Yaşar Nurinin qızı: “Atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu, gözəldir...”
Müsahibə
Oxunub: 5228
03 Sep 2020 | 16:50
Yaşar Nurinin qızı:  “Atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu, gözəldir...”

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür. 

Moderator.az kulis.az-a istinadən  “Atamın xatirəsi” layihəsindən aktyorun qızı Ülviyyə Nuriyeva ilə müsahibəni təqdim edir.

- Ülviyyə xanım, Yaşar Nuri evdə necə insan idi?

- O, evdə çox az olurdu. Biz atamı istədiyimiz qədər görə bilmədiyimiz üçün həmişə darıxırdıq. Bacım onunla daha sərbəst idi. Amma mən müəyyən vaxta qədər ondan çəkinmişəm. O vaxtkı adətlərə görə atama olan məhəbbətimi o qədər də büruzə verə bilmirdim. Son dövrlərə qədər mənim yadıma gəlmir ki, o, nə vaxtsa məni öpsün. Mənə həmişə atam da, anam da evin böyük uşağı kimi baxıblar, ciddi yanaşıblar.

Gallery

Sağdan Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva, ortada qızı Ülviyyə Nuriyeva, solda nəvəsi Gülnar, ayaqüstə qızı Ülkər Nuriyeva.

- Bildiyimə görə xeyli ciddi və despot ata olub.

- Ümumiyyətlə, incəsənət adamları faktura etibarı ilə çox qəliz olurlar. Onların xarakterinə birmənalı şəkildə qiymət vermək düzgün deyil. Böyük sənətkarların şəxsiyyəti anlaşılan və birmənalı olsaydı, onlar o qədər yüksəkliyə çatmazdılar. Konkret atam haqqında isə despot olub deyə bilmərəm. Çünki ailədə mənə həmişə seçim hüququ tanınıb. Amma müəyyən mühafizəkarlığı olub. Misal üçün hansısa libas seçimində nəsə xoşuna gəlməyibsə, bunu birbaşa özü yox, anam vasitəsi ilə bizə çatdırıb. Üzərimdə dəhşətli ata basqısı hiss etməmişəm. Sənət seçimində də mənə xeyli azadlıq verib. İncəsənətə marağım olsa da aktrisa olmağı düşünməmişəm.

- Aktrisa olmaq istəsəydiniz, atanız icazə verərdi?

- Aktrisalıq potensialım olub, məncə aktrisa olmağı da bacarardım. Amma elə bir arzum olmayıb. Olsaydı, bəlkə də icazə verərdi. Çünki istedad elə bir şeydir ki, bu arzu ilə birləşəndə nə qədər maneə olursa-olsun bir tərəfdən vurub çıxır.

- Yaşar müəllim sizi tamaşalarına aparırdı?

- Mən teatrda olan bütün premyeralara gedirdim. Atam həmişə bizi aparırdı. Bugünkü kimi həmin tamaşaları, orda iştirak edən aktyorları, hansılar ki, indi dünyalarını dəyişiblər hamısını xatırlayıram.

- Aktyor övladı olduğunuz üçün yəqin ki, pərdə arxasında da olurdunuz. Oralarda nə baş verirdi?

- Tamaşa arası fasilə olanda dərhal atamın yanına, pərdə arxasına qaçırdım. Orda başqa aktyorların da uşaqları olardı. Bizim ən böyük sevincimiz teatrın bufetinə yığışmaqdan ibarət idi. Aktrisalar bizə qarşı çox diqqətli olurdular, konfet verib, yanağımızı çimdikləyirdilər. Başqa uşaqların görə bilmədiyini biz aktyor uşaqları görürdük. Bu da bizim lüksumuz idi. Amma buna görə də mən heç vaxt Şaxta Babaya inanmamışam (gülür). Ümumiyyətlə, teatrın atmosferi bambaşqadır. Teatr intellektualların yeridir. Onun aktyoru da, izləyicisi də intellektual olmalıdır.

- Atanız ən çox nəyi sevirdi?

