Prezidentliyə namizəd Fərəc Quliyev hazırkı hakimiyyətin yürütdüyü siyasətə qarşı sərt muxalif mövqe nümayiş etdirən bir siyasi liderdir. O, rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının fəaliyyətini tam milli mövqeyə yönləndirərək, real xalq hərəkatına çevirir ki, burada da hazırkı hakimiyyətin bir çox hallarda apardığı anti-sosial və anti-milli siyasətə qarşıdır. F.Quliyev siyasi lider kimi ortaya qoyduğu mövqeni hazırda qatıldığı prezident seçkilərində də platforma şəklində seçicilərinə təqdim edir. Onun qarşı olduğu məsələlərdən biri də, hazırkı hakimiyyətin həyata keçirdiyi neft siyasətidir. O, hesab edir ki, bir tərəfdən Dövlət Neft Fondunun xaricdə saxlanılması və kreditlər şəklində istifadə edilməsi olduqca yalnış bir siyasətdir, digər tərəfdən də neft pullarının əasasən abadlıq-təmir istiqamətində xərclənməsinin arxasında ciddi korrupsiya və mənimsəmə halları dayanır. F.Quliyev Dövlət Neft Fondunun şəffaf olmamasını və yuxarıda qeyd edilən məsələlərlə bağlı etirazını dəfələrlə ən yüksək tribunalardan bəyan etmiş və həmin mövqeyini bu gün də hakimiyyət platformasına daxil etmişdir.
Dövlət Neft Fondundan
xərcləmələrlə bağlı hazırkı hakimiyyətin proqramını daim tənqid edən
prezidentliyə namizəd Fərəc Quliyevə görə, hakimiyyətin bu cür siyasəti neft
pullarının tükənməsini qaçılmaz edə bilər. Qeyd edək ki, Dünya Bankının
ekspertləri də Azərbaycana il ərzində neft pullarından 4.9 milyard səviyyəsində
xərcləmələrə getməsini məsləhət görmüşlər. Azərbaycan hökuməti isə neft
pullarını yalnız büdcə vasitəsi ilə deyil, Neft Fondundan ayırmalar hesabına da
xərcləyir. Bu siyasətə qarşı daim barışmaz mövqe sərgiləyən MDHP sədri bunu gələcək
nəsillərin payının mənimsənilməsi kimi xarakterizə edir. O, hələ ötən il Parlamentin tribunasından səsləndirmişdi
ki, “Neft pullarının belə sürətlə xərclənməsi Azərbaycana yaxşı heç nə vəd
etmir. Nəticədə gələcək nəsillərin payının mənimsənilməsinə indidən imkanlar
artır. Neft pullarının xərclənməsi prosesi şəffaf deyil.” Həmin çıxışında
F.Quliyev daha sonra konkret rəqəmlərlə bu fikirlərinə aydınlıq gətirmişdi: “Bu
ilin ilk yarısında dövlət büdcəsinə yenidən baxıldı və investisiya büdcəsinə
2,48 milyard manat pul ayrıldı. Həmin vəsaitin bölgüsünə diqqət yetirəndə onun
mənimsənilməsi təəssuratı yaranır. Məsələn, bu barədə mətbuatda da müəyyən məlumatlar
getdi: Bayıl qəsəbəsindən Dövlət Bayrağı Meydanına iki kilometr yolun çəkilməsinə
63 milyon pul ayrılıb. Bayraq Meydanının özünün abadlaşdırılmasına 55 milyon
manat pul ayrılıb. Bakı şəhərinin abadlaşdırılması və işıqlandırılması sisteminə
isə yalnız bu ilin ikinci yarısında 198 milyon manat pul yazılıb. Məgər Bakı şəhərinin
işıqlanması sıfır dərəcədə idi ki, ona bu qədər vəsait ayrılmışdır. Bu cür xərcləmələr
nəticəsində neft pulları sürətlə tükənə bilər.”
Məlum olduğu kimi, bu
cür xərcləmələr hazırda bütün ölkə üzrə tətbiq edilir. Bu, bir tərəfdən neft
pullarıyla bağlı xərcləmələrin səmərəsizliyini ifadə edirsə, digər tərəfdən də
vəsaitin istiqaməti üzrə real xərclənməməsi, yəni çox hissəsinin mənimsənilməsini
aşkarlamış olur. Fərəc Quliyev nəinki xərcləmələrdə mənimsənilməni faciə sayır
və bunun qarşısının alınmasına çalışır, o, ümumiyyətlə Dövlət Neft Fondundan bu
cür ayırmalara qarşıdır və öz hakimiyyət platformasında neft pullarının əsasən
qeyri-neft sektorunun inkişafina, təhsilin səviyyəsinə və ölkənin təhlükəsizliyi-bütövlüyü
baxımından istisna hallara yönəldilməsini nəzərdə tutub. Bu mövqeyini o, bu gün
deyil, Milli Məclisdəki çıxışlarında və digər aidiyyatı orqanlar qarşısında dəfələrlə
nümayiş etdirib.
İngiltərənin keçmiş
baş naziri, dünyada iqtisadi sazişlərdə həmişə ölkəsinin qələbəsinə nail olmağı
bacarması ilə seçilən “Dəmir ledi” ləqəbli Marqaritta Tetçer Azərbaycanda
prezident Əbülfəz Elçibəylə apardığı neft sövdələşməsi ilə bağlı bir xatırlatma
etmişdi ki, “Mən Əbülfəz Elçibəy qədər xalqını sevən bir lider tanımıram. O,
neftin hər bir bariyeli ilə bağlı bizimlə mübarizə aparırdı. Səbəbini
soruşduqda isə, onun cavabı belə oldu ki, bu mənə aid deyil, bu mənim xalqımın
sərvətidir, mən onu hələ bundan sonra neçə nəsillərə çatdırmalıyam.” Əbülfəz Elçibəy yolunun davamçısı, İstiqlalçı
deputat Fərəc Quliyev də neft siyasətində bu düşüncənin hakim olmasını qəbul
edir.