Bu gün inkişaf etmiş qərb və Avropa ölkələrinə miqrant axını var. Qərbə üz tutan miqrantların əksəriyyəti "insan hüquq və azadlıqlarına dəyər verilən ölkələr"ə can atırlar. Bir sıra ölkələrdə həqiqətən əmək miqrantlarına ehtiyac olsa da, bəzi ölkələrdə prosesi tənzimləmək və nəzarətdə saxlamaq məqsədi ilə müxtəlif tədbirlər görülür. Elə ölkələr də var ki, burada necə əldə edilməsindən asılı olmayaraq müəyyən miqdarda kapitalla vətəndaşlıq statusu qazanmaq mümkündür. Amma bu da faktdır ki, hüquq və azadlıqlara dəyər verilən ölkələrə yatırılan belə kapitalların çoxu əksər hallarda qeyri-leqal yolla əldə olunur. Belə olan halda hüquq və azadlıqlara dəyər verən, eyni zamanda mənbəyi qaranlıq sərmayə sahiblərinə qucaq açan ölkələr bütün dünyaya aşıladıqları demokratik prinsiplərə nə dərəcədə sadiqdirlər?
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət
Əliyev Moderator.az-a açıqlamasında bunu normal qarşıladığını bildirib. O,
bildirib ki, Azərbaycanda da belədir: "Azərbaycanda nəinki vətəndaşlıq ,
hətta immiqrant statusu , yəni yaşamaq hüququ almaq istəyən əcnəbidən 500 min
manat sərmayə tələb olunur".
Ə.Əliyev vurğulayıb ki, hər bir ölkə
miqrantın hüquq və azadlıqlarını qorumazdan əvvəl öz təhlükəsizliyini təmin
etməyə və əmək bazarını qorumağa çalışır. Bununla bağlı heç bir beynəlxalq
təşkilatın müəyyən etdiyi qayda yoxdur. Avropa ölkələrinə pulla gələn hər bir
miqrantdan sənəd tələb olunur".
"Hesab etmirəm ki, bu
qeyri-demokratik prinsipdən irəli gələn haldır. Sadəcə olaraq Avropa ölkələri
öz əmək bazarlarını miqrantlardan qorumaq və vətəndaşlarının təhlükəsizliyini
təmin etmək məqsədi ilə belə qərarlar verirlər" - birlik prezidenti əlavə
edib.