Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib. Millət vəkili bildirib ki, ilk belə yarış mayın 10-da Vyanada (Avstriya), II isə avqustun 30-da Yohannesburqda (CAR) keçirilib. Bu dəfəki turnir sentyabrın 22-də Bakıda, Sərhədçi Olimpiya Kompleksində keçiriləcək. Artıq Türkiyə, Hollandiya və Rusiya turnirə qatılacağı barədə rəsmi məlumat verib. Başqa ölkələrin də yarış gününə qədər öz müsbət rəylərini verməsi gözlənilir.
Qeyd edək ki, yarış sentyabrın 22-də Sərhədçi Olimpiya Kompleksində saat 18:00-da start götürəcək. Turnirin açılış hissəsində tamaşaçıları maraqlı konsert proqramı gözləyir. Belə ki, dəvət olunmuş bir neçə tanınmış türkiyəli sənətçinin iştirakı mərasimə əlavə rəng qatacaq.