Xəbər lenti
25/10/2020 [08:38]:
"Azərbaycan ordusu müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib" - 25 oktyabr-RƏSMİ
25/10/2020 [08:29]:
“Xudafərin məğlubiyyətindən sonra Ermənistan  təslim aktını imzalamalıydı...”
25/10/2020 [07:36]:
Müsəlman oğlu Həbib karyerasını məğlubedilməz kimi bitirdi...-VİDEO
25/10/2020 [07:17]:
Böyük cihadın 6 mərhələsi...
25/10/2020 [01:10]:
"Burda diqqəti çəkən “Mariott Abşeron” otelinin konkret hədəf kimi göstərilməsidir"
25/10/2020 [00:16]:
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO
24/10/2020 [23:37]:
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
24/10/2020 [23:35]:
Ermənilər Bakıda terror aktları hazırlayır - Rəsmi Vaşinqtondan XƏBƏRDARLIQ...
24/10/2020 [23:31]:
Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
24/10/2020 [23:29]:
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO
24/10/2020 [23:26]:
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
24/10/2020 [23:10]:
Düşmənin burnunu ovdu əsgərim, iti qovan kimi qovdu əsgərim, qayıt Şuşamıza, qayıt, Şuşalım!
24/10/2020 [22:52]:
Ermənilər “Qarabağ Azərbaycanındır” deyən niderlandlı deputatı təhdid edir
24/10/2020 [22:50]:
"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"
24/10/2020 [22:31]:
"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"
24/10/2020 [22:26]:
Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
24/10/2020 [22:21]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
24/10/2020 [22:18]:
"Ermənilərin iç üzünə bələd olan nə Avropa, nə də ABŞ onların göz yaşlarına inanmır"
24/10/2020 [22:01]:
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
24/10/2020 [21:46]:
"O qədər xəbis millətdir ki, başqa regiona məxsus başqa birisinin ağalığını yaxına buraxmır"
24/10/2020 [21:20]:
Tozundan, torpağından öpüb rahatlancağıq...
24/10/2020 [21:12]:
Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”
24/10/2020 [21:08]:
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
24/10/2020 [21:07]:
Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib
24/10/2020 [21:04]:
Qarında köp, qaz və qıcqırmanın 7 səbəbi - Bu qaydalara əməl etmirsiniz...
24/10/2020 [21:02]:
Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO
24/10/2020 [20:04]:
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb
24/10/2020 [20:02]:
"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...
24/10/2020 [19:42]:
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTOLAR
24/10/2020 [19:39]:
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24/10/2020 [19:35]:
Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...
24/10/2020 [19:33]:
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
24/10/2020 [19:21]:
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
24/10/2020 [19:16]:
“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”
24/10/2020 [19:12]:
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı...
24/10/2020 [19:08]:
Andranikin qulağını kəsən bəyin nəticəsi döyüşdə – VİDEO
24/10/2020 [18:56]:
Düşmənin hücum cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi
24/10/2020 [18:43]:
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO
24/10/2020 [18:28]:
Ordumun gücündən düşmən dardadır, Ağdamın, Şuşanın gözü yoldadır...
24/10/2020 [18:20]:
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
24/10/2020 [18:10]:
"Türkiyənin öz torpaqlarından sonra ən çox Şəhidi olan ikinci torpaq Can Azərbaycandır"
24/10/2020 [18:05]:
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
24/10/2020 [18:02]:
Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
24/10/2020 [17:55]:
Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO
24/10/2020 [17:53]:
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
24/10/2020 [17:51]:
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
24/10/2020 [17:43]:
“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov
24/10/2020 [17:41]:
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
24/10/2020 [17:41]:
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
24/10/2020 [17:21]:
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
24/10/2020 [17:17]:
Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib
24/10/2020 [17:13]:
Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”
24/10/2020 [17:09]:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə həyata keçirilib
24/10/2020 [16:25]:
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
24/10/2020 [16:22]:
Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24/10/2020 [16:20]:
“Ermənilərin etdiyi günahlar Allaha xoş getmədiyindən Qarabağa gedən yollarımız açıldı”
24/10/2020 [16:20]:
Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24/10/2020 [16:19]:
"Bu haqlı savaşda işğaldakı torpaqlarınızın geriyə qaytarılması sizin ən təbii haqqınızdır"
24/10/2020 [16:11]:
Düşmən PUA-sı məhv edilib - RƏSMİ
24/10/2020 [16:09]:
"Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - Ərdoğan
24/10/2020 [16:07]:
Düşmənin döyüş təyyarəsi məhv edilib
24/10/2020 [15:47]:
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib
24/10/2020 [15:46]:
“Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar” - Ərdoğan
24/10/2020 [15:44]:
Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - Azərbaycan əsgəri
24/10/2020 [15:41]:
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
24/10/2020 [15:39]:
Azərbaycanda daha 792 yeni yoluxma faktı qeydə alınıb
24/10/2020 [15:22]:
İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb
24/10/2020 [15:19]:
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
24/10/2020 [14:58]:
Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu
24/10/2020 [14:49]:
"Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman"ına su tökür"
24/10/2020 [14:48]:
"Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki..."
24/10/2020 [14:44]:
Kəlbəcərdəki faciə Çili mətbuatında...
24/10/2020 [14:25]:
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
24/10/2020 [14:20]:
Bir ay əvvəl Xankəndinə 3 yol gəlirdi, indi biri qalıb
24/10/2020 [14:13]:
“Görünməmiş hadisə-cinayətkar, terrorçu dəstənin başçısı kömək üçün Putinə yalvarıb...”
24/10/2020 [14:11]:
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
24/10/2020 [14:06]:
"Həmsədrlər hər zaman tatus-kvonun qorunub saxlanmasında maraqlı olublar"
24/10/2020 [14:02]:
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO
24/10/2020 [13:55]:
Əkrəm İmamoğlu koronavirusa yoluxub
24/10/2020 [13:53]:
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Bütün arxiv bir sırada
17/09/2020 [16:54] - Cəmiyyət - ( 726 dəfə baxılıb)

“Təhsil və cəmiyyət” adlı üç cildlik haqqında bəzi mülahizələr...



İndiyə kimi  ümumi orta təhsilin nailiyyətləri, problemləri ilə bağlı xeyli nəşrlər hazırlanıb. Onlarin içərisində məxsusi təqdir olunası nəşrlər yetərincədir. 

Əminliklə bildirirəm ki, pegaqoji fikir tarixində özünə məxsus bir yer tutacaq, həmin  sıraya qatılacaq bir nəşr - pedaqogika üzrə elmlər doktoru, professor Mönsüm Alışovun “Təhsil və cəmiyyət” adlı üç cildlik əsəri bu qəbildən sayılıb-seçilənlərdən biri olacaq. ”Adiloğlu” nəşriyyatı tərəfindən  zövq və nəfis tərtibatla nəşr olunan bu kitab üç adda konkret həllini tapıb: ”Təhsil quruculuğu: hədəflər, nailiyyətlər, problemlər (I cild)”,“Təhsil və mədəni–intellektual inkişaf” (II cild) və “Təhsil islahatının dinamikası”(III cild).

Hər kitabın öz tələbi olur, bu üç kitabın da öz tələbi var, amma onlar sanki bir süjet xətti üzərində  öz təcəssümünü tapır, hər üçündə tam orta məktəbin spesifik fəaliyyət və xüsusiyyətləri, baş verən yeniliklər və mövcud problemlərlə qarşılaşma, onların həlli yolları, müasir dərsə verilıən tələblər və onların icra mexanizmi... tədqiqatçı alimin fikir süzgəçindən keçə-keçə təqdim olunur. Bu kitabların məzmun xəttində bu  məqamlar çözülür, onlara təhlili yollarına  bir nəzər-diqqət yetirilir: 
Cəmiyyətin inkişafında, onun intellektual potensialının formalaşmasında təhsil ən mühüm komponent kimi, yüksək intellektə malik insan kapitalının formalaşmasında təhsilin aktuallığı, təhsil sistemində idarəetmə mədəniyyəti, təhsil müəssisələri rəhbərliyinə yeni yanaşma, pedaqoji kollektivin fəaliyyətində vahidlik, yaradıcılıq, təşəbbüskarlıq cəhətlərinin  yaranmasında rəhbərliyin idarəetmə məharəti, təhsilin idarəedilməsinin demokratik prinsipləri, təhsildə nüfuzlu şəxs olan müəllimin məsuliyyəti, müəllimin öyrətmə və şagirdin öyrənmə səriştə və bacarıq qabiliyyəti, təhsilin inkişafıında təhsilverənlərin peşəkarlığı, səriştəliliyinin səviyyəsinin qiymətləndirilməsi, pedaqoji mühitin düzgün qurulması və pedaqoji prosesin səmərəliliyi, dünya təhsil sisteminə inteqrasiyaının reallaşdırılmasında kurikulum islahatının əhəmiyyəti  və  yeni kurikulumun təhsil prosesi ilə bağlı bütün fəaliyyətin səmərəli təşkililinə, məqsədyönlü həyata keçirilməsinə verdiyi pedaqoji stimul, təhsil standartlarının yaradılması, didaktik prinsiplərin müəyyənləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin tətbiqi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması və zənginləşdirilməsi, şəxsiyyətin hərtərəfli inkişafında tərbiyənin məqsədyönlü təmini, tədris prosesinin intensivləşməsində fəal (interaktiv) təlim metodlarının tətbiqi... 

