“Ədəbi dilin qorunması uğrunda mücadilə ümumxalq işinə çevrilməlidir”
Oxunub: 2459
04 Sep 2020 | 10:41
“Ədəbi dilin qorunması uğrunda mücadilə ümumxalq işinə çevrilməlidir”
Bu günkü qonağımız tanınmış ədəbi tənqidçi, dosent İradə Musayevadır. Onunla müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün təhdidlər,  bugünkü bədii əsərlərimizin dili, küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.

– Son illər Azərbaycan cəmiyyətində ədəbi dil müzaklirələri səngimir. 2018-ci il kəskin orfoqrafiya debatları ilə yadda qaldı, indi isə Bakının əcnəbi dillər tərəfindən işğalı cəmiyyətdə ən çox müzakirə edilən mövzulardandır. Nələr baş verir?

— Əslində dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Elə bilirsən və özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Elə olsa, hökumət və xalq bu boyda biabırçılığa susmaz…

Fəqət bu gün ölkədəki ictimai-siyasi, sosial-mədəni sahələrə uzun illər rəhbərlik edən daxili düşmən qüvvələrin gözlərimiz önündə açılan cinayət qovluqlarındakı antimilli təbliğat proqramı sübut etdi ki, bütün bunların hamısı məqsədli imiş. Xalqın dilini, dinini, mədəniyyətini, tarixini, elmini, təhsilini, mətbuatını, ədəbiyyatını, əxlaqını yerlə yeksan etmək üçün böyük bir şəbəkə fəaliyyət göstərirmiş. Yəni, ziyalıların səsi eşidilməsə də, mübarizə və etirazlarında haqlı imişlər. Dilimizin süquta doğru sürüklənməsi məişət, cəmiyyət həddində deyil, daha yuxarı səviyyələrdə planlanıbmış…

Deyirsiniz ki, 2018-ci il kəskin orfoqrafiya debatları ilə yadda qaldı. Bəli, onların dil islahatı adıyla oynadığı maliyyə oyunlarının qarşısını yüzlərlə milli qeyrəti olan adamların prezidentə müraciəti hesabına dayandıra bildik.

– Müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün ciddi təhdidlərin yaranması qəribə deyilmi?

— Sovet hakimiyyəti illərində Azərbaycan dilinin lüğətçiliyi, işlənmə etikası daha səviyyəli vəziyyətdə idi. Televiziya-radio, yazılı mətbuat mədəniyyəti elə qurulmuşdu ki, dilimizi hörmətdən salan, aşağılayan, qəbilə dili həddində kiçildən nüanslar tapa bilməzdin. Onda öz içərimizdə olan antimilli qüvvələr bu qədər böyük səlahiyyətlərə yiyələnməmişdi. Baxın AMEA-nın Ədəbiyyat və Dilçilik institutlarına. Özfəaliyyət təşkilatları kimi primitiv işlərlə məşğuldurlar. Cəmi 100 min sözü olan bir orfoqrafiya lüğəti adına milyonlarla manat pul mənimsənildi. Ortada isə heç nə yoxdur. Minlərlə tiraj (əgər tiraj sayı doğru yazılıbsa!) dəfələrlə çap olundu və dəfələrlə də ləğv edildi. Bütün bu eybəcər siyasət rəsmi qaydada həyata keçirilir və işin içərisində olan və ya müşahidə edən alimlər isə müticəsinə susurdu… Dövlətin dilimizə ayırdığı pullar həmin bu mafiyoz qrupun cibinə gedir, nəticədə əlimiz yenə boş qalırdı. Və yenə AMEA alimləri susur, yaxud yaltaqcasına haqqı danırdı… Məşhur “Qoşa yy əməliyyatı” yadınızda olar. Hətta bizim inandığımız dilçi alimlər belə oyunlara alət oldu…
Dövlət Dil Komissiyasının yarıtmaz fəaliyyəti də buraya əlavə edilməlidir. Orfoqrafiya lüğətlərinin biabırçı şəkildə nəşri və bu komissiyanın məsuliyyətli tərəf olduğu halda etinasız davranışı təəccüblüdür. Baxın, əslində orfoqrafiya lüğəti hər 5 ildən bir təkmilləşdirilib yenidən nəşr olunmalıdır.  2012-ci ildə nəşr edilən lüğət “ciddi nöqsanlara görə” satışdan yığışdırılıb, 2013-cü ildə nəşr edilən lüğət isə orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən çap edildiyi üçün hüquqi qüvvəsi olmayan elan edilib. Dövlət Dil Komissiyasının adı isə hər iki lüğətdə yazılıb.

Dövlət Dil Komissiyası niyə yaradılıb? “Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə”. (Respublikasının Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı ilə yaradılıb).

– Qayıdaq Bakı küçələrinin “işğal”ına. Sizcə, bu məqsədli ola bilərmi?

— Əlbəttə! Küçə yazıları dilin gözdəki yaddaşıdır! Dili korlamaq və ya təhrif edib sıradan çıxarmaq üçün onlarla metod var. Dərsliklərin dili, mətbuat dili, televiziya və radio verilişlərində danışılan lağlağı aspektli dil modeli… Və ən əsası milli dilə alternativ və önə çıxarılan başqa dili (rus dilini) hörmətləndirmə siyasəti. Bu gün niyə az qala 70-80 faiz valideyn israrla övladlarını rus məktəblərində oxutmaq istəyir?! Bütün bunlar hamısı həmin siyasətin bəhrəsidir. İş adamları obyektlərinin üstündə öz dillərində deyil, əcnəbi dildə yazılar yazdırır, analar övladları ilə başqa dildə danışır, marketlərdə malların üstünü oxusanız, çoxunda yazılar ilk olaraq başqa dildədir (halbuki mal Azərbaycan istehsalıdır).

– Təxminən bir ay əvvəl BŞİH-də ziyalılarla görüşdə Siz də iştirak edirdiniz. Təəssüratlarınız maraqlıdır…

— Bəli, bildiyiniz kimi, Bakı şəhərinin əcnəbi dillərdən təmizlənməsi uğrundakı mübarizəyə yüzlərlə insan qoşuldu. FADMM-in, şəxsən Vasif Sadıqlının reallaşdırdığı hərəkat həm xalqın, həm də dövlət rəhbərinin diqqət mərkəzinə çatdırıldı. Şükür ki, bu dəfə reaksiya və konkret addımlara cəhd müşahidə etdik. 1000-dən çox imza toplandı ki, bunların içərisində professorlar, elmlər doktorları və ümumən tanınmış ziyalılar çoxluq təşkil edirdi. Əslində daha çox, on minlərlə imza yığmaq olardı. Lakin məsələ problemi qabartmaq və onun ali səviyyədə həllinə nail olmaq idi. Bu mərhələyə qədər müəyyən nəticələr əldə olundu və Bakı Şəhəri İcra Hakimiyyətində rəhbər şəxslər bizi qəbul etdi, iki saat yarım müddət ərzində müzakirə aparıldı. Söhbət əsnasında məsələnin nə qədər labrintvari, problemli və ziddiyyətli olduğunu hər iki tərəf anladı. Məlim oldu ki, şəhərin reklam dili, iaşə obyektlərinin ad məsələsi təkcə BŞİH-in fəaliyyəti çərçivəsində həll edilmir. Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi və digər tərəflər var ki, onlar da əllərində olan əsasnamə, qanun maddələri ilə özlərini, bu sahə ilə bağlı fəaliyyətlərini haqlı hesab edə bilər. Nəticə isə yenə eybəcər alınır! Deməli, bir araya gələrək geniş müzakirələr aparılmalı və operativ şəkildə fərdlərin, qurumların, imtiyazlı şəxslərin deyil, AZƏRBAYCAN DİLİ-nin mənafeyi naminə qərarlar, layihə və iş planları hazırlayaraq Bakının yazı dilini mükəmməl şəkildə təmizləmək lazımdır! Məsələn, BŞİH-dəki söhbətdə məlum oldu ki, elə müəssisə və təşkilatlar var, onların sahiblərinə güc çatmır və ya müharibə veteranlarına nələrdəsə güzəşt etmək məcburiyyətində qalırlar və s. Sözsüz ki, bu hallarla mübarizənin özü vaxt və enerji tələb edir. Lakin bir millətin dilnin taleyi məsələsi, ölkə prezidentinin göstərişi və milli təəssüb mücadiləsi olan yerdə heç bir status önə keçə bilməz!

