Ceyhun Bayramovun Moskva görüşü nə verəcək? - Konfliktoloq Lavrovun maskasını açır
Oxunub: 6493
24 Aug 2020 | 10:01
Ceyhun Bayramovun Moskva görüşü nə verəcək?  - Konfliktoloq Lavrovun maskasını açır
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Moskvaya səfəri ərəfəsində Moderator.az konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb. 

Müsahibəni təqdim edirik.

- Elxan bəy, xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri gözlənilir.  Bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov da danışıqların bərpa olunmasına çalışdıqlarını söyləmişdi. Bütün bunlar Tovuz döyüşlərindən sonra baş verir. Sizcə indiki dönəmdə bu görüşdən və ya sonrakı danışıqlardan yeni dəyişiklik gözləmək mümkündürmü?

- Birincisi, bu görüşün tanışlıqdan başqa bir yeniliyi olmayacaq. Ola bilsin ki, C.Bayramov da köklü danışıqlar mövzusunu gündəmə gətirsin. Lavrov da bu cür danışıqların başlanması üçün atəşkəsin qorunub saxlanması və danışıqların davam etdirilməsinin vacibliyini vurğulayacaq və son 15 ildə olduğu kimi “postaraemsya nayti razvyazki” deyərək görüşü başa vuracaq. Başqa yenilik gözləməyə dəyməz. 

- Lavrov son günlər verdiyi müsahibədə Tovuz döyüşlərinin Ermənistan tərəfindən törədildiyini demişdi.

- Rusiya xarici işlər nazirinin bu cür bəyənatları çox olub. Ona önəm verməyin mənası yoxdur. Burada sadəcə sərhədyanı atışmadan söhbət gedir. Bəs, ölkənin 20%-i işğal altındadır, bu qədər hərbi cinayətlər törədilib və yüz minlərlə insanın həyatı məhv olub, Lavrov ona nə deyir. Beş il bundan öncə, o,  “Azərbaycanın işğal olunmuş əraziləri” deyirdi, indi isə o əraziləri “Azərbaycanın nəzarətində olmayan rayonlar” adlandırır. BMT TŞ-nın dörd qətnaməsindən danışanda, onları təhrif edərək, onlar  “ilk növbədə hərbi əməliyyatların dayandırılması üçün qəbul edilmişdir” deyir. Bəs hərbi əməliyyatları kim aparırdı və qətnamələr işğalçı qüvvələrin işğal etdiyi ərazilərdən tam və dərhal çıxarılmasını kimə deyirdi?. Hər ikisi də erməni tərəfinə aid idi. Lavrov isə bunu tərəflərin hərbi əməliyyatları dayandırması və atəşkəsə riayət etməsi kimi indiki prizmadan izah edir. Orada tələb edilən “dərhal və ya qeyd – şərtsiz olaraq qoşunların çıxarılması” ifadələri heç də danışıqlar prosesi tələb etmirdi. O, hər qətnamə ilə bağlı danışanda bir “NO” işlədib, “onlar döyüşlərin getdiyi qızğın bir zamanda qəbul edilmişdir” deyərək qətnamələrin  əhəmiyyətini azaltmağa çalışır. Bu nə deməkdir? Və ya atəşkəs müddətsiz (bessrocniy) bağlanıb deyir. Harada yazılıb bu? Heç harda. Bu ifadələri sadəcə Lavrov və onun təlimatı ilə keçmiş nazir Nalbandyan işlədirdi.
 Valday konfransında, Albaniya, “Kosovo Albaniyadır” dediyi kimi, Ermənistan da “Qarabağ Ermənistandır” deyir”  ifadəsi ilə Paşinyanı ciddi bəyənatlar verməkdə suçlamışdır. Sonra isə bütün bunları kənara qoyaraq Yerevanda  “danışıqlar prosesinin” yolunu göstərmişdir “Всем понятно, что без согласия народа Нагорного Карабаха никакие договоренности оформить будет невозможно. Армения просто их не подпишет. Вот из этого мы и исходим”.  (Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan hansısa razılaşmanın qəbul olunması mümkün deyil. Ermənistan sadəcə onları imzalamayacaq. Bax, biz də burdan çıxış edirik) Bundan sonra nə irəliləyiş olacaq ki?
Ona görə də bütün bu illər boyu gedən danışıqların gedişinə nəzər salsaq, işğalın uzanması və diplomatik danışıqların fırladılması Rusiyanın sayəsində bu günə düşmüşdür. Rusiya danışıqlarda necə hərəkət etmək istiqamətində erməniləri yönləndirmiş və erməni tərəfi də onların təlimatı ilə hərəkət etmişdir. Bunu Kazimirovdan tutmuş başqa Rus diplomatları da ikili söhbətlərimizdə həmişə təsdiq ediblər.  Lavrovun bu işdə rolu və danışıqlar aparılmasının incəlikləri barədə erməni tərəfinə verdiyi məsləhətlərin qiyməti ölçüləsi deyil. O həm vasitəçi kimi və həm də ikitərəfli istiqamətdə Elmar Məmmədyarovla bu məsələnin incə detallarını müzakirə etdiyindən və Azərbaycan tərəfinin məqsəd və planlarını bildiyindən,onun erməni tərəfini ustalıqla yönləndirməsi heç də təəccüb doğurmaz.  Bu xidmətləri erməni tərəfi də gizlətməyərək açıq şəkildə qiymətləndirmişdir.  Elə son iki ildə, danışıqlarda təcrübəsi olmayan Z. Mnasakanyanı bir neçə kritik görüş öncəsi qəbul edib onu yönləndirməsi nəticəsində, Mnasakanyan əvvəlki baxışlarından fərqli olaraq yavaş - yavaş real danışıqları kənara qoyaraq, imitasiya və sabotaja yönəlmiş prosedur və texniki məsələlərə yönələn Nalbandyan siyasətinə qayıtdı..
İkincisi, Prezident Medvedyev 2008-2012 illər ərzində bu məsələyə ciddi şəkildə girişmişdi və nəticəyə yaxınlaşmışdı və Azərbaycan tərəfi də 2009-cu ilin dekabrında Soçi görüşündə yenilənmiş Madrid prinsiplərini qəbul etmişdir və o plan Rusiya Presidenti Medvedyev və başqa Fransa və ABŞ tərəfindən də dəstəklənirdi. Bu zaman iki həftəliyə time - out götürən Serj Sarkisyan yenə Lavrovun memarlığı ilə bu planı beş ay ərzində dəyişdirdi və həmən ilin İyun ayında Peterburq görüşündə Azərbaycanın etiraz etdiyi fərqli planı ortaya çıxardı və 1 il onu yenidən sağa -sola fırladaraq Kazan formulu şəklində 2011-ci ildə Azərbaycan tərəfinin iradəsinin əksinə yenidən Kazan görüşünə çıxardı. Nəticəsi isə bəllidir. O faktiki olaraq Medvedyevin səylərini ustalıqla heçə endirdi və demək olar ki, o zamandan sonra heç bir real danışıqlar da olmamışıdr. Əslində bu imitasiya danışıqları Lavrovun dirijorluğu ilə institutlaşdırılmışdır. Lavrov bu imitasiya danışıqlarının  baş memarıdır.
Digər tərəfdən, imitasiya, indiki dönəmdə Putin Rusiyası siyasətinin də əsasını təşkil edir. Əgər xatırlayırsınızsa, Putin 2012-ci ildə yenidən hakimiyyətə gəldiyi ilk illərdə Rusiyanin parlamentarlar qarışıq bütün rəsmiləri, açıq şəkildə, bu məsələnin indiki dönəmdə həllinin olmadığıını və vaxt tələb etdiyini deyərək, işğalın uzanmasında maraqlı olduqlarını bildirirdilər. Prezident Putinin azərbaycanlı jurnalistə söz verməyərək "onsuz da Qarabağdan sual vercəcəksiniz" deməsi də yəqin ki, heç kimin yadından çıxmayıb. Rusiya indi də bu məsələnin həll olunmasında maraqlı deyil.

- O zaman Rusiya siyasəti nə zaman dəyişəcək?
 
- Bu siyasətin davam etməsinin mümkün olmadığını Rusiyaya göstərmək üçün mövcud vəziyyəti dramatik şəkildə dəyişən hərəkətlərə baş vurmaq lazımdır. Türkiyənin ortaya qoyduğu qətiyyətli mövqe Rusiyanın siyasətini kökündən dəyişmək üçün tarixi şansdır. Lakin Azərbaycan praktiki addım atmazsa,o zaman Türkiyənin bu qətiyyətinin sahədə heç bir təsiri də olmayacaq. Bu addım hərtərfli hazırlanmış, ildırım sürətli, dağıdıcı və düşmənə heç bir şans verməyən qısa müddətli əməliyyat olmalıdır. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, Türkiyə demokratik ölkədir və sabah başqa partiya hakimiyyətə gəlirsə indiki mövqenin qüvvədə qalması sual altında ola bilər. 