Kitabda təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyalardan səmərəli istifadə ilə bağlı irəli sürülən tövsiyələr və ümumiləşdirilmiş nəticələrin verilməsində müəllifin təsisçisi olduğu “İdrak” liseyində də  toplanmış təcrübədən geniş istifadə olunmuşdur.

Beynəlxalq miqyasda istifadə olunan meyarların öyrənilməsi və onların təhsil təcrübəsində sınaqdan keçirilməsinə yönəlik təşəbbüslər, təhsil sahəsində beynəlxalq təşkilatlarla birgə fəaliyyət, təcrübə mübadiləsinin genişləndirilməsi, dünya təcrübəsində tətbiq edilən mütərəqqi təhsil texnologiyaları, beynəlxalq proqram və layihələrin tətbiq edilməsi, bir sözlə Prezident İlham Əliyevin  “maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasına adekvat reaksiya verən müəllif   bunu gündəmdə saxlayır, intellektual potensialın möhkəmləndirilməsində bunun əhəmiyyətli rolunu göstərir və dünya təhsil sistemindən nümunələr gətirməklə məqsədini reallaşdırır.

Təhsili öyrənən və öyrədənin qarşılıqlı pedaqoji işinin nəticəsi  hesab edən müəllif  bugünki təhsil sistemində  kütlənin deyil, fərdin təkmilləşməsinin daha vacibliyini analitik təhlil yolu ilə sübutlamağa çalışır. Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşmasının təhsil sistemi ilə təmin olunduğunu diqqət çəkən professor  M. Alışov təhsilin məzmununda keyfiyyət dəyşikliklərin aparılmasını və təhsil sisteminin əsaslı şəkildə təkmilləşdilməsini subutlamağı qarşısına bir məqsəd qoyur və  əminliklə deyərdik ki, buna yetərincə nail də olur.

Müəllif müəllim kadrların hazırlığının aktuallığını onunla əsaslandırır ki, onun nüfuzu təkcə bilik deyil, həm də təlim-tərbiyə prosesində bütün sosial institutların imkanlarından tam istifadə etməkdən asılıdır. Fikrini bu cür konkretləşdirir: “Onun nüfuzu, təkcə bilik və təşəbbüskarlığından deyil, həm də təlim-tərbiyə prosesində bütün sosial institutların imkanlarından tam istifadə etməsindən asılıdır. Fəal təlim metodları və pedaqoji texnologiya ilə bağlı müəllimlərin bilgilərinin daha da artırılmasına ehtiyac var. Pedaqoji kadr hazırlığında təhsilin məzmunca ümumi funksional tamlığına əməl olunmalıdır” (“Təhsil quruculuğu: hədəflər, nailiyyətlər, problemlər”- I cild,s.61). 

Müasir dövrün tələblərinə görə təlimin məzmununun sadəcə təriflərin, düsturların, tarixi hadisələrin, nəzəri materialların mənimsənilməsinə deyil, doğru olaraq müəllif də bu qənaətdədir ki, şagirdlərdə yaradıcı düşünmək, mühakimələr apararaq nəticə çıxarmaq, sərbəst qərar qəbul etmək, tətbiq və tədqiqatçılıq bacarıqlarının formalaşmasına aiddir. Kurikulumlara ciddi konseptual bir sənəd kimi yanaşaraq, onun fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə biləcəyinə şübhə etmir, ilkin olaraq fənnin məzmununa yer ayırmaqla müəllim keyfiyyətini, müəllim seçimini, yaradıcılığını əsas götürür. Kurikulumun tətbiqi hər bir fənnin tədrisinin məzmun xətləri, standartlar, alt standartlar, inteqrasiya-üfüqi və şaquli, qiymətləndirmə və monitorinqinə əsaslanır. Professorun qəti fikri belədir ki, belə olduqda pedaqoji prosesdə vaxt itkisinə yol verilmədən şagirdlər əlavə yüklənməyə məruz qalmır. 
Bizdə hərdən milli mentalitet məsələsi həddindən artıq qabardılır. Mentalitetimizdə lazım olan dəyərlər də çoxdur. Bəzən ifrata varıb bu dəyərlərin də üstündən xətt çəkirik. Müəllif təlim-tərbiyə müəssisələrinin başlıca vəzifəsi olan şagirdin şəxsiyyət kimi formalaşmasına kömək edən bütün işlərin, o cümlədən təlim-tərbiyə prosesinin uşağın arzu və istəklərinə uyğun olmaqla, onun meyl və maraqları, fərdi psixoloji xüsusiyyətləri, potensial imkanları nəzərə alınmaqla qurulmalı olduğunu hər bir məktəb üçün başlıca məqsəd bilir. (I cild ,s.153). 

Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları müəyyənləşdirir.Təhsil İslahatı Proqramının həyata keçirildiyi dövrdə müəllimin müstəqil metodik işi, özünütəhsili, onun hazırlığı həlledici rol oynadı. Müəllifin fikrincə, islahat müəllimdən yeni pedaqoji təfəkkür, düşüncə tərzi, pedaqoji prosesə yeni yanaşma tələb edir. Ona görə indi başlıca vəzifə müəllimlərin məsuliyyətini artırmaq, işə yaradıcı münasibətlərini formalaşdırmaq, gənc nəslin təlimini dövrün tələbləri səviyyəsinə qaldırmaq, təlimin keyfiyyətini yüksəltməklə vətənə layiqli vətəndaşlar yetişdirməkdir. (“Təhsil və mədəni–intellektual inkişaf”-II cild,s.25)

Nəzəri və pedaqoji-metodik ədəbiyyatda “idarəetmə” anlayışı ən ümumi və ən universal anlayışlar sırasına daxil edilir. Müəllif haqlı olaraq qeyd edir ki, idarəetmə təkcə texniki və istehsal sahəsini deyil, eyni zamanda sosial, o cümlədən pedaqoji sistemdə keyfiyyət təminatında xüsusi rol oynayır. O, idarəetmə dedikdə, məqsədəuyğun qərarlar qəbul etməyə, idarə olunan obyektin işini təşkil etməyə, onun nəzarətinə, tənzimlənməsinə yönəldilmiş fəaliyyət, düzgün informasiya əsasında işin təhlili və onun yekunlaşdırılması kimi başa düşür. Ona görə,bütün cəhətlərdən onun şəxsiyyəti insanlara müsbət mənada tərbiyələndirici təsir göstərir, pedaqoji prosesdə direktor təhsilin inkişafı ilə əlaqədar qarşıya qoyulan məqsədin həlli üçün fəaliyyətini planlaşdırmağı bacarmalıdır.

Təhsil sistemində aparılan islahatların keyfiyyəti və səmərəliliyi, ilk növbədə, pedaqoji kadr hazırlığı sahəsində aparılan islahatlarla xarakterizə olunur. “Pedaqoji ali təhsil müəssisələrində səriştəli kadr hazırlığında keyfiyyətin idarəedilməsinin monitorinqi təhsilin qarşısında dayanan əsas məqsədlərin həyata keçirilməsində özünəməxsus rol oynayacaqdır. Peşəkar müəl-lim fəaliyyətində yaradıcılıq imkanlarını göstərmək üçün tədqiqatlarını genişləndirmək qayğısına qalmalı, dərslərini diqqətlə müşahidə etməklə şagirdlərinin dərsin gedişinə təsir gücünü artırmalıdır”.(II cild,s.65)  
Tədrisin keyfiyyəti yalnız elmə olan marağın deyil, həm də müəllimə olan hörmətin, sevgi və inamın formalaşdırılmasıdır. Əgər müəllim yeri gəldikdə şagirdlərlə ünsiyyət formasını dəyişdirmirsə, hər dəfə eyni üsuldan istifadə edirsə, onda dərs həm uşaqlar, həm də müəllim üçün maraqsız, hətta yorucu olacaq. Pedaqoji prosesin səmərəliliyinin pedaqoji ünsiyyətin düzgün qurulmasından asılı olduğu iddiasında qalan müəllifin fikrincə, pedaqoji ünsiyyət pedaqoji prosesin əsasını təşkil etməklə, ilk növbədə motiv (təlim marağı) yaradır, ona görə pedaqoji prosesi quran müəllimin özünəməxsus bir qeyri-adiliyi, emosional ifadə tərzi olmalıdır, başqa sözlə, onun fəaliyyətində bir emfotika hiss edil¬məlidir. (II cild,s.89).  

Dövlət Proqramı bütün təhsili əhatə edən komponentlərdən ibarətdir ki, onların da icrası qısa müddət ərzində təhsilimizdə İKT-nin tətbiqini dünya standartlarına çatdıracaqdır. Professor M.Alışov yeni texnologiyaıların tətbiqi yolu ilə dərsin mükəmməl mənimsənilməsini indiki fəal təlim metodlarında ən güclü vasitə kimi təqdir edir, tədris prosesində İKT-dən istifadənin özünəməxsus xüsusiyyətlərini verir, onun daha səmərəli edən bir vasitə olmaqdan əlavə, həm də öyrənmə obyekti hesab edir, öz təcrübələrindən çıxış edərək İKT-dən istifadə etməklə şagirdlərlərlə birlikdə hazırlanan layihələrin onların intellekual səviyyəsinin inkişafına lazımi kömək göstərdiyini sübutlamağa çalışır. 
İstedadlı şagirdləri üzə çıxarmaq məqsədilə dərslərin inkişafedici təlim metodlarından geniş istifadə etməklə keçilməsi daha məqsədəmüvafiqdir.Təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldil¬mə¬sində istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla iş də mühüm rol oynayır. Kitabda ölkə başçısı İlham Əliyevin imzaladığı “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı haqqında” fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün xüsusi tədbirlər planının hazırlayıb həyata keçirilməsi və bu sahədə ardıcıl olaraq fəaliyyətin davam etdirilməsi, bu məqsədlə elm, incəsənət və idman sahələri üzrə xüsusi istedad və qabiliyyəti olan uşaq və şagirdlərin daxil edildiyi “İstedadlar bankı” yaradılması ilə bağlı səhih məlumatlar da verilib.

