Ərəstun Oruclu:"Hümbətovun Ermənistan səfəri Azərbaycan üçün ciddi təzyiq vasitəsi ola bilməz".
Erməni KİV-ləri vaxtılə özünü qondarma "Talış Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümbətovun növbəti dəfə İrəvana gəlməsi xəbərini yayıb. Maraqlıdır Ə.Hömbətovun İrəvan səfərinin təşəbbüsü kimə aiddir? Mövzu ilə əlaqədar olaraq Moderator.az-a açıqlama verən Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib ki, Ə.Hümbətovun bu səfərində müxtəlif qüvvələrin marağı olmaq ehtimalı yüksəkdir:
"Hümbətovun Azərbaycanda olan bütün fəaliyyəti
pozuculuqdan ibarət olub. Bu gün onun sığınacaq alıb rahat yaşamaq
əvəzinə, yenidə Azərbaycana qarşı
fəaliyyət göstərməsi o anlama gəlir ki, ya onun bu işdə xüsusi marağı var, ya
da onu hansısa qüvvələr bu işə cəlb edib. Mən hesab edirəm ki, Ə.Hümbətovun
Ermənistana səfəri Azərbaycan üçün ciddi təzyiq vasitəsi ola bilməz".
Xəyal Əzizov









