Seçkilər və futbol
Prezident seçkiləri ilə bağlı debatları futbol oyunu ilə müqayisə etsək belə bir mənzərə alınacaq: İlham Əliyevin komandası Cəmil Həsənliyə qarşı, oyunun hakimi isə İTV-nin aparıcısıdır. Oyun İlham Əliyevin meydançasında baş verir, hakim də natəmiz olduğundan bir mənalı tərəfkeşlik edir. Cəmil Həsənli təkdir, qapıçı, müdafiəçi, yarımmüdafiəçi, həm də hücumçu özüdür. İlham Əliyev isə tam tərkiblə (11 nəfər) oynasa da komandasına etibar etmədiyindən qapıçı özüdür və 4-4-2 taktikasından istifadə edir. Fərəc Quliyev, İlyas İsmayılov, Sərdar Cəlaloğlu, İqbal Ağazadə müdafiəçi, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Əli Əhmədov yarımmüdafiəçi, Hafiz Hacıyev, Araz Əlizadə isə hücumçulardır. Oyun birinci dəqiqədən sonuncu dəqiqəyə qədər çox gərgin keçir. İlham Əliyevin komandası var gücü ilə oynasa da, tamamilə keyfiyyətsiz olduqlarından topu hara gəldi, əsasən də öz qapılarına vururlar. Cəmil Həsənli isə sərrast zərbələri ilə 9 - 0 (debatların sayına əsasən) hesabı ilə qalib gəlir. Debatlarda baş verənlər bu qədər bəsit idi. Sadəcə azarkeşlərin (xalqın) və UEFA-nın (beynəlxalq aləmin) oyunun nəticələrini təsdiqləməsi qalır.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247