\"Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir?\"
Oxunub: 1461
23 Sep 2020 | 21:27
\
Yüksək Səviyyəli İclasdakı yüksək səviyyəli çıxış 

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında da həmişə olduğu kimi bəşəri və milli mövqeni universal şəkildə uzlaşdıraraq, örnək bir çıxış etdi. Bəşəri və milli mövqenin uzlaşdırılması dedikdə, məmnuniyyətlə vurğulaya bilərik ki, dövlətimizin, xalqımızın maraqları həmişə humanizm, birgəyaşayış, beynəlxalq hüquq normaların hörmət ruhunda olub. Azərbaycan paytaxtı Bakı, ən azı son iki onillik ərzində sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanına çevrilib – bu mənada dünya paytaxtı halına gəlib, deyə bilərik. Əlbəttə, bu mənəvi status, tarixi köklərə əsaslanır. Bakının, ümumən Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq mövzusunda örnək sayılmalı böyük ənənələri var. 
Bəlli olduğu kimi, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiya tipləri daha çox diqqət çəkib və daha çox yayğınlaşıb. Biz Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq, özünəxas mədəni irsə malikik. Biz zaman-zaman yeni sivilizasiya dalğaları ilə “görüş”sək də, heç vaxt bir öncəki elmi başarıların, dini, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmişik – əksinə, onları qoruyub saxlamış, inkişaf etdirmiş və yeni intibah üçün gücümüzün yetdiyi qədər zəmin yaratmışıq. İşə baxın ki, bizim torpaq-larımıza göz dikən, Qarabağda “ikinci erməni dövləti “yaratmağa çalışanlar məhz bizim qonaqpərvərliyimiz, tolerantlığımız, xeyirxahlığımız sayəsində tarixin sərt döngələrində it-bat olmaqdan qurtulub, bizim hesabımıza “dövlət” olub, bizim hesabımıza ayaqda dura biliblər... Ermənistanın işğalçılıq siyasəti nəinki yalnız Azərbaycana ziyan vurur – bu xeyirhaxlığın cəzasız qalmadığı kimi mənfi bir presedent yaradır – daha hansısa xalq, ölkə bizim ermənilərə etdiyimiz tarixi yaxşılıqları etməkdən, qonaqpərvərlik göstərməkdən çəkinməkdə haqlı olacaq...

Biz xalq, dövlət, mədəniyyət və ölkə miqyasında heç vaxt, müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə (onların hüquqlarına, mədəniyyətinə) qarşı çıxmamışıq.

Tam tərsinə, özümüz zaman-zaman belə münasibətsizliklərdən itkilərə məruz qalmışıq. Nəinki uzaq keçmişlərdə, XX yüzilin sonları, XXI yüzilin əvvəllərində, elə günümüzdə də anti-bəşəri, qeyri-humanist davranışlarla üz-üzə qalmaqdayıq... Məhz həmin BMT-nin üzvü olan Ermənistanın BMT üzvü olan Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən 4 BMT Qətnaməsi bugünədək icra edilməyib... Və bu ilin iyulundan başlayan, BMT Baş katibinin xüsusi narahatlıq ifadə etdiyi sərhəd toqquşması (Ermənistanın növbəti hücum cəhdi) özlüyündə “həll edilməmiş münaqişə”lərin, “elanolunmamış müharibə”lərin, faşizmin, nasizmin, təcavüzkarlığın daşıyıcısı olan Ermənistanın regional və bəşəri təhdid olduğunu açıq-aydın göstərməkdədir. Qlobal pandemiya fonunda baş verən olaylar, özəlliklə düşündürücüdür. Ona görə də, Azərbaycan Prezidentinin BMT-nin yubiley tədbirində çıxışı, o çıxışda qaldırılan məsələlər, dəqiq qiymətləndirmələr və çağırışlar yalnız bizi Azərbaycan vətəndaşları üçün deyil, düşünən hər kəs üçün – tərəqqipərvər insanlar üçün önəm ərz edir.
Beləliklə, gələk BMT-nin 75 illik yubileyi ilə bağlı Yüksək Səviyyəli İclasına. Fikirlərimizi cənab Prezidentin fikirləri, çağırışları və onlardan irəli gələn məsələlər əsasında bildirməyə çalışaq.
BMT-nin gücləndirilməsinə və islahata ehtiyac var.

Azərbaycan 75 yaşlı BMT-dən məhz yaşına, statusuna, mandat-missiyasına və tərəqqipərvər bəşəriyyətin ehtiyaclarına uyğun müdrik və qətiyyətli qərarlar gözləyir. Burada qətiyyət sözünü, Anadolulu qardaşlarımız demiş, altını cızaraq söyləmiş olaq – 822, 853, 874, 884 saylı Qətnamələri yada salsaq, qətiyyətin nə qədər önəmli olduğunu daha aydın görərik.

Gəlin bu Qətnaəmlər haqqında qısaca da olsaq, xatırlatma edək: 

822 saylı Qətnamə - 30 aprel 1993-cü ildə qəbul edilmiş Qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaq-larından geri çəkilməsini tələb edirdi. 
853 saylı Qətnamə - 29 iyul 1993-cü ildə qəbul edilmiş Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. 
874 saylı Qətnamə - 14 oktyabr 1993-cü ildə qəbul edilmiş Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr 1993) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin öncəki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı. 
884 saylı Qətnamə - 12 noyabr 1993-cü ildə qəbul edilmiş Qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə sonuclanan atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə öncə qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi. 
BMT-nin gücləndirilməsi və çağdaşlaşdırılması, o cümlədən Baş Assambleyanın canlandırılması, beynəlxalq barışa, təhlükəsizliyə töhfə vermək sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və ədalətli təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir. İslahatlar BMT-nin qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsinə də gətirib çıxarmalıdır.  Bu, Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin çağırışıdır. 