- Atamdan ən çox nəyi sevirsən soruşsaydınız, mütləq teatrın adını çəkəcəkdi. Ona xalq məhəbbəti qazandıran teatr olub. Amma teatrdan qabaq toylarda məşhurlaşmışdı. Uşaq vaxtı Sovetskidəki toylara gedirmiş. Hamı da bilirmiş ki, o, aktyor oğludu. “O, olmasın, bu olsun” filmindən Məşədi İbadın filmdə oynadığı havanı çaldırıb oynayarmış. Ağappaq, toppuş uşaq olduğu üçün də hamı onu Pambıq deyə çağırarmış. Sonralar artıq özündəki aktyorluq qabiliyyətini hiss edib aktyor oldu.

Teatr onun həyatının vacib hissəsi idi. O, Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra getmişdi, evə gəlməmişdi.

Gallery

- Rollarını özü ilə evə gətirirdi?

- Xeyir, evdə sırf Yaşar Nuri idi. Bəzən evdə rollarını oxumasını görmüşəm, amma məşq etdiyini, bizim qarşımızda hansısa rolunu hazırlaşmasını yox. Atamın insanları dərindən müşahidə etməsinin tez-tez şahidi olmuşam. Mənə elə gəlir ki, aktyor kimi onun müşahidə qabiliyyəti çox güclü idi. Atamın peşəkarlığı onda idi ki, əyninə geyindiyi obrazları sonradan çox asanlıqla soyunmağı da bacarırdı. Əslinə peşəkarlıq da elə budur. Aktyor obrazın duyğularını davamlı olaraq özündə yaşatsa, ondan xilas ola bilməsə dəli ola bilər.

- Yaşar Nuri teatr aktyoru idi. Ömrünün böyük hissəsi də teatra həsr olundu. Bəs teatrda itirdiyi enerjinin yerini nə ilə doldururdu?

- Atam teatrda həm də risk etməyi sevən aktyor idi. O, bir çox tamaşalarında səhnəyə çıxandan sonra deməli olduğu sözü, artıq pərdənin arxasından gələ-gələ deyirdi. Bu da çox riskli idi. Tamaşaçı aktyoru tanıyıb qəbul edirdisə, əl çalırdı. Etmirdisə yox. Sərf etdiyi gücü, enerjini o, başqa rol ifa etməklə bərpa edirdi. Həm də mənim atam insanları sevirdi. Tamaşadan sonra o, yorğun vəziyyətdə gəlib yatırdı. Ertəsi gün isə yuxudan oyananda bizimlə zarafatlaşırdı, kiməsə sataşırdı, kiməsə xoş söz deyirdi və bununla da sanki öz gücünü bərpa edib əvvəlki vəziyyətinə qayıdırdı. Ona aid obrazdan gələn tamaşaya qədər xilas olurdu. Ümumiyyətlə isə hər bir sənət adamının daxilində bir enerji olur ki, həmin enerji mütləq sərf olunmalıdır. Nə zaman ki, bu enerji tam bitir, onda sənətkarın həyatı da sona çatır. Həmin enerjinin sərf olunmaması isə partlayışa səbəb ola bilər. Bu baxımdan mənim atamın içi daim dolu oldu. Bitəndə isə dünyadan köçdü.

Atam Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri dedilər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də indi. Rəsmi şəxslərdən tutmuş, universitet tələbələrinə, küçədə xırdavat satan adi satıcılara qədər atamın yanına gəlirdilər.

Gallery

- Yaşar Nuri özü həyatda olmasa da, iştirak etdiyi tamaşalar, filmlər var. Ölümündən sonra onu şüşə ardından izləmək necə hissdir?

- Bizim bir bayramımız atamsız keçmir. Yeni ildə də, Novruz bayramında da bütün kanallarda atamın iştirakı ilə olan filmləri, tamaşaları göstərirlər. Əlbəttə ki, hamısı atamı xatırladır. Və yaxud da işlədiyim yerdə, harasa gedəndə kimsə yaxınlaşıb atam haqqında xoş sözlər deyəndə, onun nə zamansa başqalarına etdiyi yaxşılığı xatırlayıb dilə gətirəndə çox sevinirəm. Necə və nə cürsə atam insanların həyatından keçib gedib.

- Dostları çox olub. Məclis qurmağı xoşlayırdı?

- Dostları çox idi. Məclisləri də sevirdi. Amma evə dostlarını gətirməyi xoşlamazdı. Arada bağımızda qonaqlıqlar olanda ora yığışardılar. Teatr çox mürəkkəb və intriqalarla zəngin bir yer olsa da, atamın kiminləsə mübahisəsini, davasını xatırlamıram. Həm də sənətin zirvəsində olan adamın kiminləsə problemi olmur. Kimsə daxilən onunla problem yaşasa da, atamın heç kimlə problemi olmaylb.

- Atanızla bağlı bir Firəngiz Mütəllimova əfsanəsi də gəzib dolaşırdı...

- Firəngiz xanımla mən gördüyüm, bildiyim qədəri ilə dost idilər. Hətta onların birgə iştirak etdikləri “Səni axtarıram” tamaşasında Firəngiz xanımın ifa etdiyi obrazın adını mən öz qızıma qoymuşam.

Məhəbbət bütün pisliklərin üzərindən xətt çəkən gözəl bir duyğudur. Əgər onların arasında məhəbbət olubsa və yaxud da mənim atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir. Və nə yaxşı ki olub. Deməli, mənim atam sevgiyə açıq insanmış.

- Xüsusən xəstəlik dövrlərində atanız Firəngiz xanımı görəndə həmişə kövrəlirdi...

- Bilirsiniz, istənilən kollektivdə, iş yerində tərəf müqabili çox önəmli məsələdir. Teatrda tərəf müqabili isə qarşı tərəfin bir zamanlar ifa etdiyi rol, yaşadığı duyğular, vurduğu ətir, geyindiyi paltar, ümumilikdə isə bir zamanların xatirəsidir. İndi onların da münasibətlərini kimsə məhəbbət mövzusuna çevirirsə, bu da onların öz işidir. Bəzən adam özü öz hisslərindən baş açmır ki, kimisə həqiqətən sevir, yoxsa yox. Bu baxımdan mən qəti şəkildə onların münasibətlərinə qiymət verə bilmirəm. Ona görə yox ki, nələrisə bilmirəm. Əksinə mən bir çox şeyləri həddindən artıq bilirəm. Ancaq onların bir-birini sevməsini bilsəydim, deyərdim ki, seviblər.

Gallery

- Teatr mühitində onların münasibətini dostluqla xarakterizə edirlər...

- Bəlkə də dostluq yox, başqa münasibət olub. Bəlkə də məhəbbətdən dostluğa gəlib çıxıblar. Bilmirəm. Hər halda mən onların dostluqları olan dövrə gəlib çıxmışam.

- Ümumilikdə qadınlarla münasibəti yaxşı idi.

- Qadınların atama həmişə marağı olub. Biz dənizə çimməyə gedəndə qadınlar, qızlar atama yaxınlaşıb onunla görüşür, onu öpürdülər. Türkiyədə xəstəxanada yatanda tibb bacılarının hamısı onu o qədər çox istəyirdilər ki, damarına iynə vurmağı bir-birlərinin boynuna atırdılar. Deyirdilər ki, biz onu incidə bilmərik. Dəqiq bilirəm ki, ətrafındakı qadınlar onu həmişə çox seviblər. Yəqin ki, o, da kişi xeylağı olaraq bu cür sevgilərdən istifadə edib (gülür). Atamda narsizm çox güclü idi. Ola bilərdi ki, kimdənsə xoşu gəlsin, amma inanmıram ki, hansısa qadına dəlicəsinə aşiq olub onu sevsin.

Image result for yaşar nuri aktyor

- Yaşar Nuri öz xəstəliyini biləndə necə reaksiya vermişdi?

