“Ölkə başçısının beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının, təxribatlarının ifşası baxımından olduqca əhəmiyyətlidir”.
Bunu Moderator.az-a
açıqlamasında Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib. Media eksperti
ölkə başçısının çıxışlarının bir çox aspektdən önəmli olduğunu vurğulayıb:
“Azərbaycan prezidenti
dünyanın əksər aparıcı media qurumlarına regionda baş verənlərlə bağlı müsahibələr
verdi. Söhbət o media qurumlarından gedir ki, onların auditoriyası kifayət qədər
genişdir və onlar informasiya məkanında söz sahibidirlər. Bunlar sıradan media
orqanları deyil. Bu baxımdan ölkənin birinci şəxsinin dilindən Qarabağ
probleminin həlli ilə bağlı mövq eyimizin
ortaya qoyulması, haqlı davamızla bağlı məqamların diqqətə çatdırılması olduqca
əhəmiyyətlidir.
Beynəlxalq ictimaiyyət bu
müsahibələr vasitəsi ilə Qarabağda baş verənlərlə bağlı bilavasitə
prezidentimiz dilindən əsl həqiqətləri eşitdi. Ölkə başçısının çıxışları ermənilərin
Qarabağla bağlı dünya ictimaiyyətində yaratdıqları yanlış fikir və təəssüratları
darmadağın etdi. Bu isə dünyanın əsl həqiqətdən xəbərdar olması, obyektiv şəkildə
məlumatlanması və s. baxımından olduqca önəmli və əhəmiyyətlidir”.
Seymur ƏLİYEV