Azərbaycan adından nə deyirik?

Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra – 02 mart 1992-ci ildə BMT-yə üzv olub. Azərbaycan, Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları müstəqilliyi ən yüksək dəyər olaraq qəbul edir. 30 ilə yaxın müstəqilliyi dövründə Azərbaycan Respublikası müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olub ki, bu nailiyyətlərin içində dünya birliyinin etibarlı üzvü olaraq beynəlxalq humanitar dəstək, xeyirxahlıq, qlobal təhdidlərə qarşı təşəbbüskarlıq və məsuliyyət özünəməxsus yer tutur.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından danışır Azərbaycan...

Bəlli olduğu kimi, respublikamız 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının üzv seçilib. Bu Hərəkat BMT-dən sonra ən böyük beynəlxalq platformadır. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb.
Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara, demək olar, həmişə ehtiyac var; günümüz dünyasında isə bu ehtiyac daha çox hiss olunur. Məhz bu baxımdan Qoşulmama Hərəkatının rolu böyük önəm daşıyır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük önəm verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. 

İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar, işğalçı siyasət(lər), terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm nə zamandır tərəqqipərvər bəşəriyyata təhdid təşkil edir; son illər isə bəlkə daha artıq dərəcədə özünü göstərən bu təhdid, dünyada milyonlarla insana mənfi təsir etməkdədir...
“Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır. BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir”.

Yeri gəlmişkən, BMT-nin 75 illik yubileyini özünün 65 illik yubileyi ilə Qoşulmama Hərəkatı izləyir. Hərəkatın təməl prinsiplərini özündə əks etdirən “Bandunq Bəyan-naməsi”nin qəbul edilməsindən 65 il keçir. Bu 65 il ərzində “Bandunq Prinsipləri” onlara sadiqliyini açıqlayan dövlətləri “soyuq müharibə” dönəmində düzgün istiqamətdə yönləndirib.

Bir daha işağlçılıq haqqında. 

Ərkəsöyün işğalçının adı: Ermənistan BMT Nizamnaməsini qəbul etmiş bütün üzv dövlətlər hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı zor dili ilə danışmaqdan, güclə hədələməkdən güc tətbiqindən çəkinmək öhdəliyi götürüb; ancaq Ermənistan BMT-yə üzv olduqdan sonra da (üzvlükdən öncə olduğu kimi), qəbul etdiyi Nizamnamənin, bayaq da vurğuladığımız kimi, müvafiq qətnamələrin onunçün ciddi önəm daşımadığını sübut edirmişcəsinə davranıb. Öz öhdəliklərini kobud şəkildə pozan Ermənistan Azərbaycana qarşı hərbi güc tətbiq edib – elanolunmamış müharibə aparıb... – “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır”... 
Beynəlxalq hüquqa sayğısızlıq edən Ermənistan daha nə edir? –
İşğalçı Ermənistan, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməkdədir. Ermənistan Azərbaycana məxsus tarixi, dini abidələrə qarşı vandalizm törədib.
Ermənistan qoşunların təmas xətti və ErmənistanAzərbaycan dövlət sərhəddi boyunca mülki əhalini qəsdən hədəf alır, hərbi təxribatlar törədir, qanlı avantüralara imza atır. Cari ilin iyulunda Tovuz rayonunun artilleriya atəşinə məruz qalması sonucunda Azərbaycan hərbçiləri və mülki şəxsimiz həlak edildi, mülki məqsədlər üçün çəkilmiş infrastruktura ciddi zərər vuruldu. – Yəni, Ermənistanın təcavüzkarlığı aralıqsız – zaman, məkan bilmədən davam və (təəssüf ki) inkişaf edir. Əlbəttə, Azərbaycanın özünümüdafiə hüququ var; əlbəttə, Azərbaycanın iqtisadi və hərbi gücü var; ancaq təəssüflər ki, dünya birliyi bir çox halalrda işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyni tutur... 
Bütün şərtlərə, şərtsizliklərə baxmayaraq, Azərbaycan birmənalı şəkildə bildirir ki, respublikanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz! Bu bizim qırmızı xəttimizdir! 

Və nəhayət! Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın demokrat libaslı, ancaq işğalçı zehniyyətli Baş naziri, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış “könüllü dəstələri”nin yaradıldığını elan edib. Bu, sülhə, beynəlxalq hüquq normalarına münasibətdə özünün əliqanlı diktator sələflərindən fərqlənməyən Ermənistan rəhbərliyinin, yeni təcavüzkar niyyətini açıq şəkildə büruzə verir. İşğalçı ölkənin müdafiə naziri Tonoyan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” açıqlamaları ilə hədələyir; erməni rəsmiləri tez-tez Mingəçevir su anbarını, bir az da irəli gedərək, hətta Bakını, neft yataqlarını vurmaqdan danışır. İşğalçı ölkə beynəlxalq neft, qaz və dəmir yolu xətlərini hədəf aldıqlarını bu ilin iyulunda Tovuza hücumla bir daha nümayiş etdirmiş oldu. 

Ermənistan Beynəlxalq Sülh Günündə belə silahı yerə qoymadı və yenə Tovuz istiqamətində kövrək atəşkəsi pozdu və bir hərbçimiz şəhid oldu, bir həbrçimiz yaralandı.

Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir? Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR