Azərbaycanda
daha bir işçi qrupunun maaşı artırılıb. Moderator.az Avropa.info-ya istinadən
xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan prezidenti
İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial
müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə
2013-cü ildə bir sıra sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə
dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin
əməkhaqqıları 10 faiz həcmində artırılıb. Azərbaycan vətəndaşlarının
sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya
İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində
çalışan işçilərin əməkhaqqıları oktyabr ayının 1-dən etibarən 10 faiz
artırılacaq.