- Tamamilə soyuqqanlı münasibət göstərdi. Mən heç vaxt onun səhhəti və ya xəstəliyi ilə bağlı gileyləndiyini eşitmədim. Hətta Türkiyədəki həkimlər belə onun soyuqqanlılığına, dözümünə heyran qalmışdılar.

Bilirsiniz, aktyorlar bir qayda olaraq tamam başqa dalğada yaşayırlar. Bəlkə də onlar o qədər roldan rola girirlər ki, bizlə də oyun oynayırlar: guya xəstəlik onların vecinə deyil.

- Amma siz də aktyor övladısınız. Atanızın hansı hisslər yaşadığını duymaya bilməzdiniz...

- Məncə o, yetəri qədər ağıllı insan idi. Və dərk edirdi ki, səhhəti ilə bağlı məsələlər yaxşılığa doğru getmir. Amma bu haqda bizdən nəsə soruşması, nəyisə ürəyinə salması, kapriz etməsi yadıma gəlmir.

- Yaşar müəllimin oğlu olmayıb. Nə zamansa oğul xiffəti çəkdiyini xatırlamırsınız?

- Kaş ki, bir qardaşımız da olardı. Mən bunu çox arzulamışam. Amma atam heç vaxt belə şey dilinə gətirməyib. Çünki bizi, qızlarını çox sevirdi. Oğlanlara qarşı nisgilli bir istəyinin olması yadıma gəlmir.

- Aktyor Məcnun Hacıbəyov müsahibələrinin birində Yaşar Nurinin ölüm səbəbinin içki olduğunu, hətta atanızın içkidən tez ölmək üçün istifadə etdiyini deməsinin şahidi olduğunu dilə gətirmişdi. Sizcə, atanız tez ölməyi arzulayardı?

- O müsahibədən sonra mən onlara zəng vurdum və daha da dərinə gedəcəkdim, anam qoymadı. Siz hal-hazırda teatrda sağ olan aktyorlardan, atamı tanıyanlardan soruşun, görün mənim atamın yanında Məcnunu görən olub. Mənim atamın ən yaxın dostu Səməndər Rzayev olub. Atam ona çox hörmət edib. Çünki həqiqətən çox nəhəng aktyor olub. Səməndər Rzayev, Məlik Dadaşov, Həsən Turabov səhnəyə çıxanda səhnə lərzəyə gəlirdi. Mən “Şah Qacar” tamaşasında onları görəndə zalda titrəyirdim. Bu günə qədər də onların ifalarının təsirindən çıxa bilmirəm. Yəni atamın ətrafında bu cür aktyorlar olub. Onlar atam haqqında həmin sözləri desəydilər, deyərdim dost olublar, yəqin nəsə bilirlər. Amma Şamaxının harasındasa yaşayan adamın belə danışması gülməlidir.

Gallery

- Amma Yaşar müəllim haqqında içmirdi demək də doğru olmazdı.

- Əlbəttə, içirdi. Ancaq təbii ki, asılılıq dərəcəsində yox. İçki içmək o qədər də yaxşı hal deyil. Amma mən elə bir aktyor tanımıram ki, içməsin. Mənim atamı da həmişə içkiyə qonaq ediblər. Bununla əyyaşlıq arasında çox böyük fərq var.

Digər tərəfdən isə bir insanın yaşantısına, ailə həyatına baxıb onun içki aludəçisi olub-olmadığını çox rahat təyin etmək olar. Mənim atamın da ailəsi və yaradıcılığı göz qarşısında olub. Vikipediyada atamın ifa etdiyi rollar, qazandığı adlar, medallar haqqında geniş məlumat var. Ora baxandan sonra atamın həyatı haqqında nəticə çıxarsınlar. İçki aludəçisi o boyda uğur qazana bilməzdi. Bir də ki, atam və digər dünyasını dəyişmiş aktyorlar artıq bu dünyada yoxdurlar. Əgər bu insanlar hansısa məsələyə o dünyadan gəlib münasibət bildirə bilmirlərsə, onda başqaları da onlarla bağlı məsələlərdə mülahizələr yürütməsinlər. Eləcə də biz övladlar valideynlərimizi analiz etməməliyik. Hara qədər haqqımız çatırsa, onlara münasibət bildirməliyik. Bəzi məsələlər elə mif olaraq qalsa yaxşıdır. Əgər deyirlərsə ki, Yaşar Nuri yeyib-içən adam olub, elə bu cür fikir qalsa yaxşıdır.

- Atanızın ən çox sevdiyiniz rolu hansıdır?

- Bütün rollarını çox sevirəm. Hərəsini bir xüsusiyyətinə görə. Amma Abdulla Şaiq adına Kukla teatrında ifa etdiyi Məşədi İbad rolunu izləyəndə ağlayıb, isterika keçirdim. Məni bulvarda güclə sakitləşdirdilər. Atamın o rolundan sonra emosional partlayış yaşadım, üç gün xəstə yatdım. Bütün kuklaların əhatəsində tək aktyor atam idi. O, tamaşa dəhşətli bir şey idi. Həm də atam onda xəstəlikdən təzəcə ayılmışdı. Onun fiziki olaraq çətinlik yaşadığını hiss edirdim.

- Siz atanızın 60 illik yubileyində də çox kövrəlmişdiniz.

- Elədir. Biz bacımla lojada əyləşmişdik. Mən başımı sürahiyə söykəyib ağlayırdım. Çünki onun nə vəziyyətdə olduğunu bilirdim. Həmin gün atam xəstəxanadan teatra gəlmişdi. Bayırda təcili yardım maşınları oksigen balonları ilə hazır vəziyyətdə dayanmışdılar. Amma atam düz dörd saat səhnədə əyləşdi. Çünki teatrı sevirdi.

- Müğənni Rüfət Axundov və aktyor Nicat Rəhimov sizin yaxın qohumlarınızdılar. Onlarla münasibətiniz necədir?

- Rüfət mənim doğma bibim oğlu, Nicat isə atamın bibisi nəvəsidir. Atamın onların üzərində əməyi də olub. Məncə olmalıydı da. Mən indi Rüfətə zəng vurub rahatca söhbət edə bilərəm. Və inanın ki, ondan mənə zəng vurmasını da gözləmirəm. Əgər mənim kiminləsə qohumluq bağlarım varsa və həmin adam mənə zəng vurmursa, bu onun problemidir, mənim yox. Rüfət də, Nicat da mənim qardaşımdı. Onların uğuru məni daim sevindirir.

Gallery

- Atanızla bağlı ən çox nəyi xatırlayırsınız?

- Onun qoxusunu heç vaxt unutmuram. Özünə məxsus spesifik qoxusu vardı (kövrəlir). Biz uşaq olanda tamaşaların premyeralarına aktyorlar üçün içərisində şampan şərabları olan gül səbətləri gətirirdilər. Mən də premyera günləri yatmayıb gözləyirdim ki, atam mənə gül gətirəcək. Mən gözləyirdim, o, isə gətirmirdi. Hamısını aktrisalara, teatrda işləyən qadınlara bağışlayırdı. Amma atam pulla gül alıb bağışladığı yeganə qadın mən olmuşam. Bu da bircə dəfə mənim ad günümdə baş verib. Məndən başqa atam heç bir qadına gül alıb bağışlamayıb.

- Son günlərini necə xatırlayırsınız?

- Onun yanına həmişə mütəmadi olaraq gedirdim. Amma son üç gündə getmədim. Hansısa bir hiss sanki məni saxlayırdı, qoymurdu getməyə. Ürəyimə nəsə dammışdı. Bilirdim ki, artıq sona gəlib çatmışıq. Amma bunu açıq-aşkar ifadə etmək istəmirdim. Səhər saat beş idi. Anam zəng vurub xəbər verdi ki, atam artıq dünyasını dəyişib. Dəfnində xalq onun tabutunu o qədər əldən-ələ keçirirdi ki, mən kənarda dayanmaq istəyirdim, insanlar onunla rahat vidalaşsınlar.

Oxşar xəbərlər
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO