Sərdar Cəlaloğlu seçki platformasını açıqladı
Siyasət
Oxunub: 5779
20 Sep 2013 | 15:32
Sərdar Cəlaloğlu seçki platformasını açıqladı

“Prezident seçiləcəyim təqdirdə restitusiya siyasətinə başlayacam”

 

“Neft pullarının 80%-ni ailə büdcəsinə sərf edəcəm”

 

“Hər cür inqilabı dəyişikliyi milli və dövlət maraqlarına zidd hesab edirəm”

 

“Qalib gələcəyim təqdirdə koalisyon hökumət yaradacam”

 

“Elə etmək lazımdır ki, ölkədə nazir olmaq istəyən tapılmasın”

 

“Dövlət vəzifələrini gəlir mənbəyi olmaqdan xilas etməliyik”

 

Sərdar Cəlaloğlu: “Mən o kadrları vəzifəyə qoyacam ki, xalq həmin şəxsləri bu vəzifəyə layiq görür”

 

ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlunun seçki platformasında yer alan, ölkədəki çoxsaylı problemlərin fundamental həllini nəzərdə tutan fikirləri ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmaqdadır. Hədsiz orijinallığı və mükəmməl məntiqiliyi ilə diqqət çəkən bu fikirlərin hər birində Azərbaycan xalqının üzləşdiyi mövcud problemlərdən çıxış yolları, milli dövlətçiliyi möhkəmləndirmək və inkişaf etdirmək yolları dəqiq, konkret formada əks olunmaqdadır. Bu baxımdan əslində S.Cəlaloğlunun məlum fikirlərinin hər birini Azərbaycanın gələcək inkişafına xidmət edən ciddi konsepsiya hesab etmək olar. Odur ki, ADP sədri ilə söhbətimizdə onun seçki platforması və problemlərdən çıxış yolları ilə bağlı fikirləri ilə daha yaxından tanış olmağa çalışdıq.

 

- Sərdar bəy, öncə təşviqat kampaniyasının gedişi ilə bağlı fikirlərinizi bilmək istərdik. Kampaniya necə gedir? Sizi razı və ya narazı salan məqamlar hansıdır?

 

- Bildiyiniz kimi, sentyabrın 16-sı tarixindən təşviqat kampaniyası başlayıb. Biz öncədən seçkidə qeydiyyata alınıb-alınmayacağımızı bilmədiyimiz üçün çox şeyə hazır deyildik. Buna görə də buklet və plakatların hazırlanmasına müəyyən vaxt sərf olundu. Artıq plakatların birinci buraxılışı çıxıb və biz hazırda bu plakatların yayılması prosesi ilə məşğuluq. Iki günə qədər bukletlərin çapı və yayılması prosesini həyata keçirdəcəyik. Televiziya və radioda da çıxışlar edirik. Regionlarda görüşlərlə bağlı lazımi işlərin aparılmasına start verilib. Qanunun yol verdiyi və vaxtın imkan verdiyi həcmdə təşviqatımızı qurmuşuq. Elə hesab edirəm ki, işimizi kifayət qədər səmərəli qura bilmişik. Seçkiyə sonda girməyimizi baxmayaraq, sürət hesabına itirdiyimiz vaxtı kompensasiya edə bilmişik. Bu baxımdan hər şey qaydasındadır.

 

- Sərdar bəy, seçki prosesində sizinlə yanaşı xalqın səsinə ümid edən kifayət qədər namizəd iştirak edir. Maraqlıdır, bunca insanın içindən xalq sizə niyə, hansı səbəbdən səs verməlidir? Sizin digər namizədlərdən fərqiniz, başlıca özəlliyiniz nədir?

 

- Mən xalqın həyatında fundamental dəyişikliklərə səbəb olacaq sosial-iqtisadi platformaya malikəm. İkincisi, korrupsiyaya qarşı mübarizə, Qarabağ probleminin həlli, ölkə vətəndaşlarının qarşısında duran problemlərin həlli ilə bağlı orijinal təklif və ideyalara malikəm. Hakimiyyətə gələcəyimiz təqdirdə bunların hamısını həyata keçirəcəyik. Mənim platformam Azərbaycanda sosial-hüquqi dövlət qurmağa hesablanıb. Sosial dövlət o dövlətdir ki, hər bir vətəndaş öz sosial həyatının bütün tərəfləri ilə yalnız dövlətə arxayındır. Hüquqi dövlət isə o dövlətdir ki, orada nə prezident, nə icra başçısı, nə də digər yetkililərin fikri, iradəsi qanundan, konstitusiyadan üstün olmur. Bu baxımdan mən prezident seçiləcəyim təqdirdə restitusiya siyasətinə başlayacam.

 

- Bu siyasətin mahiyyəti nədən ibarətdir?

 

- Bildiyiniz kimi, Azərbaycanda özəlləşdirmə siyasəti aparıldı. Bu zaman çox ciddi qanun pozuntularına yol verildi. Dövlət və ictimai əmlak olduqca ucuz qiymətə hesablandı. Son 20 ildə hüquqsuzluq şəraitində dövlət və insanlar bir-birinin əmlakını ”“ zavodunu, torpağını, evini qeyri-qanuni surətdə zəbt edərək əlindən alıb. Məhkəmələrdə bununla bağlı xeyli iş var, insanlar öz əmlaklarını geri qaytara bilmirlər və s. Dövlət istədiyi qiyməti verərək insanları evlərindən çıxardır. Bütün bu ədalətsizliklərə son qoymaq, ədaləti bərpa etmək üçün mülkiyyətin həqiqi sahibinə qaytarılması siyasətini həyata keçirdəcəm. Buna restitusiya deyirlər. Yəni özəlləşdirilmiş müəssisələrin real qiymətini müəyyənləşdirib lazımi vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olmağa çalışacam. Dövlət və ya ayrı-ayrı şəxslər tərəfindən əmlakı əlindən alınan vətəndaşların əmlaklarının onların özünə qaytarılması siyasətini həyata keçirəcəyik. Bu, reallaşdırılması vacib olan ciddi məsələlərdir.

 

- Prezident seçiləcəyiniz təqdirdə korrupsiyaya qarşı mübarizə yönündə hansı addımlar atacaqsınız?

 

- Biz korrupsiyaya qarşı mübarizədə də fərqli mübarizə metodu ortaya qoyacayıq. Belə ki, biz korrupsionerə qarşı deyil, korrupsiyaya qarşı mübarizə aparacayıq. Hazırkı hakimiyyət korrupsionerə qarşı mübarizə aparır. Üç rüşvətxor və ya iki məmuru həbs etməklə korrupsiyaya qarşı mübarizə apardıqlarını iddia edirlər. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün korrupsiya imkanlarını aradan qaldırmaq lazımdır. Korrupsiya dövlət büdcəsindən baş verir. Biz milli gəlirin dövlət büdcəsinə axıdılmasının qarşısını alan bir siyasət həyata keçirəcəyik. Bunun əvəzinə alternativ büdcə - ailə büdcəsi yaradacayıq. Neftdən gələn gəlirlərin yalnız 20%-i dövlətin saxlanılmasına sərf olunacaq, 80%-i hər bir Azərbaycan vətəndaşı üçün bərabər şəkildə ayrılacaq və onların şəxsi büdcəsinə keçiriləcək. Pulun büdcəyə yığılmasına və ordan da işbazlar tərəfindən oğurlanmasına imkan verməyəcəyik. Ailə büdcəsində formalaşan pulu oğurlamaq mümkün deyil. Bundan başqa, əmək haqlarında da artımlar olacaq. Bildiyiniz kimi, iki cür əmək haqqı var. Bunlardan biri nominal əmək haqqı, digəri isə real əmək haqqıdır. Nominal əmək haqqı o ölkələrdə həyata keçirilir ki, orada dövlət əmək haqqının cüzi bir hissəsini vətəndaşa verir. Digər hissəsini isə müxtəlif sosial kanallar vasitəsi ilə vətəndaşa qaytarır. Azərbaycanda həkimlərin real əmək haqqısı 3500-4000 dollar olmalıdır. Hökumət həkimə ayda 150 manat pul verir və yerdə qalan pulu pulsuz səhiyyə, pulsuz təhsil və s. hesabına guya bu insanlara yönəldir. Halbuki, Azərbaycanda həmin kanalların heç birinin işləmədiyini bilirik. İnsanların əmək haqqından sosial fonda milyonlarla pul yığışır. Həmin pul korrupsiyanın mənbəyinə çevrilir. Mən seçiləcəyim təqdirdə real əmək haqqı sistemi tətbiq edəcəm. Hər bir vətəndaş maksimum əmək haqqısı nə qədərdisə, o pulu da alacaq. Sosial xərcləri isə vergilərin artırılması ilə təmin edəcəm. Korrupsiyaya qarşı bundan başqa effektiv mübarizə yoxdur. Qanunların sərtləşdirilməsi, insanların həbs edilməsi və s. bunun qarşısını ala bilməz. Sadəcə, ortada pul qoymaq lazım deyil ki, kimsə də onu oğurlasın.

 

- Azərbaycanda korrupsioner məmurların sərəncamında milyonlarla vəsaitin olduğu heç kimə sirr deyil. Prezident seçiləcəyiniz təqdirdə həmin məmurlar və onların dövlət büdcəsindən oğurladığı milyonlarla bağlı hansı addımlar atacaqsınız?

 

- Restitusiya siyasəti qeyri-qanuni yollarla əldə edilmiş vəsaiti həqiqi sahibinə çatdırmaq deməkdir. Əgər bu vəsait dövlətdən oğurlanıbsa, dövlətə qaytarılacaq, vətəndaşdan oğurlanıbsa vətəndaşa qaytarılacaq. Biz nəzərdə tutmuşuq ki, dövlət büdcəsindən oğurlanan vəsaitlər büdcəyə qaytaraq. Biz radikal islahatlar yolu ilə o qədər də uzağa gedə bilməyəcəyik. ADP-nin radikal müxalifətdən əsas fərqi ondan ibarətdir ki, həm hakimiyyət dəyişikliyi, həm də nəzərdə tutulan islahatların keçirilmə forması ilə bağlı fərqli mövqe sərgiləyir. Biz hər kəsi korrupsiya adı ilə həbs etmək, onların əmlaklarını əllərindən almaq və s. fikrində deyilik. Leqallaşma ilə bağlı ağıllı və rassional təkliflərlə çıxış edəcəyik. Elə bir mövqe tutacayıq ki, korrupsioner özü maraqlı olsun ki, oğurladığı əmlakı leqallaşdırsın. Məsələn, əgər kimsə 100 min dollarlıq vəsaiti leqallaşdırmaq istəyirsə, onun 10%-ni, bir milyona qədər vəsaiti leqallaşdırmaq istəyirsə 20%-ni dövlət büdcəsinə. qaytarmaqla öz vəsaitini leqallaşdıra bilər. Bu, həm korrupsionerin, həm də Azərbaycan xalqının marağına uyğundur. Lakin biz oğurlanan pulların yüzdəyüz qaytarılmasına cəhd etsək, o zaman bizə qarşı mübarizə aparan böyük bir kütlə meydana gələcək. Ikincisi, həmin vəsaitin daha mürəkkəb üsullarla gizlədilməsinə cəhd ediləcək. Bu pullar müxtəlif şirkətlər və dövlətlərə ötürülməklə gizlədiləcək. Elə məqam ola bilər ki, həmin vəsait həm korrupsionerin, həm də dövlətin əlindən çıxsın. Məsələn, bilinəndə ki, bu vəsaitlər qeyri-qanunidir, dərhal həmin vəsaitlərin üzərinə həbs qoyurlar. Daha sonra həmin vəsaiti ölkəyə qaytarmaq mümkün olmur. Biz elə siyasət aparacayıq ki, insanlar ən azından oğurladıqları vəsaitin müəyyən bir qismini dövlətə qaytarmaqla bu vəsaitləri leqallaşdırsın. Ən ağır cinayət törədən şəxsi belə əfv edir və ya amnistiya yolu ilə azad edirlər. Bu baxımdan elə bir siyasət həyata keçirməliyik ki, ölkədə inqilabi proseslər getməsin.

 

- Özünüzü müxalifətin, yoxsa xalqın namizədi hesab edirsiniz?

 

- Mən özümü xalqın namizədi hesab edirəm. Hakimiyyətə gələcəyim təqidrdə öz komandamı yalnız öz partiyamdan və ya yalnız müxalifətdən formalaşdırmaq istəmirəm. Hakimiyyətə gələcəyim təqdirdə yaradacağım komanda iqtidardan, demokratik müxalifətdən və ADP tərəfdarlarından ibarət olacaq. Komandanın 30%-ni indiki hakimiyyətə, 30%-ni demokratik müxalifə təklif edəcəm. 40%-i isə öz partiyamızın tərəfdarlarından formalaşdıraq. Nəzarət paketini öz əlimizdə saxlamağa çalışacayıq. Çünki hakimiyyətə gələn şəxs kimi nəzarət paketi bizim əlimizdə olmalıdır. Ölkədə lazımi islahatları həm indiki hakimiyyət, həm də mənə müxalifət olan qüvvələrlə razılaşdırılmış şəkildə həyata keçirəcəm. Mən bütün islahatlarda həm müxalifətin, həm də indiki hakimiyyətin rəyini nəzərə alacam. Ən azından ona görə ki, dövlətdə varisçilik mühüm məsələdir. İndiki hakimiyyətin dövləti pis və ya yaxşı idarə etməsindən asılı olmayaraq, dövlətin 20 ildir ki, onlar tərəfindən idarə edildiyi bir faktdır. Elə etməyəcəm ki, keçirilən islahatlar cəmiyyətdəki hansısa təbəqələri hakimiyyətə qarşı qaldırsın. İslahatların dağıntıya, təlatümlərə səbəb olmasına imkan verməyəcəm. Bunun da yeganə yolu ondan ibarətdir ki, islahatları həyata keçirərsən həm köhnə, həm yeni, həm də məndən sonra hakimiyyətə gəlməsi gözlənilən qüvvələrlə razılaşdırılmış şəkildə həyata keçirməkdir.

 

- Sərdar bəy, teledebatlar yenicə başlasa da, sizcə bu çıxışlar xalqın düşüncəsində az da olsa hansısa dəyişikliyə səbəb olubmu?

 

- Mən bir dəfə, həm də əlverişsiz bir vaxtda efirə çıxmışdım. Çünki saat 7-də insanların əksəriyyəti küçədə, yolda, işdə və s. olur. Buna rəğmən gördüyüm insanlardan hər iki nəfərfən biri həmin verilişdən, orada səsləndirdiyim fikirlərdən danışır. Təəccüblüsü budur ki, cəmi bir verilişlə insanlarda bir hərəkətlilik meydana gəlib. Ciddi bir hərəkətlilik var. Bu proses inkişaf etdikcə xalqda böyük bir oyanış baş verəcək. Məni narahat edən odur ki, bu fürsətdən istər iqtidar, istərsə də müxalifət düzgün istifadə etmir. Onlar sadəcə bir-birinə şər atmaq, bir-birini ləkələməyə cəhd edir. Namizədlər xalqı maarifləndirmək, çıxış yolları axtarmaq, öz mövqeyini ortaya qoymaq əvəzinə belə bir mövqe sərgiləyir. Bunun nəticəsidir ki, camaata elə gəlir ki, prezident seçkiləri bunun üçündür ki, namizədlər bir-birlərini təhqir etsinlər. Bununla da məsələ bitsin. Prezident seçkiləri cəmiyyəti siyasi baxımdan maarifləndirmək baxımından irəliyə doğru atılan ciddi addım olmalıdır. Hər bir xalq bir seçkidən çıxandan sonra bir siyasi sinifdən başqa bir siyasi sinfə keçməlidir. Bizdə isə əksinədir. Hər bir seçkidən sonra xalq siyasi məktəbdən daha da uzaqlaşır. Bu baxımdan mən aparılan kampaniyanın yanlış qurulduğunu hesab edirəm. Mən özüm seçkilərə ona görə qatılmışam ki, radikal müxalifətdən fərqli olaraq, rassional müxalifətin necə olmasını nümayiş etdirmək istəyirəm. Buna görə də elə hesab edirəm ki, mənim fikirlərim cəmiyyətdə daha ciddi reaksiya doğuracaq. Cəmi bir dəfə etdiyim çıxışla bağlı aldığım müsbət reaksiyalar da bu cür düşünməyə əsas verir. Doğrudur, hər kəs məni radikal obrazda tanıyır. Bəzən mənim belə bir mövqe sərgilədiyimi düzgün başa düşmürlər. Hətta mənim mövqeyimlə bağlı yanlış qiymətləndirmələr də mövcuddur. Amma bir şeyi bilməlidirlər ki, mən Şərq inqilablarının acı nəticələrini nəzərə alıb Azərbaycanda tədrici dəyişikliklərin tərəfdarı olan bir lider kimi danışıqlara qoşulmuşam. Bizim seçkiqabağı şüarımız da “İslahatlarla yeniləşək”dir. Hər cür inqilabı dəyişiklik və proqnozları milli və dövlət maraqlarına zidd hesab edirəm. Bu niyyətlərin qarşısında duran bir namizəd kimi çıxış edirəm. Mənim mövqeyim iqtidar və müxalifəti öz komandama cəlb etmək, islahatları siyasi dialoq vasitəsi ilə razılaşdırmaq, avtoritarimzdən demokratiyaya tədrici keçidi təmin etməkdən ibarətdir. Mənim digər müxalif namizədlərdən və iqtidardan əsas fərqli cəhətlərimdən biri budur ki, mən tədrici keçid fəlsəfəsindən çıxış edərək öz platformamı yaratmışam.

 

- Sizcə demokratik islahatların həyata keçirilməsi üçün zəruri olan daha hansı amillər var?

 

- Hesab edirəm ki, koalisyon hökumət olmadan islahatlar həyata keçirmək mümkün deyil. Buna görə də qalib gələcək namizədə də bizim partiya ilə koalisiya yaratmağı təklif edəcəm. Hər kəs bilsin ki, mən prezident seçiləcəyim təqdirdə koalisyon hökumət formalaşdıracam. Əgər mən deyil, bir başqası qalib gələrsə, o zaman həmin şəxsə koalisyon hökumət yaratmaq təklifini irəli sürəcəm. Həmin koalisiyada bizə az və ya çox yer verilməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanda koalisyon hökumət olmayacağı təqdirdə islahatlar həyata keçirmək və ya başladılan islahatları uğurla başa çatdırmaq mümkün olmayacaq.

 

- İmzatoplama kampaniyasında uğur qazana bilməyən partiyaların dəstəyini almağa səy göstərəcəksinizmi? Ümumiyyətlə, hansısa partiya və təşkilat sizə dəstək vermək arzusunu səsləndiribmi?

 

- Mən yalnız vətəndaşlardan dəstək gözləyirəm. Partiyalardan, dəstələrdən, təbəqələrdən, təriqətlərdən, regionlardan dəstək gözləmirəm. Belə bir fikrim yoxdur. Respublika dövlət və vətəndaş deməkdir. Prezident dövlətin təmsilçisidir. Dövlətin təmsilçisi qarşısında yalnız vətəndaşı görməlidir. O, nə bir partiyanı, nə bir təriqəti, nə regional qrupu, nə mafioz qrupu görməli deyil. Prezident qarşısında hər cürə qrupdan, hər cürə kollektivdən qopmuş hüquq və azadlıqlara malik tək bir şəxsi görməlidir. Ondan dəstək almalıdır. Ola bilsin ki, həmin vətəndaş YAP-çı olsun, ola bilsin ki, müsəlman olsun, ola bilsin xristian və ya ateist olsun, ola bilsin ləzgi və ya rus olsun, fərq etməz. Mən mənim platformamı başa düşüb, qəbul edən hər kəsdən dəstək gözləyirəm. Əgər həmin vətəndaş mən dediyim cəmiyyətdə yaşamaq istəyirsə, mənim ona vəd etdiklərimi almaq istəyirsə, o zaman həmin şəxsləri mənə səs verməyə çağırıram.

 

- Azərbaycanda kadrların təyin edilməsi məsələsində yerliçilik, qohumbazlıq və s. amillər əsas götürülür. Bu baxımdan kadr təyinatındakı şəffaflığı necə təmin etmək fikrindəsiniz?

 

- Kadr təyinatında yerliçiliyə üstünlük vermək, rüşvətlə kimisə vəzifəyə təyin etmək və s. kimi amillərin səbəbi Azərbaycanda demokratik dövlətin mövcud olmamasıdır. Demokratik dövlətlərdə məmurlar dövlət qarşısındakı xidmətlərinə görə irəli çəkilir. Azərbaycanda məmur vəzifələri, dövlət vəzifələri ona görə bu qədər əhəmiyyət kəsb edir, insanlar ona görə bu vəzifələrdə təmsil olunmaq üçün dəridən qabıqdan çıxırlar ki, dövlət vəzifələri Azərbaycanda yaxşı yaşamağın yeganə mənbəyidir. Əgər  insanlara imkan yaratsanız ki, onlar biznesmen kimi, mütəxəssis kimi, alim və şair kimi daha yaxşı yaşaya bilsin, sizi inandırıram ki, Azərbaycanda nazir olmaq üçün adam tapa bilməyəcəksiniz. Necə ki, bu gün Avropada vəziyyət məhz belədir. Avropada Nazirlər Kabinetində təmsil olunmağa, nazir vəzifəsində çalışmağa adam tapılmır. Orada insanlar istədiyi kimi yaşadığı, kifayət qədər kapitala sahib olduqları üçün özlərini əziyyətə salmağa, gecə-gündüz kabinetdə çalışmağa lüzum görmürlər. İnsanlar fikirləşirlər ki, niyə mən üç min manatlıq işi qoyub gedib nazir olmalı və üç yüz manat qazanmalıyam? Biz dövlət vəzifələrini gəlir mənbəyi olmaqdan xilas etməliyik. O zaman sənin nə yerlini, nə qohumunu vəzifəyə qoymağa ehtiyac olmayacaq. Azərbaycanda dövlət-hakimiyyət orqanlarının nə parlament, nə də xalq qarşısında məsuliyyəti yoxdur. Buna görə də kimsə dostunu, qohumunu, hətta aşnasını belə vəzifəyə qoya bilər. Lakin əgər ortada məsuliyyət məsələsi olsa, heç kim istəməz ki, yaxını məsuliyyət qarşısında olsun. Ona görə də kim o işi bacaracaqsa, ona verilən səlahiyyət çərçivəsində məsuliyyət daşıyacaqsa, vəzifəni ona verəsən. Üçüncüsü, vəzifə verilməmişdən öncə oradan təmsil olunacaq insanların kimliyi təxmini də olsa xalqa bəlli olmalıdır. Məsələn, insanlar bilməlidirlər ki, S.Cəlaloğlu prezident seçiləcəyi təqdirdə Azərbaycanın xarici işlər naziri kim olacaq. Xalq ən azından 50% o namizədi beynində seçməlidir. Sən onun adını elan edən kimi insanlar düşünməlidirlər ki, bu postda məhz həmin şəxs təmsil olunmalıdır. Lakin bu gün Azərbaycanda böyük dövlət postuna yeni şəxs təyin edirlər, hansı ki, həmin şəxsi heç kim tanımır. Məsələn, Təhsil Nazirliyini götürək. Təhsil sistemi Azərbaycan sosial sisteminin demək olar ki, 50%-ni təşkil edir. Dövlətçiliyin ən mühüm, strateji sahəsidir. Təhsil naziri postuna gətirilən insanı təhsil sektorunda çalışanların heç biri tanımır. Belə bir təyinat nə dərəcədə doğrudur? Və ya səhiyyə sistemini götürək. Sabah mən hansısa uzaq dağ kəndində həkim kimi çalışan qohumumu səhiyyə naziri qoyum, o zaman səhiyyə sistemində uzun illərdir ki, çalışan, bu sahədə can qoyan tanınmış alimlərin əməyi necə olsun? Mən o kadrları vəzifəyə qoyacam ki, xalq həmin şəxsləri bu vəzifəyə layiq görür. Alternativlik yaratmalıyıq. Dövlət orqanlarına alternativ təşkilatların yaradılması vacibdir. Məsələn, Azərbaycanda bir dənə Vəkillər Kollegiyası var. Hansı vəkil ədalətli mövqe ortaya qoyursa, onu Vəkillər Kollegiyasından xaric edirlər. Bununla da o, vəkillik hüququndan məhrum olur. Niyə Azərbaycanda alternativ Vəkillər Kollegiyası yoxdur? Bəlkə biri heç dövlətin Vəkillər Kollegiyasına üzv olmaq istəmir? Vətəndaşların bu hüququ niyə pozulmalıdır ki? Əgər belə olsa, heç kim dövlətin Vəkillər Kollegiyasına üzv olmağa cəhd etməyəcək.  

 

- Demək belə çıxır ki, vətəndaşı dövlətin asılılığından xilas etməyin yollarından biri də dövlət təşkilatlarına alternativ qurumların yaradılmasıdır?

 

Ardı gələn sayımızda

 

Anar Həsənli

Seymur Əliyev (“Hürriyyət” qəzeti)

Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO