Xəbər verdiyimiz kimi, ölkə başçısı bugünkü çıxışında sovet dönəmində Azərbaycana qarşı ciddi haqsızlıqlar edildiyinə diqqət çəkib. Prezident xüsusilə qeyd edib ki, sovet vaxtı faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərən bir çox azərbaycanlıya qarşı ədalətsiz münasibət sərgilənib, onların təltif edilməsində süni əngəllər yaradılıb.
Bütün bu
amilləri nəzərə alaraq sovet dönəmindəki bir çox məsələlərin, eləcə də azərbaycanlılarınfaşizmə
qarşı mübarizədə iştirakının yenidən araşdırılmasına, yeni tarixi baxışın
ortaya qoyulmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər
Əzimli ölkə başçısının açıqlamasının önəminə diqqət çəkdi:
“Cənab Prezidentin həmin
çıxışına diqqətlə qulaq asmışam. Çox vacib bir məqama toxundu. Mən dəfələrlə
bu barədə münasibət bildirmişəm. Çünki bir tarixçi kimi, vətəndaş kimi İkinci
Dünya müharibəsində Azərbaycana olan ögey münasibəti dərindən izləmişəm. İkinci
Dünya müharibəsində Azərbaycandan vuruşan qəhrəmanlara qarşı ögey münasibəti dərindən
öyrənmişəm. Həmişə düşünmüşəm ki, məsələn, İkinci Dünya müharibəsində Leninqrad
göylərində qəhrəmanlıqlar törədən, dəfələrlə döyüş yoldaşlarını həlak olmaqdan
xilas edən, on yeddi yara alsa da, döyüşdüyü hərbi uçağı sağ-salamat özlərinə məxsus
hava limanına gətirən Hüseynbala Əliyeva nəyə görə “Sovet İttifaqı Qəhrəmanı”
adı verilməyibdir. Onun qəhrəmanlığı o qədər əfsanəvi olub ki, məcbur olub
“Lenin ordeni” veriblər. Belə qəhrəmanlarımız çox olubdur. Onlara qarşı çox ədalətsiz
davranıblar. Məsələn, mənim atam İkinci Dünya müharibəsində iştirak edibdir.
1939-cu ildən döyüşlərdə iştirak etmişdir. Onun sənədlərini araşdıranda ona
qarşı baş verən ədalətsizliyin şahidi oldum. Onun sənədləri arasında özünün
komandirinin məktubu vardı. O məktubda göstərilirdi ki, sizi, yəni atam nəzərdə
tutulurdu, qəhrəmanlığa təqdim etdim, amma söz versələr də, əməl etmədilər.
Atam İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşmüşdü.
Bu gün Cənab Prezidentin
bu məsələdə mövqeyi əsl vətəndaş mövqeyidir. Onu dəstəkləyənlərdən biri də mənəm.
Buna görə də bu məsələ ilə bağlı mütləq hansısa komissiya yaratmaq lazımdır ki,
bu işlərlə məşğul olsun. Onda çox həqiqətlər üzə çıxacaqdır. Bu həm də İkinci
Dünya müharibəsində qəhrəmanlıq göstərib, ancaq qiymətləndirilməyən, dünyasını
dəyişmiş insanlarımızın ruhuna bir sayğı da olardı”.
Seymur ƏLİYEV