M.Ə.Rəsulzadə: “Daşnaksütyun partiyasının iflası” - Nəsiman Yaqublunun təqdimatında
Oxunub: 2933
03 Nov 2020 | 09:31
M.Ə.Rəsulzadə:  “Daşnaksütyun partiyasının iflası” - Nəsiman Yaqublunun təqdimatında
Ermənilərin 1890-cı ildə Tiflisdə yaratdığı növbəti təşkilatın adı “Daşnaksütun”(mənası ittifaq, birlik deməkdir) oldu.Bu zamana qədər də onlar müxtəlif adlarla siyasi təşkilatlar yaratmışdı(“Armenakan”, “Hınçaq” və s.). “Daşnaksütun”  partiyası əslində terrorçu bir qurum oldu və ermənilərin “Böyük Ermənistan” ideyalarının müdafiəçisinə çevrildi.Lakin bu təşkilatın iflasa uğradığı məqamlar  da vardı. Bu gün Azərbaycan xalqının doğma Qarabağ torpaqlarımızı işğaldan azad etdiyimiz bir dövrdə əslində ermənilər və onların sevimlisi “Daşnaksütun” növbəti iflasa uğrayır.Görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin 1925-ci ilin martın 1-də İstanbulda nəşr olunan “Yeni Qafqasiya” jurnalındakı   məqaləsi bu günümüz üçün də olduqca aktualdır.Həmin yazını  hazırladığım  lüğətlə birlikdə oxuculara təqdim edirəm.

M.Ə.Rəsulzadə
 Daşnaksütyun partiyasının iflası

Bolşevik qəzetələri erməni Daşnaksütyun firqəsinə(partiyasına-red) aid qayət mühüm xəbərlər nəşr ediyorlar. “İzvestiya” qəzetəsi Daşnaksütyun Firqəsi liderlərindən sabiq Ermənistan hökuməti milliyyəsi rəisi Kaçaznuninin bir kitabından bəhs ediyordu. “Daşnaksütyun Firqəsinin iflası” namını daşıyan bu kitabında daşnakların bu əski əməkdar lideri firqələrinin sənələrdən bəri təqib eylədiyi siyasətin iflasını elan və “Erməni xalqına hizməti kəndilərinə şərəf əddedənləri mənasız xülyalardan vaz keçərək Ermənistana ovdətlə sovet hökuməti tərəfindən başlanan icad və ehya işinə iştiraka” dəvət ediyormuş.
Keçən sənə Vyanada iniqad edən Daşnaksütyun Konqresində Kaçaznuninin bolşeviklərlə anlaşmaq tezini müdafiə eylədiyini biliyorduq. Görünüyor ki, o, artıq firqəsinin iflasına təmamiylə qənaət gətirmiş, Bakı qəzetələrində oxunduğuna nəzərən, Ermənistana dönmək və “son sənələrini Sovet Ermənistanına həsr etmək” istəmişdir.
Ənənəvi Daşnaksütyun siyasəti ilə aşina olanlar bu siyasətin ta ibtidadan iflasa məhkum olduğunu bilirlərdi. Rusiya imperializminin əzəmətinə güvənərək qonşuları hesabına “Böyük Ermənistan” xülyalarını daşıyan, bu əzəmətin çökdüyünü gördükdən sonra da qaynar bir həyat kibi fışqıran türk milliyyətpərvərliyini heçə sayıb Sevr Muahədəsinə güvənən bu siyasətin sonu əlbət ki, iflasdı. Erməni hərəkatının tarixçəsi Rusiya hesabına çalışmaq, şimal istilasının cənubda kılavuzluğunu yapmaqdan ibarətdir. Hərbi Ümumidə işbu ənənəvi siyasətlərinin qurbanı olaraq müdhiş bir aqibətə uğradıqlarına müqabil erməni politikaçılarının bütün ümidi Rusiyanın bu hərbdə qalib çıxacağına və bu surətlə “Böyük Ermənistan” təşəkkül edəcəyinə bağlı idi.
Hesab doğru çıxmadı. Rusiya səfi hərbdən çıxdı, çar ordusu pərişan oldu. Qafqasiya elanı istiqlal ediyordu: Mavərayı Qafqas Seym Məclisinin istiqlal elanına təxsis etdiyi günü xatırlıyoruz: Kaçaznuni kürsüyə gəldi. Rəngi qaçmışdı. Dodağı titriyordu: “Tarixi əhəmiyyət və məsuliyyətini dərk edərək biz də bu qərara iltihaq ediyoruz” dedi və bütün ümidlərini gömmüş bir adam kibi məlul və məhzun kürsüdən endi.
        
