ABŞ-da yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxıldı. Ekspertlər bu addımı əskinasların etibarlılığını artırmaq məqsədi ilə atıldığını bildirirlər. Bəs dünyanın ən yaxşı dizaynına malik valyutalardan sayılan Azərbaycan əskinasları nə dərəcədə etibarlıdır?
İqtisadçı
ekspert Nazim Məmmədov Moderator.az-a açıqlamasında pul
əskinaslarının gözəl dizaynda olmasının etibarlılıq göstəricisi sayılmadığını
deyib: "Əsas etibarlılıq odur ki, dünya iqtisadiyyatında önəmli rol oynayan
valyuta əskinaslarının kriminal dairələr tərəfindən hazırlanması imkanları
mümkün qədər az olsun. ABŞ valyutası dünya ticarətinin 75 faizinin əsas
valyutasıdır. Ona görə də nəinki, kriminal dairələr, hətta vaxtaşırı bəzi
ölkələrdə dövlət səviyyəsində dolların saxta əskinaslarının fabrik şəraitində
çap olunması halları olub. Bunun üçün tez-tez əskinasların dizaynında, qorunma
qaydalarında bəzi dəyişikliklər edilir. Bu da başadüşüləndir".
N.Məmmədov
bildirib ki, Azərbaycan manatı bölgə valyutası olmadığına, dünya
iqtisadiyyatında önəmli rol oynamadığına görə, yüksək səviyyədə saxta
əskinasların çapına ehtiyac da yoxdur: "İstisna deyil ki, mütəmadi olaraq
manatın qorunma imkanları təkminləşdirilir. Mən xüsusi qoruyucu tədbirlərə
ehtiyac görmürəm".
"Hesab
edirəm ki, nağdsiz ödənişləri artırmaq lazımdır. Əslində nağd valyutanın çox
olması kölgə iqtisadiyyatının çox olmasına böyük olmasına şərait yaradır. Nəğdsiz
ödənişlər nə qədər çox olsa sadaladığımız problemlər daha az olar və büdcəyə
daha çox vergi daxil olar. Terminallar, kartlar vasitəsi ilə ödənişlər çox
olarsa valyutalar daha çox qorunar" - deyə iqtisadçı ekspert əlavə edib.