Millət vəkili Adil Əliyevə AMEA-nın hücumlarının gizli tərəfi
Oxunub: 1745
23 Sep 2020 | 14:57
Millət vəkili Adil Əliyevə AMEA-nın hücumlarının gizli tərəfi
Elə bilməyin ki, bu yazımızdan millət vəkili Adil Əliyevin xəbəri var? Biz ona görə bu yazını qələmə aldıq ki, AMEA-nın elmi işçiləri gözlərini daha geniş açsınlar. 
 
Bu il sentyabr ayının 2-də millət vəkili və Milli Məclisin sədr müavini Adil Əliyev Azərbaycan ictimai fikrinin “üz qarası” Ramiz Mehdiyevi sərt şəkildə tənqid edərək, son zamanlar ölkədə baş vermiş bir sıra mətləblərə aydınlıq gətirməyə çalışıbdır. 
 
O həqiqətləri ki, Ramiz Mehdiyev prezidentin icra aparatının rəhbəri olduğu vaxtlar deputat mandatlarının şəxsən onun rəhbərliyi altında satılması və digər problemlər qabardılıbdır. Ramiz Mehdiyev və yaxın çevrəsi Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi general-leytenant Məhərrəm Əliyevin işdən çıxarılmasında onun birbaşa əlinin olduğu da ortaya çıxıb. Adil Əliyevin açıqlamasından sonra, Ramiz Mehdiyev və onun köhnə dillə desək “zurnaçıları”, indiki deyimlə “trollar”ı hərəkətə keçiblər. Bəs bu problemin arxasında nələr dayanır? Nə üçün bu savaş AMEA prezidenti və Milli Məclis sədrinin müavini arasında bu qədər alovlanıbdır? 
 
“Stalinizm” ölməyib “Beşinci Kolon”nun simasında davam edir
 
Ramiz Mehdiyev hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan və Milli Məclisin sədr müavini Adil Əliyevin cəsarətlə verdiyi açıqlamalara özünün söz deməyə üzü olmadığı üçün, yandaşlarını, yəni trolları hərəkətə keçib. Beləliklə AMEA-da YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanovanın 21 sentyabr 2020-ci ildə yaydığı sərt ittiham gündəmə gətirilib. Halbuki, qanunla dövlət idarələrində siyasi partiyaların özəklərinin yaradılması yasaqdır. AMEA-nın  keçmiş sovet-partiya nomenklaturası üslubu ilə fəaliyyət göstərməsi bu qurumun ən böyük qüsurlarından biridir. YAP-ın adından ərazi təşkilatının bəyanat verilməsi partiyanın daxili nizamnaməsinə qarşıdır. Ali dövlət vəzifəsi daşıyan birisi ilə bağlı atılacaq hər bir addım rayon təşkilatının rəhbərliyi ilə razılaşdırılmalıdır. YAP-ın nizamnaməsini pozan isə baxın görün kimdir? AMEA-nın ərazi təşkilatı. Bəs AMEA prezidentinin icazə olmadan ərazi təşkilatı belə bir addım ata bilərdimi? Əsla yox!

 
Deməli “sifariş” birbaşa Ramiz Mehdiyevdən gəlib. Bütün bunlar azmış kimi, hələ də mərhum dövlət başçısı Heydər Əliyevin və prezident İlham Əliyevin kölgəsində, bəli məhz kölgəsində gizlənərək, Ramiz Mehdiyevin sərt şəkildə tənqid olunmasını həm də AMEA-nın təhqir olunması kimi pərdələməyə çalışlıb. Guya bundan AMEA-nın elmi işçiləri dərindən narahatdırlar. Guya AMEA-nın elmi işçiləri fədakarcasına elmə və dövlət xidmət edirlər. 
 
Sizlərə bir faktı xatırladım. Sovetlər Birliyi dağılmamışdan öncə mərhum akademik, görkəmli alim Əziz Mirəhmədov Yazıçılar Birliyində, sonra o dövrdə çıxan “Ədəbiyyat və İncəsənət” qəzetində “Etiraf” adlı silsilə məqalələrlə çıxış etdi. Akademik məcbur olaraq, Azərbaycan xalqına qarşı necə işlədiyinin etiraflarla dolu mənzərəsini yaratdı. O dövrdə AMEA-nın elmi tədqiqat institutlarında toplam 33 min nəfər alim çalışırdı. Onlardan kimsə Əziz Mirəhmədov qədər özündə cəsarət tapıb, Moskvanın zorbalığı və təzyiqləri ilə Azərbaycana qarşı necə işlədiklərini etiraf etmədi. Ona görə də AMEA bütün dövrlərdə miskin durumu yaşamaq zorunda qalıbdır. Çünki, binanın içindən “stalnizm”in dəhşət saçan repressiya illərinin qorxusu hələ də gəlməkdə davam edir. Çünki, alimlərin çoxu o dövrün zehniyyətindən qurtulmayıblar. İnstitut direktorları, AMEA-nın rəyasət heyəti və akademiklər ömürlərinin sonuna kimi tutduqları vəzifədə qalmaq uğrunda döyüşürlər. Elmin gəncləşməsinə buna görə ciddi-cəhdlə mane olurlar. Unutmayın ki, diktator Stalin kabinetində öldü. Səfehliyi ilə ad çıxarmış Nikita Xruşşov kabinetindən qovulmuşdu. Durğunluq və ətalət erasının banisi Leonid Brejnev də kabinetində canını tapşırdı. Onun mənəvi varisləri Yuriy Andropov və Konstantin Çernenko da kabinetdə həyatla vidalaşdılar. Bu faktlar sübut edir ki, 83 yaşlı Ramiz Mehdiyev hələ də kabinetdən əl çəkmək fikrində deyil. Nə olursa olsun, təki kabineti olsun və əmr versin. Siyasi intriqalarla oynasın. Buna siyasi leksikonda “stalinizm”, ictimai-sosioloji baxımdan “Beşinci Kolon” təfəkkürü deyilir. 

 
Millət vəkili Adil Əliyev nədən AMEA-nı suçladı?
 
40 ilə yaxındır ki, AMEA-nın humanitar sahələr üzrə bütün elmi insitutlarını yaxından tanıyıram. Bu institutların heç biri Azərbaycan elminin inkişafında maraqlı olmayıblar. Biz 200 ildir erməni problem ilə üz-üzə dayanmışıq. Tarixi ərazilərimizin uzupatorluğu adına indiyə kimi heç bir ciddi və sanballı elmi iş ortaya qoymamışıq. Ona görə də, ermənilər Rusiyanın, eləcə də Avropa və Ərəb Dünyasının vasitəsilə istədiyi oyunları çox asanlıqla oynaya bilirlər. Buna örnək kimi onu göstərə bilərəm ki, Azərbaycanda qədim ölü dilləri bilən bir nəfər də olsun alim yoxdur. Qədim dilləri və mədəniyyətləri bilmədən Qafqaz ərazisindəki tarixi-ictimai prosesləri ortaya qoymaq çox çətindir. Bizdən fərqli olaraq, Gürcüstan və Ermənistanda bu sahədə xeyli mütəxəssislər var. Dilçilik İnstitutuna uzun illər bu sahənin flaqmanı Məmmədağa Şirəliyev, Ağamusa Axundov və Tofiq Hacıyev kimi sanballı dilçilərdən sonra, indi həmin instituta ortabab səviyyədə fars dili mütəxəssi kimi tanınan Möhsün Nağısoylu direktor təyin olunub. Kimin dəstəyi ilə? Əlbəttə Ramiz Mehdiyevin. Tarix İnstitutu demək olar ki, orta əsrlər üzrə ixtisaslaşıb. Qafqaz və Azərbaycanın qədim tarixi üzrə cəmi bir elmi işçi olub. O da Ramiz Mehdiyevin sevimlisi Fəridə Məmmədova. Onun “Qafqaz Albaniyası” elmi tədqiqatlarının məntiqi budur ki, Azərbaycan qədim çağlardan bu gün ermənilərin iddia etdiyi kimi “Ləzgistan”, “Şirvan Tat”, “Avarstan” və Xəzərətrafı bölgələrin isə, “Talışıstan” olması faktorudur. Ramiz Mehdiyev və tərəfdarlarının məntiqinə görə, Azərbaycanda türk etnosu ilkin orta əsrlərdə Orta Asiyadan köçərək Gəncəbasar, Naxçıvan, Qazax, Mil və Muğanda məskunlaşmış “yarımköçərilər”, bizlərik. Halbuki, keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda milli azlıqlar adına rutul, saxur, avar, ingiloy, haput, lahıc, tat, ləzgi, didoy, aqul, buduq, talış, kürd, udi, əlik, qrız, xınalıq, yergüc, çek və digər xalqlar yaşamaqda davam edirlər. Tarixi keçmişimizdə olduğu kimi elə indi də həmin xalqların assimliasiyaya məruz qalmasına görə Azərbaycan Türkləri heç bir niyyət güdməyiblər. Azərbaycan torpaqlarında bütün xalqların keçmişdə olduğu kimi, bu gün də yaşamaq haqqı vardır. Bu tarix hamımızın ortaq dəyəridir. Tarix İnstitutunun heç bir alimi bu günə qədər qədim dövrlərimizi, özəlliklə də dövlət olma düzənimizin genalogiyasını ortaya qoymayıb. Millət vəkili Adil Əliyev AMEA-nı yumşaq dillə də olsa, tənqid edəndə bu faktları nəzərdə tutubdur. 
 

Milli fəlsəfə yoxdursa, dövlət də yox kimidir
 
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu tarixdə 18 qüdrətli imperiya və 35 möhtəşəm dövlət qurmuş biz türklərin fəlsəfi fikir tariximizi, dövlətləşmənin hüququnu ortaya qoyan elmi iş təqdim etməyib. Bunun suçu Ramiz Mehdiyevdədir. Çünki, onun ən çox qorxduğu sahə fəlsəfədir. Bu institut sadəcə tərcümə işi ilə və ya bizə təlqin edilən fəlsəfi mənbələri təqdim etməklə məşğul olub. Millət vəkili Adil Əliyevin Ramiz Mehdiyevi sərt şəkildə tənqid etməsinin səbəblərindən biri də budur. Əslində bizim milli dövlət olmaq düşüncəmizi elmi konsepsiyalar adı altında zorlayan elmin bizə nə faydası deyə, millət vəkili həyəcan təbili çalmışdır.  
 
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutununun direktoru Maisə Rəhimovadır. O, çox gözəl insan və tabeçiliyində olan alimlərin daim dayığısına qalmağı bacaran  xanım əfəndi olsa da, rəhbərlik etdiyi sahənin sanballı mütəxəssislərindən sayılmır. Ona görə də, Azərbaycan və Qafqaz ərazisindəki arxeoloji abidələrin və eləcə də etnoqrafik düzən məsələsində türk faktorunun aparıcı ünsür olmasını qabartmaqda çətinlik çəkir. Demək olar ki, ortaq türk etnoqrafiyası və arxeologiyasının sistemləri bu institutda tamamilə yasaq edilib. Çünki, Ramiz Mehdiyev belə istəyib. Moskvanın irəli sürdüyü “elmi konsepsiya” anlayışı AMEA-nın fəaliyyətinin bir parçası olmalıdır. 
 
Millət vəkili Adil Əliyevin AMEA ilə bağlı tənqidi fikirlərinin arxasında bu konsept durur. Onun anadan olduğu Sədərək rayonunun Makka kəndində eneolit dövründən bu günümüzə qədər mövcud olan arxeolloji və maddi-mədəni abidələrin türk etnosu təfəkkürünə söykəndiyini AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda etiraf edən yoxdur. 

 
Dahi Nizami Gəncəvini “kürd”ləşdirənə akademik statusu niyə verilib?
 
Ədəbiyyat İnstitutu fəaliyyəti faktiki olaraq, keçmiş Sovetlər Birliyi dönəmindən qalma qaydalarla əsasında aparılır. Müasir Azərbaycan ədəbiyyatı və onun ədəbi-tənqidi sistemi faktiki olaraq yox kimidir. Azərbaycan ədəbiyyatının Türk Dünyası ədəbi mirası olması konsepsiyası bu instituta sanki yaddır. Ədəbiyyat Muzeyi isə, faktiki olaraq, ifrat “şirvançılıq” siyasəti yürüdən, hətta ermənilərin dəyirmanına su tökən Rafael Hüseynov adlı sadavsıza həvalə edilibdir. O, utanmadan Türk Dünyasının dahi şairi, filosofu və bəşəri mənada fikir babası Nizami Gəncəvinin kürd mənşəli olduğunu iddia edir. Hətta bu barədə kitab nəşr edib. Bütün bunlar bir daha onu göstərir ki, Ramiz Mehdiyevin “kurasiyası”nda olan kadrlar Azərbaycanı və türklüyümüzü inkar doktrinası ilə fəaliyyət göstərir. Bütün bunları nəzərə almaqla   millət vəkili Adil Əliyev AMEA-ya qarşı sərt mövqe nümayiş etdirirsə, deməli əlində yetərincə tutalqası var. 
 
Şərqdən uzaq elmi mərkəz
 
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə bağlı biz 1992-ci ildə mətbuatda çıxış edərək qeyd etmişdik ki, bu institutun statusu dəyişməlidir. Yəni şərq ölkələrində mövcud coğrafi siyasət, dinlər, təriqətlər, məzhəblər, əşirət düşüncəli sistemlər, iqtisadi və digər sahələr dərindən araşdırılmalıdır. Çünki, Azərbaycan dövlətinə təhlükə olan bir sıra ideyalar məhz Şərq dövlətlərindən transfer olunur. İndiyə kimi bu məsələlərin heç biri institut tərəfindən qabardılmayıb. Azərbaycanda dini radikalizmin alovlanması məhz bu səbəblərdən yaranıb. Dövlətin ali qanunu Anayasamızın dəyişdirilməsi və şəriət qanunları ilə idarə olunan banan ölkəyə çevrilmənin təməlini şərt olaraq görən bu güclər vaxtında ifşa olunmalı idi. AMEA isə, hər zaman olduğu kimi susmaqla bu məsələlərdə tərəfsizlik nümayiş etidirbdir. Millət vəkili Adil Əliyev AMEA-ilə bağlı ciddi narazılığını bildirəndə bu faktları göz önünə almışdır. 
 
Neft-qaz gəlirlərindən daha çox fayda verə biləcək intellekt
 
Humanitar və texniki fənləri özündə birləşdirən elmi tədqiqat institutlarının qarşısında bir vəzifə olmalıdır: Azərbaycan dövlətinin inkişafına xidmət göstərmək. Texniki fənlərlə bağlı İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri,   Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, İnformasiya Texnologiyaları,  Biofizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Neft və Qaz, Coğrafiya, Geologiya və Geofizika, Respublika Seysmoloji Xidmət Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya, Dendrologiya, Torpaqşünaslıq və Aqrokimya və Genetik Ehtiyatları kimi ciddi, sanballı elmi tədqiqatlar institutları Azərbaycana neft və qazdan daha çox, özü də hər il milyardlarla dollar gəlir verə bilərlər. Çünki, ölkəmizdə yetərincə intellektual baza mövcuddur. Mərhum prezident Heydər Əliyev və prezident İlham Əliyev hər zaman intellektual və elmi konsepsiyalara çox ciddi dəyər veriblər. Çünki, əqli kapital ən böyük gəlir mənbəyi deməkdir. 
 
Küncdə-bucaqda tökülən göz yaşları


Prezident İlham Əliyev AMEA-nın əsaslı təmirdən sonra açılış mərasimində çıxış edərkən alimlər üçün daha nələrin edilməsi təklifi ilə çıxış edərkən AMEA-nın mərhum prezidenti Mahmud Kərimov hamının gözü qarsısında bildirmişdi ki, elm sahəsində çalışan alimlərin maaşları fəhlənin orta aylıq gəlirindən də aşağıdır. Elmin inkişafı naminə alimlərin maaşlar azından 2-3 dəfə artırılmalıdır. O, bu məqsədlə hazırladığı konsepsiyanı prezidentə təqdim etmişdi. Ancaq, Prezident Aparatında o zamanlar at oynadan Fatma Abdullazadə və Ramiz Mehdiyevin təklifi ilə maaşlar 20 faiz artırıldı və alimlərin mövcud problemləri beləcə neçə illərdir həllini tapmır. O zaman onminlərlə alimin prezident İlham Əliyevə olan güvəni tamamilə sarsılmışdı. Biz özümüz canlı şahidik ki, AMEA-nın alimləri qorxa-qorxa və pıçıltı ilə Ramiz Mehdiyev və Fatma Abdullazadəyə ağla gəlməyən söyüşlərlə qarğış edirdilər. Hətta gizli-gizli göz yaşları tökərək taleyin onlara verdiyi bu acınacaqlı həyatı söyürdülər. 
 
Millət vəkili Adil Əliyev alimlərin durumunu bildiyi üçün AMEA-nın rəhbərliyini tənqid etmişdir.     
 
Gülüm olanın külü 
 
Bu gün YAP-ın AMEA-dakı ərazi üzrə təşkilatı bəyanat verərək bildirir ki, millət vəkili Adil Əliyev alimlərin acınacaqlı durumu ilə niyə maraqlanmır? Alimlərin problemlərini niyə qabartmır? Başqa ittihamlarla bu dəyərli insanı suçlamaqdan belə çəkinmirlər. Utanıb çəkimədən millət vəkilini “məsuliyyətsiz” və “populist” fikirlər söylədiyini elan ediblər. Əslində Ramiz Mehdiyevin əlaltıları olan bir qrup YAP-ın adından alver edərək, alimlər haqqında millət vəkilini “keçmişi”ni unutmağı hansı əsaslarla tövsiyə etdiklərini isə qapalı saxlayıblar. Halbuki, Adil Əliyevin və onun təmsil olunduğu ailəni Azərbaycanda hər kəs yaxşı tanıyır. Onun böyük qardaşı Məhərrəm Əliyev ilk dəfə olaraq, paytaxt Bakını kriminallaşmadan təmizləyib. Polisin şərəfinin yüksəldilməsi siyasətini ortaya qoyub. Adil Əliyev Azərbaycanın tarixində ilk dəfə olaraq, idman sahəsində kriminalaşmanın qarşısını almış və onları Azərbaycanı bir dövlət kimi sevməyə, ona sadiq olmağa yönəldən federasiya rəhbəri kimi tanınır. Artıq belə bir yanaşma ölkəmizdə 40-a yaxın idman federasiyaları üçün böyük bir örnəyə çevrilib. 
 
Nərimanov rayonu ərazisində onun millət vəkili kimi necə işlədiyinin hər kəs şahiddir. Ona görə də, Milli Məclisə III, IV, V, VI çağırışda əhali ancaq ona səs verməyi vacib sayıblar. 1992-ci ildə Qarabağ və Vətən uğrunda müharibənin alovlandığı dönəmdə yaxın xaricdə yaşadığı komfortlu həyatını və bütün perpektivləri buraxaraq Vətənə dönmüş və indiyə kimi dövlətimizə xidmət edir. İndi hər şeyi görməzlikdən gələn AMEA-nın adından ona cavab yazılması əslində sifarişli bir iş olduğunu hər kəs bilir. “Boz Kardinal” ayaması ilə tanınan Ramiz Mehdiyev yaralı rus ayısı kimi saga-sola baxmadan hamı ilə döyüşdüyünü zənn edir. Onun basına gələnlərə, sərt şəkildə tənqid edənlərə dönüb baxsa daha yaxşı olardı. Buna tarixin yazılmamış ilahi ədalət qanunu deyilir. Hər şey bumenranq kimi özünün qafasında çatlayır. Bircə bunu unutmasın. 

Ənvər Börüsoy
Oxşar xəbərlər
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”