Həsən Ruhani Barak Obama ilə görüşdən imtina edib
BMT Baş Assambleyasının
sessiyasına qatılmaq üçün Nyu Yorkda olan İran nümayəndə heyəti ABŞ və İran
prezidentlərinin görüşünü təşkil etmək üçün ABŞ-dan gələn təklifi qəbul etməyib.
Moderator.az-ın xəbərinə görə, bu barədə “Reuters”ə ABŞ administrasiyasındakı mənbə bildirib.
Mənbə deyib ki, İran tərəfi prezidentlər Həsən Ruhani və Barak Obama arasında görüş keçirilməsi məsələsini “çox mürəkkəb məsələ” kimi qiymətləndirib.
Baş Assambleyada çıxış edən H. Ruhani ABŞ-la
münasibətləri gərginləşdirməyə çalışmadıqlarını və nüvə mübahisəsinin həlli
üçün danışıqlara hazır olduqlarını açıqlayıb. O, İranın nüvə proqramının dinc
xarakterli olduğunu söyləyərək ölkəsinə qarşı beynəlxalq sanksiyaların tətbiqini
tənqid edib. H. Ruhani bu cür sanksiyalardan siyasi elitanın yox, sadə
insanların əziyyət çəkdiyini vurğulayıb.
İsrail tərəfi isə İran prezidentini ikiüzlülük və
riyakarlıqda ittiham edib. Baş nazir Benyamin Netanyahu Tehranın vaxtı uzadaraq
atom bombası yaratmaq üçün zaman qazanmağa çalışdığını deyib.








