Dövlət bayrağımız: 3 rəngin, ayparanın, 8 guşəli ulduzun mənası - Nəsiman Yaqublunun araşdırması
Araşdırma
Oxunub: 6466
09 Nov 2020 | 10:14
Dövlət bayrağımız: 3 rəngin, ayparanın, 8 guşəli ulduzun mənası  -  Nəsiman Yaqublunun araşdırması
Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

Çoxdandır ayrı  düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan.

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan  mbayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı? 
1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.
M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cümhuriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )”.
M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında  həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.
Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin  bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.Qeyd edim ki, 1844-cü ilə qədər Osmanlı Türkiyəsinin (Osman Qazinin oğlu Orxan Qazi dövründən başlayaraq) bayrağı səkkiz guşəli olub.Bəzi mənbələrdə isə bayrağın qırmızı rəngini osmanlıların Səlcuq türklərindən götürdüyü bildirilir.  1844-cü ildə Osmanlı Türkiyəsi qırmızı bayraqda beşguşəli ulduz formasını qəbul edib.
İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz  bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də  məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymində  fəaliyyət göstərən  Azərbaycan nümayəndələri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətin  Türkiyə olacağını müəyyənləşdirmişdilər.
Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan  dörd gün sonra verilmişdi.
1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: 
Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng– müasirliyi, yaşıl  rəng– islam ideologiyasını ifadə edir.
Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avropalaşmaq (firəngləşmək)” üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub? 
Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri,  Rusiya və Türkiyə universitetlərində təhsil almış,  əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir.  1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.Əlavə edim ki, Ə.Hüseynzadənin 1905-ci ilin iyunun 7-dən Bakıda fəaliyyətə başalyan “Həyat” qəzetində də yuxarıdakı fikirlərə başqa formalarda rast gəlmək mümkündür.Onun bu haqdakı fikirləri ilə bağlı   ilk bilgiləri “Açıq Söz” qəzetində  M.Ə.Rəsulzadə yazmışdır.
Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z.Göyalp tərəfindən inkişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azərbaycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda rənglər bu ardıcıllıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?
1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək”. 
Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə  1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq  müasirliyi  önə  çəkmişdi.
 M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayında  yenə “Açıq söz” qəzetində çap edilən “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun – mümkün deyil...”.
M.Ə.Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da  təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən, yəni müasirləşmənin önə çəkilməsindən götürüldü.   
Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən  bu musiqiyə oxşar   bir marşla düşmən üzərinə  hücum etmişdilər.
 1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri ,yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas  bitən  kimi  bayrağımızın  endirilməsini  tələb edirdilər.
1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq  bir daha enməyəcəkdir!”.
Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.
Beləliklə, “Türk dövrü” kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü” təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.
Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.
Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu  ulduz  səkkiz hərfli  Od  yurdu”.
Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr  tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların  zəfər  yürüşlərini  əks  etdirir.
Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.
Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”.
Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).Lakin əlavə edək ki, aypara həm də humanizm, xeyirxahlıq rəmzi kimi də qəbul edilmişdir.
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.Şumerlərdə, Babil mədəniyyət sistemində də bu təsvirlərə rast gəlmək mümkündür.Qeyd edim ki, türkdilli və müsəlman xalqların bayrağında bu təsvirlər müxtəlif formalarda mövcuddur:Pakistanda- yaşıl parçada aypara-5 guşəli ulduz,türkmənlərdə göy-ağ parçada aypara-5 guşəli ulduz, Malayziyada- ayparanın qarşısında çox guşəli ulduz vəs.
Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:

Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya- islamlığın sarsılmayan  imanı,
Ürəklərə dolmalı.
Bu al boya- azadlığın, təcəddüdün  fərmanı,
Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar. 
Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra  üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan  12-13 ilə qədər həbsə məhkum etdilər.
1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. 

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

Bayraq. 1988-ci ildə  Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.
Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.
Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

Oxşar xəbərlər
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
GÜNLÜK
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 16:37
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 16:32
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
17 Apr 2024 | 16:42
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 16:47
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 16:37
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 16:32
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
17 Apr 2024 | 16:42
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO