Tarixlər boyu davam edən məkrli erməni təbliğatı, bu gün də öz mənfur simasını göstərməkdədir
Tarixlər boyu ermənilər yalan, böhtan və iftiralarla dolu şaiyə xarakterli məlumatlarını günümüzdə də tətbiq etməyə cəhd göstərməkdədirlər. Hal-hazırda ermənilərin kütləvi informasiya vasitələrində dövriyyəyə buraxdıqları yalanlara, iftiralara böhtanlara baxanda düçünürsən ki, həqiqətən ermənilər bu gün dünyada sürətlə inkişaf edən texnoloji imkanlardan xəbərsizdilər? Əsla yox! Bunlar 1905-1906, 1918-1921, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı alçaqcasına törətdikləri cinayətləri örtü-basdır etmək üçün əks təbliğat aparmaqda davam edirlər. Erməni ünsürləri yaxşı bilirlər ki, vaxtilə himayədarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın, işgəncələrin, təhqirlərin, işğalların və bizdən qopardığları torpaqların hesabı bunlardan sorulacaq.
Qeyd edək ki, XX əsrin əvvəllərində
də ermənilər böhtan, yalan, iftira kimi üsullardan məharətlə istifadə etmişdilər.
Azərbaycanda o dövrün tanınmış ictimai-siyasi xadimləri 1905-1906-cı illərdə erməni-müsəlman
davası zamanı ermənilərin mətbuat vasitəsilə Azərbaycan türklərinə qarşı
apardığı bu böhtan və iftiralara cavab olaraq o dövrün mətbuatında vaxtaşırı məqalələr
yazaraq erməni yalan, iftira və böhtanlarını ifşa etmişlər.
O vaxt dövrünün tanınmış
ictimai-siyasi xadimlərindən olan Əhməd bəy Agaoğlu “Həyat” qəzetinin 1905-ci ilın 16 iyun saylı nömrəsində
yazırdı: “Müsəlmanlar barəsində təzə iftira və böhtan və bu iftira və böhtan
üzrə qorxulu bir iftira erməni qəzetlərində çıxmış məqalədə ermənilərin müsəlmanları
vəhşi millət kimi tanıtmasından, onların müstəqil İslam hökuməti yaratmaq məqsədilə
zorla ermənilərə öz dinlərini qəbul etdirmək kimi böhtanlardan bəhs olunur”.
Ə.Ağayevə qeyd edirdi ki, ermənılər bu cür böhtanlar vasitəsilə rus hökumətini
müsəlmanlara düşmən etmək istəyirlər.
Hələ o vaxt təzə nəşrə
başlayan erməni qəzeti “Arşalus’un 26 avqust 1905-ci il birincı nömrəsındə bir
məqalədə yazılırdı: “Bizim əziz Vətənimız Qafqaz iqtisadən talan və puç
olmaqdadır. Amma yenə müsəlmanların qara dəstələri, yenə öz vəhşi hərəkətlərinə
doymaq bilmədən öz əməllərində davam edirlər... Ermənilər inandı, barışıq dəstəsı
çəkdi... Nə oldu, az vaxt çəkmədi ki, müsəlman vəhşiliyi təzədən alışdı. Təzədən
günahsız erməni qanları töküldü... İndii təzədən Gəncənın bir neçə kəndlərindən
Şuşaya, Zəngəzura və Bakıya kimi qanlı tufanlar sədr oldu. İndi müsəlmanlar o qədər
cürətli olublar ki, insafsızcasına bütün
xristianları, hətta rus soldatlarınıda qırmaqdadırlar. Balaxanıda qoşuna
bombalar atır, Bakıda general-qubernatorun evinə güllələr yağdırırlar”.
Ermənilərin bu iftira
dolu yalanları haqqında o zaman “Tərcüman” qəzeti belə yazırdı: “Allahu Əkbər!
Bu qədər də qırmızı yalan olarmı? Bizim müsəlmanlar arasında ən dini, ən cahil və
ən avamımız böhtanın bu dərəcəsınə heç bir zaman inanmarıq!.. Fəsadın kimin tərəfindən
başlandığı, general-qubernatorun iqamətgahına kimlərin tərəfindən güllə
atıldığı, Balaxanıda bombalarin kimlərin evindən tapıldığı və qoşun ilə kazaklara
kimlər tüfəng və tapança atdığı hökümətimiz tərəfindən aydınlaşaraq təsdiq
edilmişdir”.
“Tərcüman” qəzetinin yazdığından
aydın olur ki, hətta dövlət tərəfindən təsdiq edilmişdir ki, bu cinayətlər ermənilər
tərəfindən törədilmişdir. Ancaq, görünür ki, o zaman da ermənilər silah kimi
istifadə etdikləri saxtakarlıq, məkr, hiyləgərlik, ikiüzlülük, erməni şovinizmi, dini, irqi ayrı seçkilik və
s. kimi yalan və böhtanlarla dünya ictimaiyyətini aldatmağa çalışırdılar.
Yenə də 1905-ci il erməni
qəzeti “Mşaq”ın 173 saylı nömrəsiındə Şuşanın Hadrut rayonundan olan keşiş
Tirasqonyanın verdiyi məlumata görə guya
İrandan saysız-hesabsız silahlı müsəlman ermənilərin üzərinə hücum etmək məqsədilə
Araz çayının bu tərəfinə keçmişlər.
Bu gün də erməni mətbuatı
Qarabağda Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlara kölgə salmaq və
qonşu dövlətləri bu müharibəyə cəlb etmək üçün iddia edir ki, Qarabağda bizə
hücum edənlər Turkiyə və Suriyadan gələn əlisilahlı müsəlman muzdlulardır.
O, zaman Tiblisdə nəşr
olunan digər bir erməni qəzeti “Novoye
obozrenye” yazırdı: “Şuşada avqustun 10-dan etibarən başlanan həyəcanlar
avqustun l4-18-i güclü atışmalarla əvəz olundu. Müsəlmanların vəkili Cavad aga
Cavanşır ermənilərin nümayəndələri ilə bırgə küçə-küçə gəzərək hər iki tərəfi
“sülh və islaha” dəvət edirdi. Lakin sülh yaradan dəstə erməni məhəlləsinin
sonunda yerləşən qəbristanlığa çatan kimi müsəlmanlar tərəfindən atəşə
tutuldular”.
Gəlin indi bu erməni
yalanına nəzər salaq. Sülh əldə etmək üçün küçə-küçə gəzən Cavad ağanın adının
qeyd etdikləri halda, onunla sülh çağırışı etmək üçün gedən heş bir erməninin
adını qeyd etməyib. Bu dəstəyə müsəlmanlar tərəfindən atəş açmağa gəldikdə isə
qəzetin yazdığı kimi bu hadisə erməni məhəlləsinin sonunda baş verib. Ermənilər
biliblər ki, əgər qrup müsəlman tərəfə keçsə müsəlmanlar bu qrupa atəş
açılmayacaqlar ona görə də bunu ermənilər bilərəkdən erməni məhəlləsinin
sonunda törədib. Çünki, o vaxt müsəlmanlar arasında böyük hörmətə malik olan vəkil
Cavad ağaya müsəlmanlar heç vaxt atəş açmazdılar.
Yenədə 1905-ci il erməni
qəzeti “Mşaq”ın 149-cu nömrəsində T.
Zavin adlı bir erməni yazır: “Naxçıvanda, İrəvan qəzasında qanların qırmızı
tufanı tüğyan edir. Bakı, Şuşa və digər yerlərdə canişinin sülh dəvətindən
sonra fikir etmək olmurdu ki, müsəlmanlar cürət edib Qafqazın mətnur hakimınin
xahişini zay etsin. Bu qədət lazımlı sülhə və rahatlığa maneçilik törətsin”.
Bu gün də mətbuatda,
sosial şəbəkələrdə bir əsrdən şox sınanmış taktikanı tətbiq etməyə çalışan ermənilər,
Rusiyanın Fransanın və ABŞ-ın, yəni Minsk qrupunun həmsədrlərinin 3 dəfə elan
etdikləri humanitar atəşkəsə məhəl qoymur, hər üç humanitar atəşkəsi bilərəkdən pozur, Ermənistanı haqlı, Azərbaycan dövlətini isə
haqsız çıxarmağa çalışırlar. Ermənilər humanitar atəşkəsi pozaraq bunu Azərbaycan
dövlətinin pozması kimi yalanlat tirajlayır və böyük dövlətləri Azərbaycanın üzərinə
qaldırmağa cəhd göstərirlər.
Bu gün Ermənistan dövləti
öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silahlarla atəşə
tutur, dinc əhalini qətlə yetirir, ancaq, həyasızcasına iddia edir ki, bu bizim
tərəfimizdən həyata keçirilməyib, bizim bu raket hücumları haqda məlumatımız
yoxdur. Bunu qondarma “dqr”-nin hərbi rəhbərliyi edib. Öz aləmində bu gün dünya
ictimaiyyətini aldatmağa çalışan Ermənistan hakimiyyəti özün elə aparır ki,
sanki, Ermənistan dövlətinin ordusunun qondarma “dqr”-a yeridilməsindən xəbəri
yoxdur.
Necə ki, 1918-ci il avqustun əvvəllərində Andronikın
Naxçıvan, Zəngəzur və Qarabağ torpaqlarında törətdiyi vəhşiliklərlə bağlı
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün 1918-ci il 15 avqust tarixli 461
№-li rəsmi məktubu ilə Ermənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara son qoymağa və
Andronikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistan
hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki, “...general
Andronik, həm də onun dəstəsi artıq çoxdan erməni qoşunlarının tərkibindən və siyahısından çıxarılmışdır, bundan
sonra onlar Ermənistan rəhbərliyinə,
onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər. Ancaq, elə həmin
il bizim tərəfimizdən paytaxt kimi ermənilərə verilən İrəvan şəhərində Osmanlı
dövlətinin ordusundan fərarilik edərək qaçan Andranik qəhrəman kimi
qarşılanmışdı.
Bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dünyanın tanınmış
kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı xaricdə və sosial şəbəkələrdə ermənilərin tirajladığı
yalan, böhtan və iftiralara qarşı söylədiyi kəskin fikirlərlə erməni təxribat makinasının bir əsrdən
çox istifadə etdiyi metod və üsululları kökündən
sarsıtdı. Prezident “Bu gün dünyada texnologiya o qədər inkişaf edib ki, hər
şeyi peyk vasitəsilə izləmək və görmək mümkündür” ifadəsini deməklə ermənilərin
hərbi cinayətlərini ifşa etdi və erməni xislətini açıb dünya ictimaiyyətinə
göstərdi.
Bəxtiyar Kamil oğlu Həsənov
AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun böyük elmi işçisi