– FADMM-in təşəbbüsü Türkiyədə də rezonans doğurdu və Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı. Bu barədə də nə deyə bilərsiniz?

— “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlının təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu və bəlkə də, ilk dəfə idi ki, biz Türkiyədən deyil, Türkiyə bizdən örnək götürdü. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı. Və Vasif müəllimin də qeyd etdiyi kimi Azərbaycandan fərqli olaraq Türkiyədə müvafiq qanun layihələri hazırlanıb, reklam, tablo və lövhələrdə türk dilinin vəziyyəti barədə məlumatlar analiz edilib, ingiliscə adların çeşidlənməsi və türk dilinin qorunması üçün uyğun qanunun qəbulu təklif olunub. Otellər, istirahət mərkəzləri, ayrı-ayrı sahibkarlıq subyektlərinin lövhələrində ingilis dilindən həddən artıq çox istifadə problemi həll olunmaq üçün konkret addımlar atılıb.

Məsələ və əsas fərq  ondadır ki, bu günə qədər Türkiyədən fərqli olaraq, bizdə dilin qorunması və inkişafı ilə bağlı xeyli sayda  qanunvericilik aktları, sərəncam, fərman, əmrlər imzalanıb. Həmin rəsmi sənədlərin praktikaya tətbiqi isə yarıtmaz və deyərdim ki, tam əks formada ifadəsini tapıb. Yəni dövlətin, millətin, müstəqilliyin atributu olan bir simvol, meyar (Azərbaycan dili) məqsədli şəkildə tənəzzülə sürüklənib. Deməli, onlarda qanun qəbul edilən kimi real addımlar atılmağa başlanıldığı halda,  bizdə ənənəvi olaraq nəzəriyyənin praktikaya tətbiq edilməməsi naqisliyi ortaya çıxır. Qanunlar gözəldir, icrası isə bərbad…

– Ədəbi dilin inkişafında bədii əsərlərin rolu danılmazdır. Bir ədəbi tənqidçi kimi bugünkü yazıçıların əsərlərinin dili Sizi qane edirmi?

— Sözsüz ki, istənilən bir dilin koloriti, yenilənməsi, inkişafı, kökə bağlılığı daha çox bədii ədəbiyyatla bağlı olur. Yazıçı dili yaradıcı, obrazlı, poetik rəngarəngliliyi ilə  seçilir və bütün bu yaradıcı təfəkkür detalları ümumi mədəni dili zənginləşdirir. Bizim klassik anadilli ədəbiyyatımızda, XIX əsrin sonu XX əsrin əvvəllərindəki ədəbi mətbuatımızda və bədii yaradıcılıqlarda da bu rəngarəngliyi görmək olar.

Bugünkü bədii əsərlərimizdə yazıçı leksikası çox hallarda bəsit, yekrəng, quru  görünür. Bədii dil ədəbi dilə yeni və yaşayacaq, lüğətdə yer tutacaq sözlər ötürə bilmir.  Bunun üçün yazıçı cəsarəti çatmır, yazıçı təşəbbüsü və cəhdi, zəhməti görünmür. Halbuki bəyənmədiyimiz sovet ədəbiyyatı, xüsusən sovet nəsri bununla bağlı çox iş görüb. Məsələn, S.Rəhimovun “Şamo” romanı və s.

– Yenə qayıdaq paytaxtın işğalına. Bakının Rəsulzadə küçəsində 42 obyektdən 41-i əcnəbicədir. Başqa bir paytaxtda, lap elə Tbilisidə belə vəziyyət olardısa, ziyalıların susacağını təsəvvür edə bilirsinizmi?

