\"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?\"
Oxunub: 24686
16 Sep 2020 | 18:23
\
İllərin təcrübəsinə malik olsa da, kiçicik bir səhv ona “toy tutub” gündəmə gətirdi və sağlığında layiq olduğu “qiyməti” almağına təkan verdi. Bəli, söhbət Ramiz Mehdiyevdən gedir. Bu gün haqqı çatan da, çatmayan da onu ciddi tənqid edir. Və açıq görünür ki, bunların içərisində R. Mehdiyevi ən çox incidən, qəzəbləndirən “arxadan” vurulan zərbələrdir. Indi onu illərlə küncə sıxışdırıb zəlil etdiyi hakimiyyətin “zor aparatıyla əzdiyi” müxalifətdən daha çox, “çörək verib adam etdiyi silahdaşları” söyür. Söyənlər arasında elələri var ki, mənəvi keyfiyyətlərinə görə, Ramiz Mehdiyevdən heç də geri qalmır, əksinə, qat-qat pis imicə malikdirlər. Bununla yanaşı, Ramiz Mehdiyevin “sağlığında” (yüksək kreslo sahibi olanda) onun barəsində çəkinmədən sözünü deyən YAP-çılar da olub. Sabiq millət vəkili və Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca məhz onlardan biridir.

- Xeyrəddin müəllim, bir vaxtlar sizin dediyiniz kimi Ramiz Mehdiyevə “biət edənlər” bu gün onu qamçılamaq üçün növbəyə durubar. Onlara nece baxırsınız?

- Onlara alçaq, simasız, yaramaz adamlar kimi baxıram. Mən ömrüm boyu ona hörmət etməmişəm, bunu mətbuatda da bildirmişəm. Hətta, mən İstanbulda Baş Konsul vəzifəsinə təyin edilərkən Heydər Əliyevə də demişdim ki, Ramiz Mehdiyev mənə zəng- filan eləməsin. Ramiz Mehdiyevi "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olandan sonra tanımışam. O vaxtlar hər cümə günü iqtidar qəzetlərinin baş redaktorlarını Prezident sarayına çağırıb guya bizə istiqamət verirdi. Ona görə "guya" deyirəm ki, o vaxtlar bizi cəmiyyət daha yaxşı tanıyırdı, nəinki onu. "Yeni Azərbaycan" qəzetində işləməyə gələnə qədər cəmiyyət məni tanıyırdı. Minlərlə məqalənin, çoxlu kitabın, səhnə əsərlərinin müəllifi idim. 43 illik fəaliyyətim var idi. Ramiz Mehdiyevə qulaq asdıqca ürəyimdə gülürdüm. Onun lazımsız göstərişləri, "fikirləri" bizdə ikrah hissi yaradırdı! Düşünürdüm: "Gör, kim bizə yol göstərir?"

- Diplomat Daşqın Şikarov facebook səhifəsində yazır ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi 5-ci kolon Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya qarşı gizli təşkilatlanmada iştirak edib. Daşqın Şikarov baş verənləri sadalayaraq, hakimiyyət daxilində ikibaşlı oyunlar oynanıldığını da qeyd edib.

- Daşqın Şikarov mənimlə birlikdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda işləyib. Mehriban münasibətlərimiz indiyədək davam edir. Ramiz Mehdiyev konsulluğa 3 dəfə yoxlama göndərtmişdi ki, məni ləkələsin. Həmin yoxlamalar zamanı mən Baş konsul olaraq bir dəfə də iş yerində olmadım, yoxlama üzvlərini də görmədim. Əsəbləşirdim ki, konsulluq anbardır, sexdir-nədir, orada yoxlamalar keçirirlər? Yoxlayanlar heç bir nöqsan, çatışmazlıq tapmırdılar. Ona görə də Prezident Heydər Əliyevə məktublar yazırdım ki, məni işdən azad etsin. Heydər Əliyev isə “narahat olma, otur işlə” deyirdi. Beləliklə, vaxtından 4 ay da çox, 5 il 4 ay işlədim və Bakıya qayıtdım. Onda Ümummili Liderin səhhətində problemlər var idi. Ramiz Mehdiyev məni çağırdı, orada Novruz Məmmədov və başqa bir nəfər də var idi. Dedi ki; “sənin üçün yaxşı bir iş tapmışıq - Dini İşlər üzrə Dövlət Komitəsində 1-ci müavin vəzifəsinə göndərək, get işlə”. Dedim ki, mənim dinlə heç bir əlaqəm yoxdur, istəmirəm. Bu gün də, mənə həmin vəzifəni təklif etsələr, getmərəm! Bilirdim ki, Ramiz Mehdiyev əzəl-axır məni ilişdirəcək. Beşinci kolonun başında duran Ramiz Mehdiyev Heydər Əliyevə yaxın olan adamları hakimiyyətdən uzaqlaşdırdı. Heydər Əliyevin qurduğu YAP-ın icra rəhbərliyi isə bunu bilə-bilə daim Ramiz Mehdiyevə yaltaqlanır, bizim fikirlərimizi heç zaman rəhbərliyə çatdırmırdı. Deməli, YAP-dakı bəzi adamlar da 5-ci kolonun nadürüstləri ilə əlaqəlidirlər. Bu gün böyük cinayətlər törədən dövlət adamlarının çoxu YAP-ın üzvüdür!

- Murtuz Ələsgərovun yas mərasimi haqqında yazdığınız yazını oxudum. Bu nə biabırçılıqdır?

- Bəli olmuş əhvalatdır. Ölkənin hörmətli adamları yas məclisinə gəlmişdilər. Oturduğumuz yerdə birdən hamı ayağa qalxdı. Mən yerimdə ora-bura boylandım ki, görəsən nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin prezident gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə, Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər. Orada dik dayanan "hörmətli" adamlar tamam gözümdən düşdülər. Çox iyrənc görünürdülər. YAP-da da təpədən-dırnağa "ramizləşmiş" bir adam var... Biz bu simasızların əlindən hara qaçaq?

- Deyəsən, Yeni Azərbaycan Partiyasında (YAP) ciddi dəyişikliklərin vaxtıdır...

- Bütün məsələlərdə YAP-ın adının hallandırılması doğru olmazdı. YAP-ın rəhbər orqanlarındakı bəzi adamların yolverilməz davranışlarının, həm də dövləti vəzifə daşıyan şəxslərin qanunsuz əməllərinin arxasında məhz Ramiz Mehdiyev dayanırdı. Ona görə də, Ramiz Mehdiyevə “biət edənlər” YAP-dan və dövlət vəzifələrindən rədd edilməlidirlər. Baxın, istər deputatların arasında, istərsə də vəzifəlilərin içərisində dövlətə deyil, Mehdiyevə xidmət edən nə qədər adam var. Onların hamısı cəzalanmalıdır. Başqa yol yoxdur!

- Ramiz Mehdiyev prezidentlik iddiasındadır... Rusiya həqiqətənmi ona potensial Azərbaycan prezidenti kimi baxır?

-Bəli, ömrü boyu o prezident olmaq istəyib. Ona görə də həmişə Heydər Əliyevə, Ilham Əliyevə xəyanət edib. Ümumiyyətlə o Azərbaycan xalqına xəyanət edib. O, indi də belə bir fikir yürütmək istəyir ki, guya dövlət quruculuğunda misilsiz xidmətləri olub! Guya o olmasaydı İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələ bilməzdi?! Mən isə tam əksinə və qətiyyətlə deyirəm, Ramiz Mehdiyev bir məmur kimi mövcüdluğuna görə Heydər Əliyevə və İlham Əliyevə borcludur! Qaldı sualınızın ikinci hissəsinə, çox güman ki, Rusiya artıq onu unudub...

- Təəssüf ki, Ramiz Mehdiyev Elmlər Akademiyasına rəhbərlik edir...

- O, Elmlər Akademiyasının prezidenti olmağa layiq deyil. Mən toydan iki ay qabaq yazdığım məqalədə onu ordan mütləq qovacaqlarını bildirmişəm. Ramiz Mehdiyev bütün ömrü boyu özünü insanların gözünə soxmağa çalışmış (bu haqda çoxlu faktlar var), guya ölkədə bütün işləri özü görürmüş kimi təəssürat yaratmışdır. Baxın, Ramiz Mehdiyevin adı çəkiləndə KİV-lərdə belə səslənirdi: “Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev”. Administrasiyanın rəhbərliyinin akademik adına nə dəxli var? Axı Administrasiya elmi idarə deyil. Baxın, Dövlət İdarəçiliyi Akademiyasınnın rəhbərliyinə göstəriş verib ki, mənim elmi əsərlərimdən, kitablarımdan sitat gətirməyən heç bir alimin əsəri Akademiyanın elmi nəşrində dərc edilə bilməz!

Bugün də İdarəçilik Akademiyasının müəllimləri, xüsusilə, gənc alimlər qan ağlayırlar ki, biz axı bu adamın hansı elmindən sitat gətirək ki, bizim məqalələrimizin çapı üçün yaşıl işiq yandırılsın? Təsəvvür edin, Ramiz Mehdiyev “Elmi kommunizm”nən müdafiə etmiş, sovet hökuməti dağılanda “Elmi kommunizm” fənni də ləğv edilmişdi. Bu o deməkdir ki, Ramiz Mehdiyevin namizədlik dissertasiyası boşa getmişdir. Doğrusu mən hələ indiyədək eşitməmişəm ki, o, bir alim yetişdirmiş olsun. O, Heydər Əliyevə, İlham Əliyevə sadiq olan adamlara şəxsı və ideoloji düşməni kimi yanaşır.

Cünki həmin adamlar onun kaprizlərinə xidmət etməyib, onu “dahi filosof”, "görkəmli ictimai - siyasi xadim” hesab etmirdilər.

Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib. Bilirsiniz niyə? Dərsliklərə düşmək istəyir və hesab edir ki, tədris olunmalıdır, məktəblilər onun “elmi-fəlsəfi- siyasi” fəaliyyətini öyrənməlidilər! Məni bir məsələ daim narahat edir. Necə ola bilir ki, onu “dərin dövlət adamı” adlandıran, "14- cü Lüdoviklə müqayisə edən, “dövlətin onurğa sütunu” sayan, "dövlətin xarici və daxili siyasətini yönlədən böyük “ideoloq” olduğunu təbliğ edən deputatlar, təbliğatçılar hələ də öz işlərinin başındadırlar, ekranlardan gözümüzü yağır eləməkdə davam edirlər? Belələri onu təbliğ etdikləri “səmimiyyətlə” və pafosla Azərbaycan Prezidenti haqqında da təriflər, mədhiyyələr söyləyirlər. İnsanın neçə sifəti olar?

Bütün jurnalistlərə deyirəm, toy məsələsini unudun! Biz Ramiz Mehdiyevi toya görə tənqid etmirik! O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına ziyan vurub, hiylələr edib, hətta adam oğurlatdırıb. Ramiz Mehdiyev bütün həyatı boyu əyri işlərlə məşğul olub!..
Oxşar xəbərlər
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!