Bu məqsədlə Qaradağ rayon Qadınlar Şurası geniş yığıncağı keçirilib. Görüşdə YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova giriş sözü ilə çıxış edərək ölkəmizin həyatında çox mühüm əhəmiyyətə malik prezident seçkilərinin cəmiyyətin birbaşa iradəsi və arzuları ilə bağlı olduğunu söylədi. Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətçiliyinin bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev rəhbərliyi altında dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrildiyini söylədi. "Sözsüz ki açıq cəmiyyətin və demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə qadın faktoru aparıcı mövqeyə sahibdir. Bu gün ölkəmizin ictimai-siyasi fəaliyətində qadınların rolu olduqca böyükdür. Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlə səfiri, millət vəkili Mehriban xanım Əliyevanın timsalında tam əminliklə deyə bilərik ki, Azərbaycan qadını öz layiq olduğu səviyyəyə yüksəlib. Milli mənəvi dəyərlərimizi dünyada ən layiqli formada tərənnüm edən Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək amallara xidmət etməklə yanaşı onun vacib missiyalarda tuta biləcəyi rolun əhəmiyyətini də ortaya qoymuş olub. Təbii ki, Azərbaycanımız inkişaf edir və bu inkişaf prezidentimiz İlham Əliyevin rəhbərliyi altında reallaşır. T.İsmayılova Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında böyük bir gələcəyin gözlədiyini də qardağlı qadınların diqqətinə çatdırıb.Qaradağ qadınların adından danışan şəhid anası Pakizə Abbasova Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təlatümlərin, qovğaların qarşısını aldığını, Azərbaycanı sakit və təhlükəsiz bir ölkəyə çevrildiyini, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında isə dövlətimizin dünyada ən qabaqcıl səviyyəyə yüksəldiyini vurğuladı. Bildirdi ki, qaradağlı qadınlar həmişə dövlətinə və dövlətçiliyinə dayaq olub bu seçkilərdə də biz İlham Əliyevə dəstək olmaqla bunu bir daha sübüt etmiş olacayıq.
YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında qaradağlı qadınları salamlayaraq onların ictimai siyasi proseslərdə həmişə böyük aktivlik nümayiş etdirdiyini xüsusilə vurğuladı. Ölkəmizin son 10 ildə inkişaf parametrlərinə toxunan A.Hüseynov qeyd etdi ki, bütövlükdə Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevi XXI əsrin Lideri kimi qəbul edir. Ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da İlham Əliyevə tükənməz sevginin olduğunu söyləyən təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirdi. A.Hüseynov qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli Lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, öz praqmatik siyasəti ilə xalqın tükənməz sevgisini qazanmış İlham Əliyevin bütövlükdə Azərbaycan cəmiyyətinin dəstəyi ilə əhatə oluncağına əminliyini ifadə edib. Təşkilat sədri ölkəmizdə qadın siyasətinin və qadınların cəmiyyətimizin aparıcı mövqeyə yüksəlməsindən bəhs etdi. Qeyd etdi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həuyata keçirdiyi misilsiz işlər Azərbaycan qadının ən yüksək amallar naminə fədarkarlığının bariz nümunəsidir. Ölkəmizin ictimai-siyasi proseslərdində qadınların rolundan danışan A.Hüseynov qadınların hər zaman ölkə həyatı üçün vacib olan məsələlərdə aktiv mövqe sərgilədiyini vurğuladı. Qaradağ rayonunu təmsil edən qadınlarında hər zaman öz ölkəsinin həyatında əhəmiyyət kəsb edən məsələlərdə birmənalı mövqe sərgiləyərək dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirdiyini bildirən A.Hüseynov Azərbaycan qadının hər zaman haqqa ədalətə dəstək olduğunu qarşıdan gələn prezident seçkilərində də İlham Əliyevə bir daha səs verməklə nümayiş etdirəcəklərini vurğuladı
Yığıncağın yekununda Qaradağ rayon Qadınlar Şurasının adından bəyanat qəbul edildi.