“Bu 4 qruplaşma Türkiyə ordusunun  Azərbaycanda qalmaması üçün güclərini birləşdirib...”
Oxunub: 17694
05 Sep 2020 | 20:24
“Bu 4 qruplaşma Türkiyə ordusunun  Azərbaycanda qalmaması üçün güclərini birləşdirib...”
Tanınmış politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev Moderator.az-a  geniş müsahibəsində Azərbaycanda və regionda yaranmış son vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

-Cümşüd bəy, yadınızdadırsa, iyulun 10-da saytımıza verdiyiniz “Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...” başlıqlı açıqlamanızda  Azərbaycana qarşı çox dəhşətli bir ssenari,  provakasiya  hazırlanmasındann  bəhs etmişdiniz. Demişdiniz ki, həmin ssenarini hazırlayan və həyata keçirməli olanlar hazırda vəzifə tutan və sabiq kürsü sahibləri arasında bilavasitə  Ermənistan və onu dəstəkləyən iki dövlətlə bağlı olan adamlardır. Və sonda  bildirmişdiniz ki, inşallah, avqustda həmin ssenarinin detalları və iştirakçılarının adlarını cəmi 1 saatlıq efirdə sənədlərlə ortalığa qoymaq planınız var... Bəs bu müddət ərzində nə baş verdi? Niyə açıqlamadınız həmin adları?

-Ondan bir neçə gün sonra, bildiyiniz kimi, Tovuz cəbhəsində gərginlik, ordumuzun şəhidlər verməsi və s. hadisələr ölkə gündəmini tamamilə dəyişdirdi.  Eləcə də son aylar hakimiyyət dairələrində gedən proseslər də araşdırmalarımızda  müəyyən fasilələr yaratdı. Lakin işimi davam etdirirəm və təxminən sentyabrın 24-dək, yəni 20 gün vaxt versəniz, xeyli məqamları fakt və detallarıyla sizə açıqlayacam. Hələlik isə bir neçə yeni məlumatı nəzərinizə çatdırmaq istəyirəm. 

Birincisi, bəhs edilən ssenarini quranların bir hissəsi də Azərbaycanın qanunverici orqanında fəaliyyət göstərir. Onlar 4 ilə yaxın bir müddətdə - 1991-ci il 18 oktyabrdan, yəni müstəqillik qazandığımız gündən 1995-ci il 12 noyabradək – ilk müstəqil Konstitusiyamızın qəbul olunduğu günədək  Azərbaycanın parlament tarixini saxtalaşdırmaqla məşğuldurlar. Buna, demək olar ki, 80 faiz nail olublar... 

Onlar sanki hansısa məqamı gözləyirlər. Həmin məqama qədər öz işlərini mümkün qədər gizli aparırlar. O vaxta qədər bunlar öz adamlarını Prezident Administrasiyasında və  bir neçə nazirlikdə yerləşdiriblər. Bu, əsasən o nazirliklərdir ki, onlar vasitəsilə Prezidentlə xalq arasında uçurumun yaradılmasına, demək olar ki, nail olublar. Bunlar vətəndaşların həm təhlükəsizliyini, müdafiəsini və sosial hüquqlarının qorunmasını təmin etməli olan  dövlət orqanlarıdır. Bəhs edilən düşmən güclər, demək olar ki, həmin qurumlarda adamlarını yerləşdirməyi başa çatdırıblar...  

-Maraqlıdır, sirr deyilsə,  bu yetərli qədər ciddi məlumatları hansı mənbələr, yaxud sənədlər əsasında söyləyirsiniz?

-Ötən söhbətlərimizdə də vurğuladığım kimi,  mən bütün dediklərimi sənədlər əsasında danışıram. Hələlik  əsas faktları açıqlaya  bilmirəm. Çünki bəzi sənədlərin əldə olunmasını gözləyirəm. Amma onu deyə bilərəm ki, dövlət orqanlarında şəbəkələşmiş güclərin məqsədlərindən biri də Azərbaycan dövlətinin doğrudan da xalqın ən ali maraqlarına cavab verən strateji bir iddia irəli sürməsi zamanı hərəkətə keçərək onun baş tutmasının qarşısını almaqdır. Artıq Azərbaycan dövləti və xalqı belə bir iddianı irəli sürüb. Söhbət Türkiyə ordusunun Azərbaycan ərazisində yerləşdirilməsindən gedir... 

Ancaq onu deyim ki,  bunların fəaliyyəti daha uzaq məqsədlərə hesablanıb. Həmin güclərin  layihələrinə nələr daxildir? Birincisi, ölkədə hakimiyyətdaxili qarşıdurma yaratmaq, ikincisi,  hakim partiya ilə digər partiyalar arasında bir uçurum yaratmaq, üçüncüsü, ölkə daxilində milli maraqlar əleyhinə həm daxili, həm də xarici KİV, əsasən internet kanalları vasitəsilə təbliğat aparmaq... 

Bir sözlə,  bunlar ölkədəki vəziyyəti Azərbaycan dövlətinin varlığının sual altında qalmasınadək gərginləşdriməyə çalışırlar... Türkiyə hazırda boş yerə Azərbaycanı əvvəlkindən daha fəal şəkildə dəstəkləmir. Əgər Türkiyə ordusu ölkəmizdə qalmayacaqsa, çıxacaqsa, Azərbaycan dövlətinin mövcudluğu doğrudan da sual altında qalacaq...  Və sözügedən düşmən güclərin də əsas məqsədləri Azərbaycanı ən azı 3 qonşu dövlət arasında, Gürcüstanı da nəzərə alsaq, 4 qonşu dövlət arasında bölməkdir...  Həmin plan üzərində hazırda fəal iş gedir...  

Və hazırda Azərbaycana 4 istiqamətdən hücum var: birincisi - Haykanuşun uşaqları- Ermənistan, ikincisi -  İvanın uşaqları - Rusiya, üçüncüsü -  Daranın uşaqları - İran, dördüncüsü - Sorosun uşaqları-  Avropa, ABŞ... Ölkəmizdə iqtisadi, siyasi, ideoloji gücünə görə birinci yerdə Haykanuşun uşaqlarıdır. İkinci yerdə İvanın uşaqlarıdır ki, onların da Azərbaycanda kifayət qədər sosial bazaları və maddi imkanları var. Üçüncü yerdə Daranın uşaqlarıdır. Onlar da əsasən Azərbaycanda dini amildən, yəni ölkəmizin böyük əksəriyyətinin müsəlman-şiə inanclı olmasından yararlanaraq planlarını həyata keçirməyə çalışırlar. Dördüncü yerdə isə Sorosun uşaqlarıdır ki, onlar əsasən demokratiya, insan haqları, qadın haqları, gender bərabərliyi, cinsi azlıqların haqları, feminizm hərəkatı, tolerantlıq  və s. kimi amillərdən sui-istifadə etməklə  Azərbaycan cəmiyyətinə və dövlətinə müəyyən təzyiqlər edirlər... 

Amma onu deyim ki,  hazırda  bu 4 qruplaşmanın məqsədləri üst-üstə düşür: Azərbaycanda Türkiyənin, xüsusən Türk ordusunun   varlığına imkan verməmək. Çünki Türkiyə bütün parametrlərdə ölkəmizdə oturuşarsa, həmin güclərin hər birinin öz planlarını həyata keçirmək imkanları minimuma enəcək. Məhz buna görə sözügedən qruplaşmalar Azərbaycan daxilində güclərini birləşdiriblər. Odur ki, hazırda ABŞ da, Avropa da, hətta Suriyada müəyyən qədər  rəsmi Ankara ilə maraqları üst-üstə düşən Rusiya və İran da Türkiyənin Azərbaycanla, Qarabağla bağlı planlarının baş tutması üçün bütün vasitələri işə salıblar. Aralıq dənizi məsələsində Yunanıstanla yanaşı, daim İslam dünyasına satqınlığıyla seçilən Misir və Birləşmiş Ərəb Əmirlikılərini də Türkiyə üzərinə saldırıblar... 
 
Dediyim kimi, hazırda bu sadalanan qüvvələr Türkiyənin ayağını Azərbaycandan kəsmək ötrü birləşiblər. Və bizdə olan məlumata görə, bu məqsədlə yaxın bir ayda, bəlkə də sentyabrın sonunadək ölkəmizə qarşı nəsə genişmiqyaslı bir təxribat hazırlayırlar...

-Cümşüd bəy, bu da kifayət qədər ciddi məsələdir. Hansı mənbələrə əsasən belə qənaətə gəlmisiz?

- Əsasən Ermənistan və Rusiyada, eləcə də İranda Azərbaycana qarşı aparılan informasiya müharibəsini  təhlil edəndə bu qənaətə gəlmək olur... Niyə məhz sentyabrın sonunadək olan bir müddətin nəzərdə tutulmasını hələlik müəyyən edə bilməmişik... Amma bütün hallarda  Türkiyənin, eləcə də Pakistanın Azərbaycanı dəstəkləməsi bunları həddindən artıq  narahat edir, qıcıqlandırır və özündən çıxarır... 

-Bəs sizcə, hazırda Azərbaycanda, o cümlədən hakimiyyət dairələrində Türkiyə ordusunun burada qalması ilə bağlı vahid mövqe formalaşıb ki, bu xarici düşmənlər belə həyəcan keçirirlər?..

(Davamı var)

Sultan Laçın

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO