Bu gün ordunun yüksək rübəli hərbçiləri ilə görüşən müdafiə naziri Zakir Həsənov düşmənin təxribatlara hazırlaşdığını, bu təxribatların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, aldığı bütün
zərbələrə rəğmən düşmənin təribatlardan əl çəkməməsi nə ilə bağlıdır? Ermənistan
bu təxribatlr üçün gərəkli olan cəsarəti kimdən alır?
Moderator.az-a açıqlama
verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ
ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistanın bu təxribatları
həyata keçirmək üçün kimdən cəsarət aldığı bəllidir. Əgər Ermnistan Rusiyadan cəsarət
almasaydı, o zaman bu təxribatlara cəhd etməzdi. Tovuz hadisələrindən sonra
Rusiyanın Ermənistana tonlarla silah-sursat verməsi, prezident İlham Əliyevin
bununla bağlı Rusiyaya haqlı etirazından sonra Kremlin yenə də işğalçını
silahandırmaqda davam etməsi,”Ermənistan bu cəsarəti kimdən alır” sualına
cavabdır.
Ermənistan Rusiyaya güvənir.
Habelə, düşmən yaxşı bilir ki, Azərbaycan yekun həllə hazırlaşır. Bu yekun həllin
nədən ibarət olduğunu Ermənistan da anlayır. Buna görə də bizim diqqətimizi
yayındırmağa çalışır.
Azərbaycan ordusunun Ermənistana
hücum etmək kimi bir planı yoxdur. Azərbaycanın niyyəti işğaldakı torpaqları azad etməkdir. Buna görə də
Rusiyanın dəstəyindən istifadə edərək bizim diqqətimizi yayındırmağa
çalışırlar.
Təbii ki, Azərbyacan düşmən
təxribatlarına hazır olmalı və buna adekvat cavab verməlidir. Lakin bu təxribatlar
olmasa belə, Azərbaycan işğaldakı torpaqları azad etmək üçün hərbi əməliyyatlar
haqqında düşünməlidir. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Mövcud vəziyyət
bizdən bunu tələb edir”.
Seymur ƏLİYEV