Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətini təmin etməyib.
Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun
prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün
kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan
olunub. Məhkəməyə bu qərardan şikayət verilib. Ötən məhkəmə prosesinə hakim
ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb. Ekspert qrupunun təyin
olunması Ədliyyə Nazirliyinə həvalə edilib.
“Media forum” saytının məlumatına görə,
ekspertiza minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna
rəy verib. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə
saxlayıb.
Məhkəmə prosesində İlqar Məmmədov özü də iştirak
edib.
Vəkil Xalid Bağırov qərardan Ali Məhkəməyə şikayət
olunacağını bildirib.