Müharibənin bir addımlığında... - Qarabağ
Oxunub: 4237
13 Sep 2020 | 15:42
Müharibənin bir addımlığında... -  Qarabağ
1992-ci ilin yayında Azərbaycanın qoşun hissələri o zamankı briqada komandiri, indiki Baş qərargah rəisi Nəcməddin Sadıqovun komandanlığı altında qiyamçı Dağlıq Qarabağ muxtariyyətinin inzibati mərkəzi Xankəndinin bir neçə kilometrliyinə yaxınlaşdı. Erməni ordusunun tamamilə darmadağın edilməsi artıq gün məsələsi idi. Azərbaycan ordusunun, könüllü batalyonlarının Ağdərənin Vəng kəndinə qədər qələbə yürüşü birinci Qarabağ müharibəsinin taleyini həll etmək üzrə idi. Azərbaycan tanklarını separatçıların mərkəzindən cəmi 50 dəqiqəlik məsafə ayırırdı. Lakin iyulun 7-də Azərbaycan prezident Elçibəyin əmri ilə birtərəfli qaydada döyüş əməliyyatlarını dayandırdı. Həmin vaxtlar Xankəndi ətrafında şiddətli döyüşlərin getdiyi kimi, Romada da ATƏT-in vasitəçiliyi ilə erməni və azərbaycanlı diplomatlar arasında qızğın danışıqlar gedirdi.

Böyük və qüdrətli ölkənin dağılmasından sonrakı ilk illərdə Avrasiya məkanında təhlükəsizlik üzrə təşkilat məhz Müşavirə formatında fəaliyyət göstərirdi, o vaxtkı ATƏM iki superderjava arasında Brejnev-Nikson paktı əsasında yaranmış tarazlığın nəticəsi idi. Və sonsuz Ermənistan-Azərbaycan substansiv ( bu sözü necə olubsa 30 il sonra düşünüb tapıblar!) danışıqlarının üfüqündə hələ amorf Minsk Qrupunun həmsədrliyi görünmürdü. Avropalılar və üstəlik Yeltsin liberal Rusiyasının ictimaiyyəti Azərbaycanla Ermənistan arasında hazırlanmaqda olan Minsk konfransı çərçivəsində böyük sülh razılaşmasının əldə olunacağı haqda şirin xəyallara qapılmışdı. Və budur, həmin konfrans 30 ildir ki, baş tutmur!

 

1992 ci il. Azərbaycan əsgərləri Xankəndinə doğru irəliləyir...

Lakin Azərbaycan Qarabağ nizamlanmasının ilk günlərindən özünün beynəlxalq öhdəliklərinə sadiq qalaraq Minsk konfransının sədrinin, o vaxtlar hamının yaxşı tanıdığı vasitəçi Mario Rafaellinin (İtaliya xarici işlər naziri idi) tələbi ilə hücum əməliyyatını dayandırdı. Romada təbii ki, qarşıduran tərəflər heç nədə anlaşa bilmədilər. İndiki erməni baş nazirinin mənəvi atası Levon Ter-Petrosyan cəbhəçilərin hakimiyyətindən Qarabağı münaqişənin üçüncü tərəfi kimi tanımağı və birbaşa separatçılarla danışıqlara başlamağı tələb etmişdi.

Diqqət yetirin, 30 il ərzində dövlət başçılarının siyasi gündəmi və ritorikası dəyişməz qalıb. Beləliklə, 28 il əvvəl Azərbaycan təcavüzkarın sırımaq istədiyi formatdan imtina etdi. Danışıqlar pozuldu. Ermənistan isə növbəti dəfə atəşkəsdən istifadə edərək öz qüvvələrini yenidən cəmlədi, yeni hərbi texnika aldı və əks hücuma keçdi. Ədalət naminə etiraf edək ki, Azərbaycan ordusu da Xankəndinə doğru sovet ordusundan miras qalmış tanklarla hücum edirdi. Və ermənilərin həmin əks-hücumu ilə Azərbaycanın hərbi-siyasi məğlubiyyətləri başladı və bədnam Bişkek protokolunun imzalanması ilə nəticələndi.

Yalnız atəşkəsin əldə edilməsindən 22 il keçəndən, uzun-uzadı perspektivsiz və nəticəsiz danışıqlardan sonra Azərbaycan nəhayət münaqişənin hərbi yolla həllinə əl atmağa qərar verdi. Lakin Azərbaycan ordusunu yenə dayandırdılar-bu dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri. Təəsüf ki, indi böyük sülh razılaşması haqda xoş illüziyalar qurmayan bu vasitəçilər...Düşmən tərəflər arasında dəf edilməz uçurum yarandı. Lakin vasitəçilər yeni böyük regional yanğına imkan verməmək üçün hər halda atəşkəs əldə edə bildilər.


2016-cı ilin aprel müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarının müdafiəsini cəmi bir neçə saata darmadağın edə bilmişdi...

Lakin Ermənistanın kompromissiz və israrlı mövqeyi, yuxarı və aşağı Qarabağ arasında bölgünü faktiki rədd etməsi postdiplomatik qarşıdurma dövründə yeni strateji hədəfə-işğal edilmiş ərazilərin beynəlxalq miqyasda tanınmasına hesablanıb. Və indiki Ermənistan hakimiyyəti işğalı legitimləşdirmək cəhdləri ilə bağlı daha bir konseptual vəzifənin həyata keçirilməsinə başlayıb: işğal zonasını Yaxın Şərq, konkret olaraq Suriya və Livan erməniləri ilə məskunlaşdırmaq.

Rəsmi Yerevan yeni model icad eləmir, sadəcə olaraq yəhudilərin işğal edilmiş Fələstin ərazilərində-İordan çayının qərb sahillərində apardığı məskunlaşma mexanizmini istifadə edir. Bəli, 1947-ci il planına görə İordan çayının qərb sahili Fələstin ərəb dövlətinin ərazisi olmalıdır. Lakin altıgünlük müharibə nəticəsində bu əraziləri İsrail işğal elədi. O vaxtdan bəri BMT-nin Fələstin dövləti yaradılması barədə planını dəstəkləyən güclü dövlətlərin etirazlarına və hiddətinə baxmayaraq İsrail bu ərazilərdə qanunsuz yəhudi məskənləri salıb. Əgər 30 il əvvəl kimsə desəydi ki, nə vaxtsa ABŞ Qərb sahilini İsrail dövlətinin ərazisi kimi tanıyacaq, biz onu “Zaman maşını” filminin qəhrəmanı Herbert Uellslə müqayisə edərdik.


Hələb Sakini Levon Ter-Petrosyan Yerevanı ikinci vətəni kimi seçdi...

Ermənistan çox uzağa gedən məkrli siyasi məqsəd güdür. Yuxarı və Aran Qarabağdakı fəal məskunlaşma planının nəzəriyyəçisi yenə də hazırkı erməni baş nazirin mənəvi müəllimi, əslən Suriya ermənisi Levon Ter-Petrosyandır. Çünki Yaxın Şərq ermənilərinin Suriya və Livandan köçürülməsi, bununla yanaşı, münaqişənin beynəlmiləlləşdirilməsi birinci Qarabağ müharibəsi dövründə başlayıb.

Nə vaxtsa, İkinci Dünya müharibəsi başa çatandan sonra Hələbdə yaşayan Ter-Petrosyan öz ana-daşnakın və ata-esdekin qucağında Suriyadan Ermənistana köçüb. Və Yerevanda keşiş Petrosun nəslinin törəməsi ikinci vətən qazanıb.

Ermənistan işğalçı dövlətə xas olan məkrli həyasızlıqla Livan və Suriya ermənilərinin təcavüzkar köçürülmə planının reallaşdığını açıq şəkildə bəyan edir. Köçənlərin, yəni ən yaxın gələcəkdə köçənlərin övladları üçün isə Qarabağ doğma diyara çevriləcək. Azərbaycan hökumətinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu xəyanətkar proqram vasitəçilərin, ilk növbədə, Qərb təsisatlarının, ABŞ və Avropa İttifaqının tam səssizliyi şəraitində həyata keçirilir.

Böyük hesabla, Ermənistanın son təcavüzkar əməlləri – danışıqlar prosesinin qərəzli şəkildə pozulması, yeni sərhəd postunun ələ keçirilməsi cəhdi və Azərbaycan generalının alçaqcasına öldürülməsi, sonra isə dinc Azərbaycan kəndlərinin yaxınlığında separatçıların liderinin Ermənistana birləşmə həvəsi ilə bağlı hərbi bəyanatları, ardınca başda aparıcı erməni nəşrinin  redaktoru - erməni baş nazirinin həyat yoldaşı Anna Akopyan olmaqla, qadınlardan ibarət silahlı dəstənin peyda olması və nəhayət, Qarabağda Livan erməniləri koloniyasının yaradılması planının gerçəkləşdirilməsi fonunda bir nəticə hasil olur: ATƏT formatında sülh prosesi tamamilə pozulub, iflasa uğrayıb.

 

İlham Əliyevin daha Paşinyanla danışmağa sözü qalmayıb

Prezident İ.Əliyevin baş nazir N.Paşinyanla danışacağı bir şey yoxdur. Çünki Ermənistan bundan əvvəlki iki hökumətin və vasitəçilərin təsdiq etdiyi Madrid prinsiplərini qəti şəkildə rədd edib. Azərbaycan Qarabağı öz sərhədlərində, Ermənistan isə öz ayrılmaz hissəsi kimi görür. Heç kəs digərinə güzəştə getməyəcək. Bəli, bir alternativ var – danışıqların imitasiyası. Amma nəyin naminə? Barışıq naminə sülh? Sinirlər və emosiyalar çox gərilib...

Çünki "Münhen sövdələşməsi" prinsipi ilə dünyanın yenidən bölüşdürülməsi və bütün beynəlxalq hüquq sisteminin tam deformasiyası əsasında qurulmuş yeni dünya nizamı şəraitində Azərbaycana 1992-ci ilin başlanğıc nöqtəsinə qayıtmaq və genişmiqyaslı müharibəni bərpa etmək yeganə yol kimi qalır. Çünki diplomatlar susanda toplar danışmağa başlayırlar. Yaxud Qarabağın Azərbaycanın yuridiksiyası altına qaytarılması iddiasından əl çəkmək. Üçüncü yol yoxdur.

Şübhəsiz ki, Ermənistanı Rusiya ilə müttəfiqlik münasibətləri bağlayır. Bəli, digər regional oyunçu-Türkiyə də bu qarşıdurmada Azərbaycana açıq dəstək verir. Və son vaxtlar ekspertlər proksi-müharibə, Qarabağ uğrunda böyük regional qarşıdurma ehtimalı haqda danışırlar. Bu zaman regional nəhənglərin döyüş əməliyyatlarına birbaşa, yaxud dolayısı ilə cəlb olunması ehtimalını nəzərdə tuturlar. Hansı ki, belə vəziyyət onsuz da kövrək olan regional stabilliyi sarsıda bilərdi. Təsvir edilən bu ən pis ssenari ağlasığmaz nəticələrə və böyük qurbanlara gətirib çıxara bilər. Yaxın Şərq yanğınına bənzər ikinci fəlakət yetişir...


Müharibənin, fəlakətin bir addımlığında...

Beləliklə, danışıqlar dalana dirənib. Müharibə isə fəlakət vəd edir. Bəs necə olsun? Nə etmək olar? Bu dalandan necə çıxmaq olar?

Açıq deyək, indiki dünya düzənində və yeni postliberal “trampoz dövründə” Qərbin və ABŞ-ın Ermənistana təsir rıçaqları qalmayıb. Yunanıstanın Türkiyə ilə müharibənin bir addımlığında olduğu, Liviyada hamının hamıya qarşı döyüşdüyü, balacaboy Kim-in Vaşinqtonu raketlərlə hədələdiyi, iricüssəli Trampın isə ölkəsini ağlarla qaraların qarşıdurmasının bürüdüyü bir vaxtda Almaniyadan qoşunları geri çəkdiyi bu dünyada Ermənistanı heç Putin Rusiyası da dayandıra bilməz.

Danışıqlar yoxdursa müharibə gözləntiləri də artır. Və tarixdə emosiyalar ağıl üzərində tez-tez qalib gəlib. Ağıl fəlakəti rədd edir, hisslər isə Qarabağın itirilməsi ilə barışa bilməz...Hərçənd ağıl onu da deyir ki, indiki pat vəziyyətində biz hamımız, bütün tərəflər müharibənin bir addımlığındayıq. Demək olar ki, fəlakətin astanasında...(Virtualaz.org)
Oxşar xəbərlər
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
22 Apr 2024 | 17:30
Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışladı
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
GÜNLÜK
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL