Oktyabrın 30-da keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev növbəti erməni vəhşiliyi haqqında şok faktlar açıqlayıb. Baş prokurorun sözlərindən məlum olub ki, ermənilər əsir düşən hərbçilərimizi yaxından açılan atəşlə qətlə yetirib, habelə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verib.
Şübhəsiz, ermənilərin əsirlərə qarşı amansızlığı, habelə meyitləri eybəcər hala salmaları tarixi nöqteyi-nəzərədən yeni hadisə deyil. Belə ki, istər XX əsrin əvvəllərində, istərsə də sonlarında ermənilərin bu müstəvidəki vəhşilikləri ilə bütün dünyada ciddi əks-səda doğurduğu kimsəyə sirr deyil. Xüsusilə də, 1992-ci ilin Xocalı soyqırımı zamanı mülki insanlarla yanaşı, onların cəsədlərini də hədəf seçən ermənilərin meyitlərə sözün həqiqi mənasında divan tutması, düşmənin dirilərimizlə yanaşı, ölülərimizə qarşı da cəbhə açdığını göstərir.
Bəli, nə qədər ağlasığmaz olsa da ermənilər dirilərlə yanaşı, həm də cəsədlərlə “döyüşən”, dirilərə işgəncə verməklə yanaşı, həm də ölüləri təhqir etməkdən zövq alan, bundan ruhən və qəlbən rahatlıq tapan bir toplumdur. 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi əsnasında baş verənlər, Baş prokurorun məlum açıqlaması bu gerçəkliyi bir daha sübut etmiş oldu.
Tüpürülməli cəsarət, yaxud rəzillərin “cəsurluğu”...
Təbii ki, döyüş meydanında məğlub olan, Azərbaycan ordusu qarşısında davam gətirməyərək ölülərini, yaralılarını qoyaraq qaçan erməni ordusunun meyitlərimiz üzərində təhqiramiz hərəkətlər etməsi düşmənin rəzilliyindən, acizliyindən və miskinliyindən xəbər verir. Cəsədləri öz nifrət və hikkəsinin hədəfinə çevirən, içindəki qəzəb və çarəsizlik atəşini meyitləri təhqir etməklə soyudan ermənilər, bununla sivil dünyaya utanc gətirən yamaq bir toplum, elementar insani keyfiyyətlərdən məhrum kütlə olduqlarını sübut etməkdədir.
Vəhşi heyvanda belə ikrah doğuracaq xüsusiyyətə malik olan düşmən, hərb meydanında ortaya qoya bilmədiyi cəsarəti cəsədlərə münasibətdə sərgiləməklə, bizi öz amansızlığı və “cəsurluğu” ilə dəhşətə gətirməyə çalışır. Halbuki, tüpürülməyə layiq bu cəsarət heç kimdə qorxu deyil, sadəcə ikrah doğurmaqda, işğalçıya olan nifrət və qəzəbi bri qədər də artırmaqdadır. Ermənilərin cəsədlərlə apardığı “müharibə” onu göstərir ki, mənəvi baxımdan ölü olan düşmən, öz fiziki
mövcudluğunu yalnız meyitləri təhqir etməklə isbatlaya bilir. Ordumuzun sürətli əks-hücum əməliyyatının müvəffəqiyyətlə davam etdiyini nəzərə alsaq, söyləyə bilərik ki, işğalçı yaxın gələcəkdə bu imkandan da məhrum olacaq, ordumuz düşməni tam olaraq neytrallaşdırmaqla onun fiziki və mənəvi imkanlarını bərabərləşdirəcəkdir.
Meyiti təhqir etməyi yaşam mənbəyinə və özünütəsdiq vasitəsinə çevirən yeganə toplum
Dünya hərb tarixində meyitlərin eybəcər hala salınmasına, onların təhqir edilməsinə tez-tez olmasa da, zaman-zaman rast gəlinməkdədir. Lakin ermənilərin Azərbaycana qarşı tarixi xəyanət və hərbi cinayətlərinin təhlili göstərir ki, meyitə işgəncəni yaşam mənbəyinə və özünütəsdiq vasitəsinə çevirən yeganə toplum yalnız və yalnız ermənilərdir.
Xalq olaraq mədəni millətlər içərisində yer tuta bilməyən, digər xalqlara məxsus sivilizasiyaları öz adlarına çıxmaqla vəhşi xislət və primitiv təfəkkürə sahib olduqlarını ört-basdır etməyə çalışan ermənilər üçün yeganə özünütəsdiq vasitəsi silahsız insanları qətlə yetirmək, əsirlərə işgəncə vermək, meyitləri təhqir etmək, onların əzalarını kəsib-doğramaqdır. Bütün bunlar hər bir şovinist erməni üçün daxili özünütəsdiq, milli kimlik rolunu oynayır. Və tarix də onları öz dəmir yaddaşında məhz bu cür saxlayacaq: Yaşam gücünü meyitləri təhqir etməkdən alan, rəzilliyini gücü hesab edən toplum kimi...
Seymur ƏLİYEV
E-mail: [email protected]