Qondarma
ittihamlarla həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin vəkili
Elçin Sadıqov bu gün saat 12 radələrində MTN-nin təcridxanasında onunla görüşməyi
planlaşdırır.
Moderator.az-a
açıqlama verən vəkilin sözlərinə görə,
apellyasiya şikayətinə
nə vaxt baxılacağı ilə bağlı onlarda hələ ki, heç bir məlumat yoxdur.
Elçin Sadıqov
onu da bildirdi ki, cinayət işinin MTN-dən alınıb Baş Prokurorluğa verilməsinə
dair vəsatətin taleyi də hələlik bəlli deyil.
Vəkilin sözlərinə
görə, Pərviz Həşimli yalnız bir dəfə-ayın 17-də həbs olunan gün MTN tərəfindən
ayrılmış vəkilin iştirakıyla Təvəkkül Qurbanovla üzləşdirilib. Baxmayaraq ki, Pərviz
həmin vəkilin xidmətindən birmənalı olaraq imtina edib. Ancaq qanunsuz olaraq
onun tələbi təmin edilməyib: “Ona görə də müdafiə tərəfi bunu qanunsuzluq kimi
qiymətləndirir və Pərvizin vəkilin iştirakıyla onun üzünə duran Təvəkkül
Qurbanovla yenidən üzləşməsini tələb edir. Pərvizin özü bu ittihamları qətiyyətlə
rədd edir və bunu qurama iş adlandırır.Biz əlimizdən gələni edib onun günahsız
olduğunu sübut edəcəyik.”