Bu axşam Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarında görüşlər baş tutacaq.
E qrupunda "Şalke" səfərdə "Bazel"in, "Çelsi" isə "Styaua"nın qonağı olacaq. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşəcəklər. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edəcək.
G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gələcək. H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşacaq. Digər matçda "Ayaks" isə doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, II turun qalan 8 görüşü sabah axşam keçiriləcək.
1 oktyabr
Çempionlar Liqasının qrup mərhələsi, II tur
E qrupu
23:45. "Bazel" (İsveçrə) - "Şalke" (Almaniya)
23:45. "Styaua" (Rumıniya) - "Çelsi" (İngiltərə)
F qrupu
23:45. "Arsenal" (İngiltərə) - "Napoli" (İtaliya)
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Marsel" (Fransa)
G qrupu
21:00. "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya)
23:45. "Porto" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)
H qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)
23:45. "Ayaks" (Hollandiya) - "Milan" (İtaliya)