Bakıda qardaşların musiqi münaqişəsi: qardaş qardaşı qanına buladı
Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda qardaş qardaşı bıçaqlayıb. Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan 30 yaşlı Abbas Tacəddin qardaşı 29 yaşlı Fərid Tacəddini bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Abbasın həyatını xilas edib.
Polisdən ANS PRESS-ə bildirilib ki, Tacəddinlərin
ailəsi problemlidir. Daim onlarda münaqişələr olur.
Dünən baş verən hadisəyə gəlincə, Fərid evdə maqnitofonun
səsini yüksək veribmiş. Qonşuları şikayət edib. Abbas isə kiçik qardaşından
səsi azaltmağı xahiş edib. Nəticədə qardaşlar arasında münaqişə baş verib.
Əsəblərini cilovlaya bilməyən Fərid bıçağı qardaşının sol döş qəfəsinə sancıb.
Xoşbəxtlikdən bıçağın yarası dərin olmayıb və zərbə ürəyə qədər işləməyib.
Hazırda Abbasın həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, ölümdən dönən qardaş Fəriddən
şikayətçi olmayıb.
Moderator.az








