 trilyon dollar zərər vurdu, Rusiya özü isə cəmiyyətdən izolyasiya oldu və ağır sanksiyalara məruz qaldı, sərhədlər bərpa olunana qədər bu sanksiyalar davam edəcək. Üçüncü hadisə, Ermənistanın işğal torpaqlarından qovulması isə  BMT-nin, bir çox inkişaf etmiş ölkələrin, işğalçı ölkə daxil bütün dünya ölkələri tərəfindən tanınması və tələb olunmasına baxmayaraq işğal olunmuş ölkə - Azərbaycanın özü tərəfindən və dünyadan heç bir məsrəf tələb etmədən təmin olundu. Səddam kimi, Ermənistan rəhbərlərinin (keçmişlər və indikilər)  asılması indi İEÖ-rin üzərinə düşən ən vacib vəzifədi. Çünki dünya miqyasında sərhədlərin zorla dəyişdirilməsi adət halına gəlsə Yer kürəsində daş üstə daş qalmayacaq. Bu proseslər Azərbaycan ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyev və bu sahədəki onun köməkçiləri tərəfindən dəqiqliklə idarə olundu. Bu qədər çıxışlarda, reportajlarda, intervülərdə bir dəfə də olsun beynəlxalq konvensiya və qaydaların bir maddəsi də olsa pozulmadı, çərçivədən kənara çıxılmadı, bütün detallar dünya ictimaiyyətinə və xüsusilə İEÖ əhalisinə anladıldı. Son dörd ay ərzində yalnız prezident tərəfindən dünya ictimaiyyətinə Azərbaycan haqqında ötürülən obyektiv informasiyanın həcmi son yüz ildən daha çox və daha səmərəli oldu. Artıq bundan sonra dünyada analoji pozuntular zamanı Azərbaycan prezidentinin və Azərbaycan ordusunun köməyinə ciddi ehtiyac yaranacaq. Bu təcrübə indi də ən ali hərbi qurumlar tərəfindən yüksək qiymətləndirilir və müzakirə olunur.

Dərin hörmətlə  professor, iqtisad elmləri doktoru      
Saleh Məmmədov  
Oxşar xəbərlər
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı