Moderator.az Avropa.info-ya
istinadən xəbər verir ki, mətbuat konfransında
Cəmil Həsənli İTV-nin efirində baş vermiş hadisələrə öz münasibətini açıqlayıb.
C.Həsənli deyib ki, prezidentliyə namizəd Hafiz Hacıyevin sənədləri
Prezident Administrasiyasında hazırlanıb: "Bu sənədlər sonra MSK-ya
göndərilib. Onun namizədliyinin müdafiəsi üçün imzalar da PA-nın göstərişi ilə
toplanıb".
C.Həsənlinin sözlərinə görə,
Hafiz Hacıyevin namizədliyinə PA-nın rəhbər işçilərinin heç də hamısı razı
olmayıb. "Onlardan bəziləri H.Hacıyevdən Milli Şuraya qarşı istifadə
etməyə çalışırlar. Lakin biz hakimiyyətə iddialı olduğumuzu ortaya qoyduq.
Milli Şuranın namizədindən xalqın namizədinə çevrilmək taktikasını
seçdik",-deyə o əlavə edib.
C.Həsənli bildirib ki, onun
6 dəqiqəlik efir vaxtından tam şəkildə istifadə edilməsinə imkan verilməyib:
"İTV-nin efirində 6 dəqiqə müddətində çıxış edib, sözümü seçicilərə
deməliyəm, vaxtımı kəsiblər. Bununla bağlı MSK-ya müraciət olunub. Baş
verənləri araşdırmaq üçün ekspertiza qrupu da yaradılıb. İTV bəyanat verib ki,
guya mən teledebatı pozmuşam. Bunun heç bir əsası yoxdur. Mənə qarşı bütün
təxribatlar Əli Əhmədov tərəfindən təşkil olunub".
C.Həsənli əlavə edib ki,
H.Hacıyev kimi birisi ilə debata çıxmaq fikri yoxdur: "Biz özümüzü
H.Hacıyev səviyyəsinə endirə bilmərik. Bizim Hafiz Hacıyev, Qüdrət
Həsənquliyev, Əli Əhmədov kimilərlə debat aparmaq fikrimiz yoxdur. Onlar nə
desələr də, bizim bütün fikirlərim hakimiyyət başçısına ünvanalacaq. Hafiz
Hacıyevin namizəd kimi qeydə alınması bu millətə tüpürməkdir. H.Hacıyevin qeydə
alınması dünyaya demokratiya ənənəsini nümayiş etdirmiş bir xalqı
aşağılamaqdır.21-co əsrdə demokratiya ənənəsini dünyaya nümayiş etdirmiş bir
xalqa hafizin kimi qeyd alamq xalqı aşağılamaqdır. Bunu birbaşa hakimiyyət
başçısı edir. Nə etsələr, bizi qarşılarında görəcəklər". Daha sonra
Cəmil Həsənli onun xəstəliyi ilə bağlı irəli sürülən
ittihamlara da aydınlıq gətirib. "Artıq birinci debat zamanı mənə YAP-a
yaxın dairələrdən məlumat gəlmişdi ki, Əli Əhmədov sənə qarşı bir sənəd
çıxaracaq. Mənim həyatım həmişə şəffaf olub. Mən heç bir qanun pozuntusuna yol
verməmişəm. Mən hələ 1987-ci ildə Moskvada gözümdən əməliyyat olunmuşdum. Süni
büllur təbəqəsi qoyulmuşdu. 10 il müddətinə nəzərdə tutulmuşdu. Sonralar məndə
şəkər xəstəliyi əlamətləri meydana çıxdı. Ona görə yenidən əməliyyat olunmadı.
Şükürlər olsun ki, mənim sağ gözüm tamamilə sağlamdır. 2011-ci ildə Zərifə
Əliyeva adına Oftamologiya Xəstəxanasında sol gözüm yoxlandı və mənə məlum
sənəd verildi. Bu, üçüncü dərəcəli əllilikdir. Üçüncü dərəcəli əlillik isə
seçkidə iştirakı qadağan etmir".