— Dili təkcə sərəncam və qərarlarla qorumaq olmaz! Təcrübə də bunu göstərdi. Dili ilk növbədə xalq və onun düşünən təbəqəsi olan ziyalıları qorumalıdır. Qorumaq da azdır, təbliğ etmək, sevmək, inkişaf etdirmək və s. Biz dilimizə hörmət etmirik, öz müəssisəmizin adını, onun reklamını kütlə marağı, zövqünə hesablayaraq müəyyənləşdiririksə, bu elementar davranışın özündə də dilə xəyanət nüansı var. Biz adları elə seçib, elə reklam edə bilərik ki, o yazılarda dilin estetikası, zərifliyi, poetikası diqqəti cəlb edər.  İş adamı olmaq anti-milli mövqeli olmaq demək deyil. Hər bir sahənin insanı dili qoruma prinsiplərini başqa maraqlara qurban verməməlidir.

Bəs bizdə necədir? Onlarla iaşə obyektinin əcnəbi dildə və səhvlərlə dolu başlıqlarını oxuya-oxuya AMEA-ya işə gedib-gələn alimlərimiz (həm də dilçi alimlərimiz) məsuliyyət hiss edirmi? Və ya narahat olur, etiraz edirmi? İnanın ki, adi vətəndaşlar etiraz edir, onlar yox… Yəni, yumşaq şəkildə etiraz və müraciətə qoşulma məqbul deyil hazırkı durumda. Əllərində olan səlahiyyətlərdən istifadə edib, işlədikləri təşkilatda aparılan anti-milli dil əməliyyatlarına kəskin reaksiya verməli, bununla bağlı cəsarət və qətiyyət nümayiş etdirməlidirlər. Misal çəkə bilərikmi? Xeyr… Hamısı öz müdirlərinin diktəsi ilə reaksiya verir, adətən… Yəni 99 faizi…

– Nəyəsə nail olacağınıza inanırsınızmı? Deyilənə görə, “Bakı əcnəbi dillərin işğalından ya azad olunacaq, ya da azad olunacaq” deyə şüarınız var…

— Çox çətin prosesdir, lakin davamlı, prinsipiallıqla və inadla, zəhmətlə problemi həll etmək istəsək, alınar. Bu mücadilə ümumxalq işinə çevrilməlidir! Məktəblərdən tutmuş, bütün əlaqədar qurumlara qədər hər yerdə hər kəs düşüncəsinə, beyninə “Dilimizi sevək və qoruyaq!” şüarını həkk etsə, qısa zamanda çox uğur qazanmaq olar.

– Bu gün bədii ədəbiyyatın tərcüməsi işi, necə, qənatbəxşdirmi?

— Çox hallarda yox! Bununla bağlı xeyli məqalələr yazmışam. Tərcüməçilər dili daha bərbad hala çalır. Qarşı dilin müqabilində dilimizi şikəst, iflic obrazı ilə təqdim edir. Məsələn, bu barədə yazdığım sonuncu yazı A.Soljenitsinin romanının tərcüməsi ilə bağlı idi. Çox böyük bir həcm, böyük tiraj və dilimizin rəzil günə salınması fəaliyyəti! Dövlət büdcəsinin bu işə ayırdığı pulun hesabını soruşan yoxmu? Redaktor, məsul şəxs yoxmu?! Formal olaraq hamısı var, təkcə millətinə, mədəniyyətinə, dilinə hörmət hissi yoxdur!

– Sosial şəbəkələrdə dildən istifadənin vəziyyəti haqda nə deyə bilərsiniz?

–Çoxlu orfoqrafik və üslub səhvləri olur…

– Televiziya kanallarında ədəbi dil normalarımın qol-qanadının qırılması hallarının qarşısının alınması üçün, Sizcə, hansı tədbirlər görülməlidir?

— Televiziya kanallarında ədəbi dil normalarımın qorunması üçün ilk növbədə  mətbuat mədəniyyəti, etikası, əxlaqı olmalıdır. Bu isə xüsusi bir söhbətin mövzusudur. Mətbuat sahəsində ciddi islahatlar aparılmalıdır. (ilkxəbər)
Oxşar xəbərlər
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 11:46
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 11:46
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...