Kaçaznuni daha o zaman bu “müciz” bəyanı və “həzin” ifadəsi ilə Daşnaksütyun siyasətinin ifasını növ ümmə elan ediyordu. Daşnaksütyun Rusiyaya dayanacaq, konşularının arzularına baxmayacaq, Türkiyə və Azərbaycan (bəlkə də Gürcüstan) hesabına “Böyük Ermənistan” olacaqdı. Halbuki nərədə... “Türkiyənin təzyiqi və Müsavat Firqəsinin sövqiylə Rusiyadan ayrılmaya məcbur oluyordu!..”      (O zamankı  rus və erməni mətbuatının hadisəyi təşhisləri böyləydi).
Qafqasiyayı həqiqi surətdə müstəqil cumhuriyyətlər şəklində təsəvvür edənlər üçün Rusiyaya  istinad qədər mənasız bir hərəkat təfəkkür olunamaz. Azərbaycan ilə Gürcüstan bu həqiqəti dərk etdikləri halda Ermənistan bunu anlamaqda çox müşkült çəkiyor; keçmiş ona rahat vermədiyi kibi, istiqbal haqqındakı xəyalları da buna mane oluyordu. O, Rusiyanın təkrar gələcəyinə, Türkiyənin təkrar çökəcəyinə ümid bağlayıb duruyordu. Azərbaycan ilə Gürcüstanın Denikin təhlükəsinə qarşı əqd etdikləri tədafüyi muahədəyə Ermənistan bu ümidlə daxil olmayıb, Axarunyan düvəli müəzzəmə müntəsibləri cüzündən böyük Ermənistan namına Sevr Muahədəsini imzaladırkən “böyük ümid”in artıq təhəqqüq etdiyini düşünmüşdü.
Halbuki o, bir xəyal idi. Həqiqəti isə Ağacanyan hökuməti Gümrüdə təsbit ediyordu. O həqiqət ki, sonra Lozanda bütün cahan tərəfindən də təsdiq edildi. 
Həddizatında macəralardan ibarət olan bu xəyal və infirad politikasının iflasından sonra erməni rüəsasına müqəddəratlarının artıq qonşuları ilə bağlı olduğuna qənaəti kamilə gəlməli idi. Halbuki nə gəzər... Bu dəfə də çarlıq yerinə qonan bolşevik Rusiyası idealizə edilməyə başladı. İki sənə əvvəl Daşnaksütyun “general”larından məşhur Dro və sairələrinin imzası ilə bir bəyannamə nəşr edildi. Bu bəyannamələrində Qafqasiyada qalan daşnaklar Ermənistanın yalnız Qızıl Ordu sayəsində himayə olunacaq və erməni xalqının ancaq Sovet idarəsi sayəsində tərəqqi və inkişaf edəcəyinə qane olduqlarını “bütün cahan”a elan ediyorlardı. Bir sənə sonra da erməni Hınçaq Firqəsi rəsmən inhilal və təmamiylə komunistlərə iltihaq etdi. Və şimdi də Kaçaznuni tövbə-künan Erivana dönüyor.
Bolşevik qəzetələrinə inanılırsa, Parisdə bulunan erməni heyəti murəxxəsəsinin erməni qəzetələrində bir bəyannaməsi nəşr edilmişdir. Bu bəyannamədə deyiliyormuş ki:
      