Bu gün cəmiyyətdə aparılan təhsil islahatları mənəvi tərbiyənin aktuallığını ön plana çəkir. Burada təhsil aparıcı mövqe tutur. Professorun qənaətincə, məktəb mərhəmət, hörmət, dözümlülük, xeyirxahlıq və s. kimi ümumbəşəri dəyərləri formalaşdırmaq məsuliyyətini daşıyır. O, məktəblərin idrak fəaliyyətinin fəallaşdırılmasında “müəllim-şagird” və “şagird-şagird” tipli münasibətlərin roluna böyük əhəmiyyət verilməsini önə çəkir və tövsiyə edir ki, müəllim bir tərəfdən, dərsdə işgüzar şərait yaratmasına, xeyirxahlıqla tələbkarlığı özündə üzvi surətdə birləşdirən pedaqoji optimizminə, digər tərəfdən, şagirdlərin təlim prosesində bir-birinə qarşılıqlı köməyinə və qarşılıqlı nəzarət etməsinə xüsusi diqqət yetirməlidir. (II cild,s.194). 


Qəbul edilmiş Təhsil Qanunu ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamət-lərini əks etdirməklə yanaşı,  milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin edəcəkdir. Professor M.Alışov təhsil sahəsində həyata keçirilən köklü islahatları təkcə hərtərəfli biliyə və savada malik insanlar yetişdirməkdə deyil, həm də müstəqil və demokratik cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da dərinləşdirməyə kömək göstərən əsl vətəndaşlar tərbiyə etməkdə görür...

Yeni məzmun yeni dərsliklərin yaranmasını zəruri edir, məhz bu səbəbdən mühüm pedaqoji prinsipləri gözləməklə kurikulum tələblərinə uyğun səviyyədə  dərslik komplektləri nəşr olunmuşdur. Təhsildə dövlət siyasətinin bir istiqaməti də müasir tələblərə uyğun dərsliklərin və dərs vəsaitlərinin müasir tipli tədris proqramlarına uyğun hazırlanması məsələsi ilə bağlıdır. Aydındır ki, bizim dərsliklər əsasən kiril əlifbası ilə çap olunan dərsliklər idi. Müəllif dərsliklərin yaradılması sahəsində əldə olunmuş təcrübələrə istinadən ənənəvi qaydada əksər dərsliklərin hazırlanmasına müvafiq elm sahəsinin nailiyyəti kimi yanaşır, ona görə,  dərsliklərin ümumi quruluşunun müəyyən olunmasında daha çox elmi-nəzəri materialların mənimsənilməsi ardıcıllığı əsas götürülmüşdür və dərslikdə müəyyən fəaliyyətlərin əlaqələnməsi nəzərdə tutulmuş biliklərin daha möhkəm mənimsənilməsi baxımından əhəmiyyət daşıyır. (“Təhsil islahatının dinamikası”, III cild,s.83). 

Tərbiyə təkcə insan haqqında elmi təsəvvürlər əsasında qurula bilməz, çünki o, ilk öncə insanın mahiyyətini və əsas dəyərləri açıqlamalıdır. Tərbiyənin əsasını yaradıcı fəaliyyət prosesində biliyin mənimsənilməsi zamanı şagirdlərin marağı, tədrisə daxili bağlılığı, hadisə və faktlara şəxsi münasibəti təşkil edir. Cəmiyyətdə baş verən təkamül özünü məktəbdə göstərir, ona görə ki, cəmiyyət nəsil dəyişikliyinin səviyyəsi üçün cavabdehlik daşıyır, çünki müəllifin vurğuladığı  kimi, cəmiyyət həyatında baş verən yeniliklər təhsil prosesindən keçir. Müəllif cəmiyyətin intellektual potensialının formalaşmasında, təhsilin müstəsna əhəmiyyətini, ölkənin diqqət mərkəzində olan təhsildə baş verən yeniliklərin tətbiqində seçilən forma və metodları şərh edir, təhlili yolla buna təşəbbüs göstərir, təhsil sahəsində formalaşan mütərəqqi ənənələrə toxunur, yaxşıları  təqdir edir, problemli məsələlərin həllinə nail olmağın yollarını göstərir.

Nadir İsrafilov, təhsil eksprti

loading...
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
Cəmiyyət
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
Gündəm
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
Araşdırma
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
Dünya
Peyğəmbərimizi təhqir edən karikaturalar dövlət binalarından asıldı -Makrondan skandal addım...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247