Namiq Nəsibov adlı bir oxucumuz Moderator.az saytının elektron poçtuna “TƏƏCCÜB VƏ TƏƏSSÜFDƏN YANA DİRƏNİŞ” başlıqlı bir yazı göndərib. Yazıda müəllif soydaşlarını kəskin ittiham edir. Biz bu münaqişədə tərəf deyilik və qarşı tərəfə də cavab haqqını tanıyırıq. Yazını olduğu kimi təqdim edirik:
Bu gün dünya kürdlərinin diqqət və qayğısının yönəldiyi Bakur,
Başur, Rojhilat və Rojava dan fərqli olaraq Azərbaycanda yaşayan kürdlərin, yəni
bizlərin daxildə biri-birisi ilə yola getməməsi, bir araya gələ bilməməsi
kənardan baxanlar üçün bir qınaq,bir tənə mövzusu ola bilər.
Bu əslində Bakur,Başur,Rojhilat və Rojavada
gedən proseslər zəminində bizim ücün utanc verici və eyni zamanda məcburi
dirəniş mücadiləsidir.
Amma hər bir kəs bilməlidir ki, bu gün
Azərbaycan Respublikası “Ronahi” Kürd Mədəniyyət Mərkəzində baş verən
proseslər və qarşıdurma Azərbaycan kürd gəncliyinin
,“Ronahi”KMM-nin məntiqsiz təfəkkür ideologiyası tərəfdarlarının (yəni parcala
hökm sür ye-dağıt), keçmiş rəhbərliyinin (Əhmədə Həpo,Fəxrəddine Müzəfər)
qanunsuz əməllərinə qarşı qanuni dirənişi, təpkisi, mücadiləsidir!
Bizim istəyimiz nədi?
Azərbaycan Kürdlərinin erməni işğalı səbəbindən sürət
götürmüş assimlyasiyasının qarşısını almaq!
Planımız nə idi?
Kürd Mədəniyyət Mərkəzi olaraq mədəni tədbirlər, konsertlər, kitab
nəşrləri, sözlüklər, azərbaycanca-kürdcə danışıq kitabçaları çapı və yayılması
(pulsuz),”Kürdün Səsi” qəzetinin tiraj sayı və dövrülüyünün
artırılması,ünvanlara çatdırılması üçün abunəsinin təşkili (pulsuz),bölgələrdə
kürd əsilli vətəndaşlarımızla görüşlər, onların problemləri ilə yaxından
maraqlanmaq və həllinə çalışmaq, orta məktəblərdə ibtidai sinif həcmində
verilmiş kürd dili dərs saatlarının bərpasına çalışmaq, bunun üçün kürd dilli
kadrları hazırlamaq, yeni kurikulum sistemi ilə işlənmiş, həm müəllim həm
şagirdlər üçün vəsaitlərin Təhsil Nazirliyinin köməyi ilə çapına nail olmaq, Azərbaycan
Respublikası vətəndaşları olaraq, kürd xalqı olaraq konstitusiyamızda təsbit
edilmiş hüquq və haqlarımızdan, bizə dövlət tərəfindən yaradılmış şəraitdən
maksimum faydalanmaqdan ibarət idi.
Bəs nə baş verdi?
Etimad göstərdiyimiz “Ronahi”KKM-yə sədr seçdiyimiz
Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo elə ilk uğurlu layihəmizdəcə
öz şəxsi maraqlarını biz kürdlərin maraqlarından və planlarından üstün tutdu.
Nə etdilər..?
Azərbaycanda kürd dili və mədəniyyətinin inkişafı üçün
Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı 5000( beş min) AZN maliyə yardımını
mənimsədilər. Hansı ki, bu maliyyənin böyük qismi 12 dəst (6 kişi,6 qadın)
milli geyim sifarişi və kürd mili musiqi alətlərinin alınması üçün nəzərdə
tutulmuşdu.
Kimsə mənə izah edə bilərmi rus qarmonu hara, kürd milli
musiqisi hara? Uyğunluq varmı sizcə?
Məncə də yoxdu.
Amma bizim fərasətli “sədr” Fəxrəddine Müzəffər və onun
himayədarı Əhməde Həpo deyəsən yen ideya ilə çıxış edəcək və rus-kürd musiqisi
sintezi yaradacaq. Belə ki “Ronahi” Kürd Mədəniyyət Mərkəzinə pərdələri cırıq -cırıq
olmuş rus qarmonu tapıb gətiriblər. Bu qarmonu da boşuna gətirməyiblər
ki....axı maliyyə ayrılmışdı musiqi alətlərinin alınması üçün??? Axı həmin o maliyyə
mənimsənilmişdi!!!! Məncə anladınız rus qarmonu nədən kürd mədəniyyətinə
qarışıb.
İndi bu “kürd fədailəri” Fəxrəddine Müzəffər və onun
himayədarı Əhməde Həpo kefində olsun deyə biz hər şeyə rəğmən susaqmı??????
Susaq ki qoy deməsinlər kürdlərin öz aralarında problemləri var??? Susaq ki
nəzərdə tutulan Azərbaycan Kürdləri haqqında sənədli filmə ayrılacaq vəsait də
mədəniyyətimizin inkişafına ayrılan vəsait kimi qeybə çəkilsin??? Susaq ki bu
“kürd fədailəri” Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo bizi erməni
işğalından törənmiş asmilyasiyadan da qat- qat sürətlə asmilə etsin?
SUSAQMI SİZCƏ?
İctimailəşdirməyək bu məsələləri ki Fəxrəddine Müzəffər və
onun himayədarı Əhməde Həpo müxtəlif rəsmi dövlət qrumlarının adından sui
istifadə edib bizi hədələməkdə, təhdid etməkdə davammı etsin???? Susaq cəkilək
bir kənara ki, Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo bizi
şərliyərək oyuna salmasınmı,öz başımızı qoruyaqmı??? Özümüzün xatirinə milli
mənliyimizi unudub gerimi cəkilək?
Məgər biz hərci-mərcilik ,öz başınalığın
hakim olduğu bir dövlətdə yaşayırıqmı?
Deyəsən Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpo
Ermənistanla Azərbaycanı səhv salıb.
Biz heç kimə deyil, qanunlarımıza, qanunlarımızın
bizə verdiyi haqlara söykənərək bir dirənişə başladıq. Bizi hər kəsdən və hər
zaman qoruyan qanunlarımız və qanunlarımızın qarantı olan Prezidentimiz var.
Fəxrəddine Müzəffər və onun himayədarı Əhməde Həpoya xatırlatmaq istəyirəm
ki,unutmayın Azərbaycanda ŞAH QANUN DEYİL,QANUN ŞAHDI.Sizin güvəndiyiniz 5-3
şahcığaz varsa,bizim güvəndiyimiz Azərbaycan Respublikasının qanunlar külliyyatı
var!!!! Kürd Gəncliyi ayaqda və bu yolun sonuna qədər gedəcəyik sonuc nə olursa
olsun! Şəxs olaraq bildirirəm ki, ay Fəxrəddine Müzəffər və onun himayədarı
Əhməde Həpo məni fiziki cəhətdən məhv etmək mümkündü amma qəlbimdəki canımdakı
KÜRD RUHUN, KÜRD VARLIÄžIN əsla məhv edə bilməzsiniz! Nə qədər ki bu ruhum var
mən sizin kimi “kürd fədailəri” ilə mübarizəmə davam deyəcəm!
Mən Olmadan Öncəki
Mənəm!