- O zaman Ceyhun Bayramov bu görüşdə nə müzakirə edəcək?

- İndi Ceyhun Bayramov nə edəsidir ki... Lavrov onu da danışıqlar prosesi dediyi dar dəhlizə salacaq və o da elə dəhlizdir ki, orada başını çıxarıb ətraf mühitə baxmaq imkanın yoxdur, əksinə, başını əyib gəzirsən və  sadəcə bu dəhliz içində prosedur və texniki məsələlər üzrə ermənilərlə deyişirsən və sərbəst gəzmək istəsən başın dəhlizin divarlarına dəyəcək. Yəni, çıxıb deyə bilmirsən ki,  bu danışıqlar nə qədər davam edəcək, çünki “danışıqlar prosesini”  özün apardığından, özün elə burada öz sualına cavab verməli olursan.  O danışıqlar da Lavrov dediyi kimi fırlanan maxovikdir. Elmar Məmmədyarov elə bu cür maxovikin içində firlanırdı..

- Belə çıxır ki, indi nəhayət, seçim etmək dövrüdür? 

- Seçim etmək dövrü də keçir. Zaman keçdikcə bu məsələ daha da mürəkkəbləşir. Ermənilər üçün burada əsas məsələ bu işi uzatmaqdır və xoş niyyətlə və ya gərginlik şəraitində bu işin uzadılması (yənin işğalın uzadılması) onların nailiyyətidir. Yoxsa, bizim gözlədiyimiz kimi, danışıqlarda erməni tərəfi razılaşacaq ki, indi beş rayondan çıxırıq, sonra iki rayondan və DQ-ın statusu da sonra müzakirə olunacaq... Bu sadəcə xalqı aldatmaqdır... və ya ən yaxşı halda arzulardır.....artıq hər kəs bilməlidir ki, bu məsələnin danışıqlar yolu ilə həlli bizə ən azı Dağlıq Qarabağı itirməkdən başqa yol qoymur. Və ümumiyyətlə dinc yolla,  indiki bu cür mühitdə həll yoxdur... artıq onun da vaxtı keçdi....Dinc yolla həll üçün imkanlar 2001-ci ilə qədər var idi və sonra, o da getdi... Ermənilər dinc yolla torpaqlardan çıxmayacaqlar....  
Onu da deyim ki, az müddətdən sonra isə heç hərbi yolla da həll mümkün olmayacaq, çünki cəhbə xətti və ətrafı müasir silah və texnologiyanın sayı və hərbi imkanları baxımından, bəlkə də, dünyada həddən artıq hərbiləşdirlmiş kiçik ərazidir  və artıq hər kəs bir-birinə müasir texnologiya ilə nəzarət edir. Digər tərəfdən cəbhə xətti Azərbaycan əhalisinin sıx yaşadığı ərazidir.  
Hava sahəsi Azərbaycanın təyyarə və dronları üçün qapalı olan, yaxın və uzaq vuran silahlarla silahlanmış iki ordunun bu cür ərazidə müharibə aparması ən azı Azərbaycanın indiki qətiyyət və iradə prizmasından baxsaq Azərbaycan tərəfindən gözlənilmir.  Azərbaycan sanki  2016-cı il aprel döyüşlərindən sonra ermənilərin müasir silahlarla silahlanmasını gözləyir. Ermənilər faktiki olaraq arada olan boşluqları maksimum doldurmuşlar. 2016-cı ildə dron panikası yaşayan erməni indi intihar və hücum dronları istehsal edir. Ən dəhşətlisi isə,  2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra  buraxılan şansdır. Nə Azərbaycan xalqı, nə ermənilər və nə də dünyanın bu işlə maraqlanan dairələri bizim hökümətin bu cür davranışını gözləmirdi. Bu şansın ona verilməsi, cəbhədə tam atəşkəsin qorunması Paşinyana ordunu daha da müasir silahlarla təmin etməyə və ordunun idarəetmə sistemini təkmiləşdirməyə imkan vermişdir. İndi onlar həm üstün təyyarələrə və həm hava hücumundan müdafiə sistemlərinə malikdirlər. Ən uzağı beş ildən sonra işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsi təklifi İNTİHARA bərabər olacaqdır. O zaman Stalinqrad döyüşünə hazır olmalısan.  Bu baxımdan indiki zamanda hər günün və hər həftənin hökmü vardır. Ondan istifadə etməsən, torpaqlara əlvida deməlisən.
Oxşar xəbərlər
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
GÜNLÜK
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB