Keçmiş siyasi məhbus və hüquq müdafiəçisi Vidadi İsgəndərli bizimyol.info-ya müsahibəsində qarşıdaki seçkilər, müxalifət, iqtidar, Milli Şuranın vahid namizədi ilə bağlı maraqlı açıqlamalar verib.
- Mənim cəmiyyətə demək istədiklərim var. Ancaq insanlarda ruh düşkünlüyü yaratmamaq üçün çox şeyi hələ danışmıram.
- Seçkidən sonra geniş açıqlamalar verəcəm. Mən indi danışsam, özünü böyük lider sayanlar seçkidən snra uğursuzluğun günahını mənim üstümə atarlar. Mənim haqqımda siyasətçilər , o cümlədən, hörmət etdiyim Musavat başqanı İsa Qəmbər və başqa siyasətçilərr, azadlıqsevər mübariz insanlar çox xoş sözlər deyiblər. Mən zindanda olanda müxalifət qəzetlərində haqqımda çox müsbət məqalələr getmişdi. “Zindanı Azadlıq meydanına çevirən adam” adlandırmışdılar. Amma Milli Şuraya üzv olmağıma maneələr yaradıldı...
- Əli Kərimli və Eldar Namazov.
- Milli maraqlara zidd siyasətə qarşıyam. Onlar isə səhv yol tutmuşdular. Müxalifət liderləri Rusiyanın Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirəcəyini düşünürdülər, ancaq səhv etdilər. Hakimiyyət perspektivinin Moskvadan gəəcəyini və real olduğunu zənn edib illərlə getdikləri yoldan imtina etdilər və milli maraqlara zidd mövqe ortaya qoydular. Tez-tələsik yarısı siyasi tullantılardan, 1993-cü ildə milli hakimiyyəti devirənlərdən ibarət komanda yaradıdı.
- Onların səhvi Rusiyanın öz maraqlarına görə öz layihəsindən imtina edəcəyini əvvəlcədən görməmələri idi. Bir də Milli Şurada üstünüyün partiya nümayəndələrinə verilməsi səhv idi, bunun nəticəsində xalqla təmas qurmaq mümkün olmadı. Buna görə də Milli Şuranın mitinqlərinə gələnlərin əksəriyyəti qurumdakı partiyaların üzvləridir. Mənim orda olmamağıma Əli Kərimli ilə münaqişəm səbəb oldu. Onlar artıq özlərini hakimiyyətdə hiss etmişdilər. Əli Kərimlinin sözçülərindən biri “Yeni Müsavat” qəzetinə müsahibəsində demişdi ki, Vidadi İsgəndərliyə həbsxanada iynə vurub psixoloji durumunu gərginləşdiriblər, biz hakimiyyətə gələndə o adamları cəzalandıracağıq. Ancaq xəyalları çin olmadı, Rusiya öz proyektindən imtina etdi.
- İsa Qəmbər gödü, amma Eldar Namazov, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev. Əli Kərimli görmədi. İsa bəyin də onlara gücü çatmadı. O adamlar İsa Qəmbərin vahid namizəd olmasına imkan vermədilər. İsa Qəmbr namizəd olsaydı, nəyəsə hələ ümid etmək olardı. İndi elə vəziyyət yaranıb ki, Lalə Şövkət və Rəsul Quliyev özləri də, İslam Partiyası və başqa qüvvələr də Milli Şuranın işində iştirak etmirlər.
- Əli Kərimli özü Ali Məclisi sessiyasında demişdi ki, seçki mühiti və seçki komissiyalarının tərkibi dəyişməsə, qələbə çalmaq mümkün olmayacaq.
- Bəli. Amma bunlar özləri deyirlər ki, 1993-cü ldən bəri bütün seçkilər saxtalaşdırılıb. 2000-ci və 2005-ci illərdə də hakimiyyətin nəzarətində olan komissiyalar vardl və məhz o komissiyalardan mandat alaraq gedib Milli Məclisdə oturdular. İndi isə komissiyaların tərkibinin dəyişmədiyini, seçki mühitinin də əvvəlkindən fərqlənmədiyini bilə-bilə insanları, xüsusilə də gəncləri nəticəsi bəri başdan məğlubiyyət olan döyüşə göndərirlər. Müxalifətçiliyi də inhisara alıblar, yeni qüvvələrə meydan vermək istəmirlər. Siyasi dələduzluqla məşğul olanlar var.
- Prezident seçkisindən sonra Sizcə vəziyyət necə olacaq?- Bəzi siyasətçilər seçkidən sonra 10 il evlərindən bayıra çıxmayacaqlar. Bununla belə iqtidar islahatlara getməlidir, yoxsa qanlı toqquşma nə zamansa qaçılmaz olacaq.
Moderator.az