Moderator.az xəbər verir ki, bu
gün vəkil Elçin Sadıqov hüquqlarını qoruduğu jurnalist və hüquq müdafiəçisi,
qondarma ittihamlarla həbs olunaraq MTN təcridxanasında saxlanılan Pərviz
Həşimli ilə görüşəcək. Vəkil saytımıza açıqlamasında bildirib ki, saat 15:40-da
məhkəməsi var, ordan çıxıb təxminən 16:00-16:30 radələrində onunla görüşə
gedəcək. Pərvizin həbs olunan gün MTN tərəfindən aparılan maşınına gəldikdə isə
Elçin Sadıqov bildirdi ki, maşın Pərvizin deyil, sahibi bununla bağlı MTN rəhbərliyinə müraciət
edib ki, avtomobili kreditlə bankda girovdadır, ona görə də geri qaytarılmasını
xahiş ediblər. Mən həmin MTN rəhbərliyinə ünvanlanmış həmin sifarişli məktubun
qəbzini də alıb istintaqa verəcəm ki, bu işi sürətləndirsinlər. Fürsətdən
istifadə edərək Pərviz Həşimli həbs olunan gün MTN əməkdaşları tərəfindən
götürülən Moderator.az-ın kompüterlərinin geri istənilməsiylə bağlı Elçin
Sadıqovdan dəstək istədik. Vəkil bildirdi ki, çox güman ki, tezliklə
verməyəcəklər və istintaq başa çatdıqdan sonra almaq mümkün olacaq: “Onda da
verməsələr məhkəmənin sonunu gözləmək lazım gələcək.” Vəkil bildirdi ki, bu gün
artıq həbsin ev dustaqlığıyla əvəz olunması barədə iddialarına Səbayel
məhkəməsinin imtina qərarından apellyasiya şikayəti verib.