“Lozan Muahədəsindən sonra “Erməni məsələsi” bi-nəfsihi məna və əhəmiyyətini qeyb etdiyindən və Sovetlərin Fransa hökuməti tərəfindən təsdiqi dolayısıyla sovet Ermənistanının da bil-hüquq tanındığından Avropadakı milli erməni heyəti kəndisinin artıq lüzumsuzluğunu dərklə Fransayı tərk ediyor”. (“Komunist”, Bakı, 9 şubat, nömrə 32).
Parisdəki erməni heyətinin böylə bir qərar və bəyannaməsi olmuşmudur?.. Hər halda “bolşevizya” xaricində çıxan mətbuatda böylə bir xəbərə təsadüf edilməmişdir. Biləkis Qafqasiya üsyanları münasibətiylə Parisdəki heyəti mürəxxəsələrin sovetlərə qarşı vaqe olan protestolarında erməni heyətinin də iştirak eylədiyini biliyoruz. Fransanın Sovetləri təsdiqindən sonra böylə bir dönüklük göstərilmişsə, xəbərimiz yoxdur.
Bu dönüklükdən bolşevik mətbuatı pək böyük bir məmnuniyyət və nəşə ilə bəhs ediyorlar. “İzvestiya”, Kaçaznuninin əqli, fərasəti və cəsarəti mədəniyyəsinə bayılıyor. Bakıda çıxan türkcə “Komunist” də daşnakların bu hərəkətini Azərbaycan daşnakları üçün də şayanı təqlid buluyor və “Kaçaznuni tövbəsinin Rəsulzadə Məhəmməd Əminlər üçün  qüvvətli bir dərbə” təşkil etdiyinə hökm ediyor.
Əvvələn ermənilər arasında Kaçaznuni tövbəsində iştirak etməyənlərin də mövcud olduğunu xəbər verəlim. Bunu “Komunist” mühərririnin “İzvestiya”dan nəql etdiyi sətirlərdə də görmək mümkündür. Kaçaznuninin “şayanı təqdir cəsarətindən”  bəhs edildiyi sırada, Moskva qəzetəsi, “səbəbsiz deyildir ki, bu zəki adamın dünkü dostları bugün onu tərzil ilə mürtəd və dönük deyə kəndisinə küfr ediyorlar” diyor. Saniyən Rəsulzadələr heç bir zaman “hürriyyət və istiqlalı” qısıq və könülsüz bir səslə tələqqi edən Kaçaznuniləri yol yoldaşı deyə qəbul etməmişlərdir ki, bu hal müvacihəsində, inkisarı xəyalə uğrasınlar. İstiqlal və hürriyyətlərini istehsalda “Azərbaycan daşnakları” ümidlərini Rusiyadan gələcək bir qüvvətə bağlamamış olsalar da, heç bir zaman bu Rusiyaya “ağ olmaq” istəməzlərdi. Rəsulzadələrin düşüncəsi sərihdir. Onlar milli hakimiyyət və istiqlal davasını təmsil ediyorlar: Türk hakimiyyəti və Türk istiqlalı. Bu məqsədlərində onlar digər Qafqasiya millətləri ilə Dağıstan və Gürcüstanla bərabərdirlər. Bu millətlər istiqlal istiyor: onlar, Rusiya istila və vəsayətindən qurtulmaq niyyətində müttəhiddirlər. Bu məqsədlərinə nail olmaq üçün onlar, Rusiyanın Qafqasiya cibali ötəsinə atılması ilə mənfəətdar bulunan bil-cümlə qüvvətlərlə anlaşır, onlarla təşriki məsai etməyi müvafiq görürlər. Keçirdikləri tarixi təcrübədən sonra ermənilərin də süluq edəcəkləri yeganə səlamət yolu bizcə budur. Az da olsa, ermənilər arasında da böylə düşünənlərinin mövcud olduğunu ümid edəriz. Bunun əksini düşünən zat Qafqasiya istiqlalçısı olamaz; çünki bu, Rusiya əliylə Rusiyadan ayrılmaq olur ki qəribdir!
İstiqlalçı Azərbaycan milliyyətpərvərlərinin yolu bəllidir. Onların Rusiyadan bəkləyəcəyi bir şey yoxdur. Kəndi hüdudi milliyyəsi daxilində qalan Rusiya məsud olsun, fəqət məmləkətimizi, hürriyyətimizi, istiqlal və milliyyətimizi kirli çizmələri altında çiynəyən Rusiyaya düşmanız! Qızıl da olsa, düşmanız, bəyaz da olsa düşmanız! İştə istiqlaliyyətçi bir qafqaslının alacağı yeganə vəziyyət! Bir erməninin də bu vəziyyətdə bulunmasını can və dil ilə istəməklə bərabər, xəyal ilə deyil, həqiqətlərlə hesablaşan Azəri siyasiyunu heç bir zaman kaçaznunilərin kəndilərinə “üzəngi yoldaşı” olduqlarını düşünməmişlərdir!
Kaçaznuniyi “baharın ilk qırlanğıcı” deyə sevinən xainlər Azərbaycan kaçaznunilərini də kəndilərinə dönəcək deyə bəkləməsinlər... Ənsələrini görəmədikləri kibi bunu görəməzlər!..

“Yeni Qafqasiya”, 1 mart 1341 / 5 şaban  1343, 
il:2, №11, s. 2-4

 Mucəz  - qısa
İniqad –bağlanma, təşkil edilmə
İnfirad  - təklənmə
İnhilal - ayrılma
İltihaq  - birləşmək
Tövbə-künan  - tövbə edən
Binəfsihi - əsl
Tərzil   - rüsvay etmə
Müvacehə - üz-üzə gəlmə
İnkisari-xəyalə - xəyal qırıqlığı
İstihsalə - hasil etmədə
Sərih - aydın
Təşriki-məsai - ortaq iş
Sülük - hərəkət
Ənsə - qulaq

Red: 1 mart 1341 / 5 şaban  1343  - 1 mart 1925
Oxşar xəbərlər
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub